"Siz hansı əsasa əsaslanaraq “Tədbiq Biletim” adlı proqram yaradıb onu vətəndaşlara yeganə bilet alma üsulu kimi təqdim edirsiniz, amma proqram 2 gündür işləməkdən imtina edir?! İnsanlar bilet ala bilmir, səfərlərini planlaşdıra bilmir, vaxtında yerinə çata bilmir!" "DİA-AZ" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə ünvanladığı etiraz dolu müraciətində ictimai fəal İzzət Qurbanov qeyd edib.
O daha sonra əlavə edib: "Axı bu nə məsuliyyətsizlikdir? Proqram hazırlamaq başqa, onu idarə etmək, işlək vəziyyətdə saxlamaq tamam başqa məsələdir. Bütün ölkədə onlarla insan narazıdır, amma heç bir rəsmi açıqlama, üzrxahlıq və ya alternativ həll yolu təqdim olunmur!
Bilet almaq üçün proqramı məcburi hala gətirirsinizsə, onda zəhmət çəkin, onu işlək və dayanıqlı edin! Bu vəziyyət artıq səbir həddini keçib. Vətəndaşları bu cür çıxılmaz vəziyyətdə qoymaq hörmətsizlikdir!
Təcili şəkildə tədbir görülməsini, proqramın bərpa olunmasını və bu texniki problemin səbəbləri barədə ictimai açıqlama verilməsini tələb edirəm!"