Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarda qeyd olunub ki, qalib təchizatçını seçmək mümkün olmayıb. Buna səbəb isə texniki yanlışlıqdır.
Satınalmanın dəyəri 182 807 AZN olub.