Son dövrlərdə işçilərin: "sayı və ya ştatlarının ixtisarı" ilə əlaqədar onlarıa bağlanmış Əmək müqavilələrinin ləğv edilməsi halları da artıb. Bu sualla əlaqədar müxtəlif dövrlərdə cavab versək də, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə mütamadi olaraq suallar daxil olur, daha çox 2 sual daxil olur:
1. Hansı səbəbə görə adında pay torpaqları olan şəxslər işsiz kimi qeydə alınmır, onlara işsizlik sığortası ödənilmir?
2. Əmək müqaviləsi ləğv edilmiş işçilər hansı hallarda və ya əsaslar olduqda, işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər?
3.Birinci sualla əlaqədar bildirirəm ki, AR-nın Məşğulluq haqqında Qanuna əsasən:sığorta ödənişini almaq hüququ,əmək müqaviləsinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Məşğulluq h-da Azərbaycan Respublikası Qanununun 4.1.3- cü maddəsin: sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri işsiz sayılmır.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı kimi bu halı ədalətsiz hesab etsək də - qanundur, nə qədər ki, dəyişikliklər edilməyib, ləğv edilməyib, əməl etmək vəzifəmizdir.
4. İkinci sualla əlaqədar. Yuxarıda və aşağıda göstərilən hallarda işçilərin işsizlikdən icbari sığorta almaq hüququ vardır:
Dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən.
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında”AR Qanunu: 33.1.3-cü maddəsivə ya Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən.
Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən.
Müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən.
Əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndi.
Əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndi.
İşsizlikdən sığorta almaq hüququna malik şəxslər: hansı müddətdə və məbləğdə bu ödənişi almaq hüququna malikdirlər?
5. Azərbaycan Respublikası qanunvericiliyi ilə bu əmək münasibətləri qısa formada əsasən aşağıdakı qaydada tənzimlənir.
6. İşsizlik dığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” AR Qanununa uyğun olaraq, bu qurumda işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər:
7. Sığorta ödənişini almaq üçün əsasən şərt olmalıdlr:
7.1 Dövlət orqanı,hüquqi şəxs ləğv edildikdə
7.2. İşçilərin sayı və ştatları ixtisar edildikdə
7.3. Əmək müqaviləsi müddəti qurtardıqda
7.4. Yuxarıda qeyd etdiyim əsaslar olduqda.
8.Bu zaman sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğindən hesablanır. Yəni, Qanunda qeyd olunan, işçiyə ödənilən bütü sığorta ödənişləri onun əmək haqqının 50 faizindən, yarısından hesablanır.
9. Orta aylıq əmək haqqı:sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölünməsi yolu ilə tapılır.
10. Hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, ilk dəfə təyin olunan sığorta ödənişi: minimum sığorta ödənişinin məbləğindən az olmayaraq, orta aylıq əmək haqqının 50 faizindən - aşağıdakı qaydada hesablanır və ödənilir:
10.1. İlk 2 təqvim ayı üçün – 100 faiz;
10.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz;
10.3. 5–6-cı təqvim ayları üçün – 70 faizi.
Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir: hal hazırda bu məbləğ 400 manatdır.
11. Uşağa görə əlavə sığorta ödənişi: sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
12. Əmək müqaviləsinin müddəti qurtardıqda əsası ilə: 3 ay müddətində, hal hazırda - 400 manat işsizlikdın sığorta haqları ödənilir.
13. İşsizlikdən sığorta almaq hüququ olang şəxs - işə düzələ bilmədikdə, ümumi olaraq
bu hüquqdan 9 ay müddətində istifadə edə bilər.
14. Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
15. Beləliklə, bu hüquqları yarandığı halda, əmək münasibətlərinə xitam verilən işçilərin aşağıda göstərilən sığorta ödənişlərini almaq hüquqları vardır:əsas sığorta ödənişi; sığorta ödənişinəəlavə; minimum sığorta ödənişi.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)