Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                     Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq .....                     SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb .....                     İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib .....                     "Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" .....                     KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! .....                     "Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" .....                     Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi .....                     Hücumda İranın Baş Qərargah rəisi həlak olub? .....                     İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib .....                     Kreml Bakıya ağlasığmaz şərt qoyur .....                     Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi .....                     İsrail İrandakı hədəflərə zərbələr endirib .....                     Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                 

Bakıda ehsan süfrəsinin qiyməti açıqlandı: BAHALIDIR - AKTUAL
Tarix: Dünən, 09:23 | Çap et

Son dövrlər Azərbaycanın bir sıra bölgələrində yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Belə ki, yasda təkcə çay süfrəsinə icazə verilir. İddialara görə, bu təşəbbüslərdən biri də Samux rayonunda və kəndlərində gerçəkləşib. Artıq ağsaqqallar və yerli sakinlərin qərarı ilə yas mərasimlərində geniş ehsan süfrələri qurulmur və yasda sadəcə çay süfrəsinə icazə verilir.

Bu isə cəmiyyətdə həm sosial yükün azaldılması, həm də dini-mənəvi dəyərlərin qorunması baxımından müxtəlif müzakirələrə səbəb olub. Məhz yas mərasimlərində ehsanın verilməsinin ləğvi mərasim evlərinin taleyinin necə olacağı məsələsini gündəmə gətirir. Bu hal hazırda mərasim evlərinə necə təsir edir? Onların menyu qiymətlərində fərq yaradıbmı?

“Cebheinfo.az” paytaxtda yerləşən bir neçə mərasim evi ilə əlaqə saxlayaraq, hazırda bir nəfər üçün ehsan süfrəsinin qiymətini araşdırıb.

Məlum olub ki, bəzi mərasim evlərində ehsan süfrəsində müxtəlif növ xörəklər ilə çay süfrəsi arasında qiymət fərqi var.

Belə ki, “İnam” mərasim evində bir nəfər üçün tam menyu, yəni ehsan süfrəsində xörəklə birlikdə çay süfrəsi 13 manata başa gəlir. Yalnız çay süfrəsi təşkil olunarsa, bu məbləğ 8 manat təşkil edir. Bu da göstərir ki, sadəcə çay süfrəsinin təşkili həm təşkilatçı, həm də ailələr üçün daha az maliyyə xərci yaradır.

“Təzəpir” məscidindən isə qiymət barədə konkret cavab verilməyib. Bildirilib ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamaq daha məqsədəuyğundur.

“Vida” mərasim evində də ehsan süfrəsinin bir nəfərə düşən xərci 12-13 manat arasında dəyişir.

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən mərasim evlərində ortalama qiymət 8-14 manat (standart menyu) arasında dəyişir.

Mövzu ilə bağlı İlahiyyatçı Fazil Əhməd “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yas mərasimlərində ehsan verilməsi, istər şəhər, istərsə də kənd yerlərində cəmiyyətin sosial sifarişi ilə bağlı olan bir məsələdir:

“Rayonlarımızda artıq bir müddətdir belə bir xəbər yayılıb ki, bir çox kənd və qəsəbələrdə yas mərasimlərində böyük ehsan süfrələri ləğv edilib, yalnız çay süfrəsinə icazə verilir.

Bu, bir tərəfdən sevindirici haldır. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsi, istər şəhər, istərsə də kənd yerlərində bu, cəmiyyətin sosial sifarişi ilə bağlı olan bir məsələdir.

Əslində isə vəziyyət heç də deyilən kimi deyil, əvvəlcə mərasim zalları açılıb, sonra insanlar ehsan süfrəsi (yemək) verməyə başlayıblar. Əksinə, mərasim zallarını ilk dəfə açan şəxslər bu sosial sifarişi, yəni insanların mərhumlarının ruhuna ehsan verməyə can atmalarını, buna vaxt və vəsait sərf etmələrini görərək bu işi qurublar.

Çadırlar bu ehtiyacı tam qarşılamadığından insanlar mərasimləri bir qədər mədəni və sivil formada təşkil etməyə meyil etdilər. Necə ki, şadlıq sarayları yaranıbsa, eyni şəkildə mərasim evləri də formalaşmağa başladı.

Əvvəllər mərasim evləri hər məhlədə mövcud idi, orada yer pulu alınmazdı. İnsanlar öz maddi imkanları ilə bu mərasimləri təşkil edirdilər, lakin bu, ev sahibləri üçün müəyyən çətinliklər yaradırdı.

Buna görə də bəzi insanlar sosial sifarişə cavab olaraq mərasim evləri açmağa başladılar. Əvvəllər nadir hallarda rast gəlinən bu mərasim evləri zamanla həm şəhərlərdə, həm də rayonlarda geniş yayılmağa başladı.

Burada əsas məsələ ondan ibarətdir ki, cəmiyyətdə tələb olmayan heç bir xidmət meydana çıxmaz. Əgər insanlar zəngin ehsan süfrələri istəyirsə, deməli, bu xidmətə tələbat var və buna görə də mərasim evlərinin sayı artıb”.

