AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosilologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun nəticələsinə əsasən, əgər 2024-cü ilin dekabrında ukraynalıların 54%-i Trampın prezidentliyi ilə bağlı nikbin olduğunu bildirirdisə, 2025-ci ilin martında respondentlərin 73%-i Trampın hakimiyyətə gəlməsinin Ukrayna üçün pis olduğunu söyləyiblər. Yalnız 19% o zaman müsbət gözləntilərə sadiq qalıb.
2025-ci ilin may ayına - iyunun əvvəlinə təsadüg edən məlumata görə, bu rəqəmlər demək olar ki, dəyişməz qalıb: 72% Trampın seçilməsini mənfi, 16% isə müsbət amil hesab edir.
Müttəfiq kimi ABŞ-yə münasibət də pisləşib. İndi ukraynalıların 58%-inin fikrincə, Vaşinqton Ukraynadan bezib, dəstəyini zəiflədir və güzəştə getməsi üçün Kiyevə təzyiq edir. Respondentlərin yalnız 32%-i əmindir ki, ABŞ Ukrayna üçün müharibənin məqbul şəkildə başa çatmasında maraqlı olan etibarlı tərəfdaş kimi qalır.
Eyni zamanda, Avropa haqqında təsəvvür əhəmiyyətli dərəcədə müsbət olaraq qalır: ukraynalıların 64%-i Avropa ölkələrini etibarlı müttəfiqlər hesab edir, 24%-i isə bununla razılaşmır.
ABŞ prezidenti Donald Trampın ukraynalılar arasında reytinqi 16%-ə düşüb və respondentlərin yalnız 32%-i ABŞ-ni etibarlı müttəfiq sayır.
Amerikanın xarici siyasətinin tənqid olunmasına baxmayaraq, ukraynalılar ümumilikdə ABŞ-yə isti münasibət bəsləyirlər: 63% ölkə haqqında müsbət, 29% mənfi fikirdədir. Bununla yanaşı, respondentlərin 90%-i amerikalılara xalq kimi müsbət münasibət bəsləyir, onların yalnız 24%-i Amerika rəhbərliyinə müsbət, 68%-i isə mənfi münasibət sərgiləyir.
KBSİ-nin sorğusu 2025-ci il mayın 15-dən iyunun 3-dək 1011 respondent arasında aparılıb.
Xatırladaq ki, KBSİ-nin keçirdiyi daha bir sorğunun nəticələrinə görə, ukraynalıların mütləq əksəriyyəti sülhün sürətlə əldə edilməsi və dövlətin müstəqilliyinin qorunması üçün istənilən ərazi güzəştlərinin qəti əleyhinə çıxırlar.
Bundan əvvəl Dünya Bankı ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının kritik rolunu qeyd edib. Bununla yanaşı, Avropa əhalisi arasında Ukraynaya dəstək səviyyəsi yüksək olaraq qalır: “Avrobarometr” sorğu mərkəzinin məlumatına görə, avropalıların 76%-i Kiyevə maliyyə və humanitar yardımı dəstəkləyir.