Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                     Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq .....                     SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb .....                     İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib .....                     "Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" .....                     KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! .....                     "Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" .....                     Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi .....                     Hücumda İranın Baş Qərargah rəisi həlak olub? .....                     İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib .....                     Kreml Bakıya ağlasığmaz şərt qoyur .....                     Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi .....                     İsrail İrandakı hədəflərə zərbələr endirib .....                     Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                 

Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: Dünən, 10:12 | Çap et

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa etməsini hələ də erməni lobbisinə bağlı antitürk, islamofob dairələr “həzm edə” bilmir. Bu da növbəti fakt.

1988-ci ilində ABŞ Konqresində qlobal dini etiqad azadlığı ilə bağlı prezidentə, dövlət katibi və parlamentə tövsiyələr hazırlamaq məqsədilə yaradılmış ikipartiyalı komissiya - Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiya (USCIFR) Azərbaycana ünvanlı yeni həyasız böhtanla çıxış edib. Erməni mediasının Amerika Erməni Milli Komitəsinə (ANCA) istinadla yazdığına görə, qurum Azərbaycandakı vəziyyəti müzakirə edib və “Vaşinqtonu bir daha "artsax"da dini etiqad azadlığını pozduğuna, ermənilərə qarşı etnik təmizləmə apardığına və erməni məhbuslara qarşı sui-istifadə hallarına görə" Bakıya sanksiyalar tətbiq etməyə çağırıb.

Bildirilir ki, dinləmələr USCIRF-in bu ilin fevralında Azərbaycanda erməni əhaliyə münasibətdə guya hərbi cinayətlər törədilməsi, dini təqiblər və “artsax”dakı mifik erməni tarixi varlığını silmək üçün sistematik cəhdlərlə bağlı “sübutları üzə çıxaran” (?! - red.) faktaraşdırıcı missiyasının ardınca keçirilib.

“Bakı lazımi islahatları (?! - red.) həyata keçirməyənə və insanları din azadlığı hüququnu dinc şəkildə həyata keçirdikləri üçün (?! - red.) həbs edib işgəncə verənləri məsuliyyətə cəlb edənədək ABŞ hökuməti sanksiya mexanizmindən istifadə etməlidir”, - komissar Viki Hartzler sərsəmləyib. O, həmçinin bir az da irəli gedərək deyib ki, “artsax”ın işğal olunmuş ərazilərinə və ona bitişik ərazilərə beynəlxalq müşahidə missiyasının göndərilməsi vacibdir.

USCIRF sədri Stiven Şnek də ondan geri qalmayaraq bildirib ki, guya Qarabağda bir çox erməni dini obyektlər ya dağıdılıb, ya məhv edilmə təhlükəsi altındadır, ya da digər dini inancların ehtiyacları üçün onların təyinatı dəyişdirilib. Söhbət konkret halda, erməniləşdirilən alban abidələrinin öz tarixi simasına və əzəli sahiblərinə qaytarılmasından gedir.

Rəsmi Bakı bu kimi böhtanlardan xüsusi narahatlıq keçirməlidirmi? Nə etməli?

İlahiyyatçı millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Belə bəyanatlar və iddialarla tez-tez qarşılaşırıq, bu cür yanaşmalar artıq adi hala çevrilib. Bu da bir daha göstərir ki, bu məsələlərə yanaşmada ikili standartlar mövcuddur. Əslində hamıya məlumdur ki, Qarabağ Azərbaycan ərazisidir və bu ərazilərin Azərbaycanın tərkib hissəsi olması heç bir şübhə doğurmur. Qarabağla bağlı irəli sürülən iddiaların heç bir hüquqi və tarixi əsası yoxdur.

Hazırda bu ərazilərdə gedən işlər - istər bərpa, istərsə də quruculuq sahəsində olsun - tamamilə Azərbaycanın daxili işidir. Azərbaycan xalqı tolerantdır və digər mədəniyyətlərə qarşı daim hörmətlə yanaşır. Qarabağda erməni abidələrinin dağıdılması ilə bağlı ittihamlar əsassızdır və reallığı əks etdirmir.

Əgər bu gün hansısa bir tərəf mədəni irsin dağıdılmasında ittiham olunmalı olsa, bu elə Ermənistandır. Çünki uzun illər işğal altında saxladıqları Azərbaycan torpaqlarında yüzlərlə dini və tarixi abidəmizi dağıdıblar, məscidlərimizi təhqir obyektinə çeviriblər. Bütün bu faktlar ortadadır və beynəlxalq ictimaiyyət tərəfindən də sənədləşdirilib.