O qeyd edib ki, cəmiyyətimizdə zəngin ehsan süfrələrinə tələb olduğu üçün bu il mərasim evlərinin sayı əvvəlki illərə nisbətən xeyli artıb:

“Məsələnin mahiyyətindən biri də elə budur. Real vəziyyətə gəlincə, hələlik Bakı şəhərində mərasim evlərində ehsan süfrələrinin tamamilə yığışdırılması barədə bir qərarın verilməsini gözləmirəm.

Bu, daha çox maarifləndirici yanaşmalarla mümkün ola bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu sahədə illərdir maarifləndirmə aparır. Bildirirlər ki, bu məsələnin inzibati formada qadağan edilməsi çətindir və bəzən cəmiyyətdə narazılıqlara səbəb olur.

Hətta maddi çətinlik çəkən bəzi insanlar belə qeyd edirlər ki, onlar istədikləri üçün ehsan verirlər, bu onların şəxsi qərarıdır. Bunu tənqid edənlərə isə cavab olaraq deyirlər ki, bu, imkanı olmayan və kreditə girən insanlara aiddir, hər kəsə deyil.

Rayon və kənd yerlərində bu prosesi nizamlamaq daha asandır. Məhz kəndin ağsaqqalları bir araya gələrək belə qərarlar qəbul edir və icra edirlər. Çünki şəhərlərlə müqayisədə orada ev sayı azdır və insanlar bu qərarlara daha asanlıqla riayət edirlər. Amma şəhər mühitində bu, daha çətin məsələdir, çünki nəzarət mexanizmi yoxdur”.

İlahiyyatçı vurğulayıb ki, əgər dövlət səviyyəsində xüsusi inzibati qərar qəbul edilsə və nəzarət mexanizmi işə düşsə, o zaman mərasim evlərinin fəaliyyətinə ciddi təsir göstərə bilər:

“Belə olarsa, ya mərasim evlərinin sayı azalacaq, ya da onlar fəaliyyət sahələrini dəyişmək məcburiyyətində qalacaqlar. Çünki yemək verilən tədbirlərdə qazanc çox olur. Təkcə çay süfrəsi ilə mərasim evlərini işlətmək mümkün deyil. Çay süfrəsi ilə həmin binanı icarəyə götürən şəxs xərclərini qarşılayıb qazanc əldə edə bilməz.

Əgər belə bir qərar qüvvəyə minərsə, yenidən çadırlar gündəmə gələ bilər və mərasim evləri artıq boşalacaq. Bu da onların maliyyə mənbələrinin xeyli azalması deməkdir. Belə bir şəraitdə sahibkarlar vergi orqanlarına müraciət edərək vergi güzəştləri tələb edə bilər. Çünki artıq əvvəlki kimi qazanc olmayacaq.

Ən azından bunun maliyyə tərəfinə baxanda çay süfrəsi ilə yemək süfrəsi arasında gəlir baxımından çox fərq var. Əgər elə bir ciddi qərar qəbul olunsa, həmin o sahibkarlar artıq vergiyə müraciət edərək vergilərin kifayət qədər azaldılmasını istəyəcəklər. Çünki artıq yeməkdən qazanılmır, nə qazanılırsa, yalnız onun vergisi veriləcək.

Beləliklə, bu sahədə çalışan bir çox sahibkar başqa sahələrə keçməyə üstünlük verəcək. Çünki ciddi sərmayə qoyulmuş bu biznesdən gəlir əldə olunmayacaqsa, onu davam etdirmək məqsədəuyğun sayılmayacaq. Amma yenə də buna aid xüsusi bir inzibati qərar qəbul olunmasına inamım yoxdur.

Amma ümumi məqsəd israfın qarşısını almaqdırsa, bu, hərtərəfli olsa yaxşıdır. Yəni bu, təkcə yas mərasimlərinə deyil, toy mərasimlərinə də şamil olunmalıdır. Axı insanlar toy üçün də kredit götürürlər, borca girirlər, dəbdəbəyə qaçırlar. Toy süfrələrində israf daha çoxdur. Toylarda müxtəlif növ yeməklər, içkilər, bəzək-düzək və s. Ehsan süfrələri ilə müqayisədə toy süfrələrində xərclər dəfələrlə çoxdur.

Təəssüf ki, mediada bu məsələyə yanaşmada bəzən ikili standartlar müşahidə olunur. Yas mərasimləri daha çox tənqid edilir, amma toylarla bağlı bu qədər sərt fikirlər səsləndirilmir. Əslində, yas mərasimlərində əvvəllər sadə süfrələr qurulmasının məqsədi yemək yox, mənəvi ehtiyacların ödənməsi idi. İnsanlar mərasimə din xadiminin sözlərini eşitmək, Quran dinləmək, mənəvi söhbətlər aparmaq üçün yığışırdılar.

Yemək isə yalnız vasitə idi. Amma indi əsas məqsəd yeməyə çevrilib. Ona görə bu məsələ gündəmə gəlir. Məhz buna görə tənqid olunur.
Əgər süfrələr sadə olsa, həqiqətən də bu cür mərasimlər tənqid obyektinə çevrilməz. Yas mərasiminin əsas məqsədi mənəviyyat olmalıdır, yoxsa yemək deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi - GƏLİŞMƏ
Bu gün, 05:41
İsrail İrandakı hədəflərə zərbələr endirib - KİV
Bu gün, 05:38
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru