Mən vətəndaş müharibəsi təhlükəsini görürəm, daha çox əminəm ki, bu şəxs (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) bu yolla gedir, onun müvafiq yol xəritəsi var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyunun 10-da “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.
O, ölkədə və onun ətrafında yaranmış vəziyyəti nəzərə alaraq baş verənləri çox təhlükəli adlandırıb. Erməni deputat Paşinyanı Ermənistanı bilərəkdən toqquşmalara aparmaqda suçlayıb.