İstehsalatda bədbəxt hadisələr baş verərkən və təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə: bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir, uçota alınmır, bu hadisə ilə əlaqədar hər hansı bir sığorta ödənişi və digər pul ödənilmir:
* Təbii ölüm, özünə qəsd, intihar hadisələri, * Cinayət hadisəsi törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə. * Özünə qəsd, intihar,cinayət faktları hüquq mühafizə orqanları tərəfindən təsdiq olunur). * İşçi şəxsi məqsədləri üçün hər hansı birişlə məşğul olarkən.
* Su hövzələri və istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə).
* Öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü.
Texniki spirtlər, aromatik,narkotikvasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş verən bədbəxt hadisələr.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)