Ona görə də Azərbaycan bu əsassız ittihamların hədəfi olmamalıdır. Ədalətli mövqe tutmaq istəyən hər kəs real faktlara əsaslanmalı, bölgədəki tarixi və hüquqi həqiqətləri nəzərə almalıdır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyasının Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əsassız, böhtan xarakterlidir və heç bir tarixi əsaslandırmaya söykənmir: “Bu, sadəcə, din azadlıqlarının müdafiəsi deyil, əksinə, dini inancların daşıyıcılarının radikal formada təəssübkeşliyinin edilməsidir. Əgər doğrudan da söhbət din azadlıqlarının müdafiəsindən gedirdisə, bəs niyə bu təşkilat 30 il ərzində Qarabağda və ona bitişik yeddi rayonumuzda ermənilər tərəfindən tamamilə dağıdılmış dini-mədəni irsimizə dair heç bir mövqe bildirmədi? Niyə erməni barbarlığını qınamadı? Niyə bu gün Ermənistan ərazisində tarix boyu əcdadlarımızın yaratdığı dini abidələr, qəbiristanlıqlar dağıdılır?! Əgər bu təşkilat doğrudan da din azadlıqları ilə məşğuldursa, bəs nədən bu məsələlərə göz yumur? Göründüyü kimi, onların mövqeyi obyektivlikdən uzaqdır və islamofob düşüncə tərzinə əsaslanır. Amma unutmamalıyıq ki, "daldan atılan daş topuğa dəyər". Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağda olan müsəlman və xristian dini abidələrin bərpasını həyata keçirir. Şuşa şəhərindəki qədim alban kilsəsi bərpa olunub, ermənilərin Qarabağda dağıtdığı rus-pravoslav kilsəsinin bərpası ilə bağlı tədbirlər görülür. Qarabağda istər müsəlman, istərsə də xristian mədəni irsi qorunur və bərpa olunur. Buna görə də belə əsassız bəyanatlar səsləndirməzdən əvvəl həmin təşkilat nümayəndəsini Azərbaycana göndərib ermənilərin iddiasının doğru olmadığını yoxlayardı. Biz böyük məmnuniyyətlə onları işğaldan azad olunmuş ərazilərə aparıb, viran qoyulmuş məscidlərimizi və hazırda bərpa edilən xristian və müsəlman abidələrini göstərə bilərdik.

Amma təəssüf ki, görünür, belə bir səfərin təşkilində maraqlı deyillər. Çünki onların məqsədi əvvəldən bəllidir - erməniləri müdafiə etmək və islamofob mərkəzlərin maraqlarını təmin etmək. Maraqlıdır ki, bu təşkilatlar daim radikal islamdan danışır, amma heç vaxt radikal xristianlıq və ya xristian ekstremizmi barədə heç nə demirlər. Halbuki əgər obyektiv yanaşsaq, bu gün dünyada xristian radikalizmi və terroru da az deyil. Hətta bu komissiyanın bəzi üzvləri də həmin çevrələrdən çıxmış şəxslərdir".

Xristian abidələrinin guya ermənilərə aid olması ilə bağlı iddialara gəlincə, Hikmət Babaoğlu qeyd edib ki, bu sahədə də tarixçilərin üzərinə böyük məsuliyyət düşür: “Bütün Qafqazda mövcud olan xristian-qıpçaq abidələrinin azərbaycanlılara, türk mənşəli əcdadlarımıza məxsus olduğunu sübut edən elmi əsaslar, sənədlər, arxeoloji materiallar və yazılı mənbələr beynəlxalq səviyyədə hələ lazımi qədər təqdim edilməyib.

Təəssüf ki, Yüzbaşyan adlı biri erməni əlifbasında lüğət hazırlayıb, Qıpçaq türklərinə aid olan dini mətnləri, xristian külliyatını erməni əlifbasında yazılmış şəkildə toplayaraq, bu gün həmin mətni Ermənistanda saxlayır. Məqsəd xristian külliyyatını saxlamaqla o dili öyrənmək və bu dili saxtalaşdıraraq erməni maddi-mədəni irsi kimi təqdim etməkdir.

Bu, təkcə keçmişin saxtalaşdırılması deyil, həm də gələcəyə yönəlmiş ciddi təhlükədir. Əgər bu mətnlər mənim şəxsi arxivimdə varsa, demək ki, bu məlumatlar digər mənbələrdə də var və ictimailəşdirilməlidir.

Necə olur ki, qıpçaq türkcəsində yazılmış bu mətnlər Polşada, Ukraynada tapılır? Çünki azərbaycanlı - yəni bu Qafqaza, xüsusilə Qafqaz Albaniyasına mənsub xristian qıpçaqlar - İslamın gəlişindən sonra qıpçaq çöllərinə, bugünkü Ukraynaya və Polşaya köçüblər. Onlar Avropaya köçərək öz dillərində yazmağa və danışmağa davam ediblər. Onların danışdığı dilə aid materiallar bu gün Kiyev arxivlərində, Polşa arxivlərində saxlanılır. Əgər biz gedib onları əldə edib tədqiq etməsək, əlbəttə ki, bizə qarşı bu cür əsassız iddialar irəli sürüləcək. Biz beynəlxalq komissiyanın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib, Matenadaran (Ermənistanda qədim əlyazmaların saxlandığı kilsə kitabxanası) arxivində saxlanılan qədim qıpçaq və Qafqaz Albaniyasına məxsus abidələrin dilinə dair mənbələri əldə edib araşdırmasaq, bu ittihamlar davam edəcək. Çünki bizim bütün xristian qıpçaq külliyyatımızın böyük əksəriyyəti bu gün Matenadaranda saxlanılır. Onlar orada, qıpçaq dilində yazılmış yazılı abidələr, sənədlər kimi qalır. Amma biz üçüncü və ya dördüncü ölkələrin vasitəsilə bu mənbələrə çıxış əldə etməliyik. Bu mənbələri əldə edib, çıxarıb, xristian tariximizi bərpa etməliyik".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi - GƏLİŞMƏ
Bu gün, 05:41
İsrail İrandakı hədəflərə zərbələr endirib - KİV
Bu gün, 05:38
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru