Moskvanın qəsdi: Erməni təxribatı 2003-cü ildə erməni işğalı altında olan Xankəndidə separatçıların yaratdığı "Artsax" caz "orkestri" Moskvada iki konsert verəcək.
"Cebheinfo.az" bu barədə "Telegram" kanallarına istinadən xəbər verir.
"Orkestr" 14 iyunda "Moskva caz festivalı-2025"-də iştirak edəcək. 15 iyunda isə Aleksey Kozlovun caz klubunda səhnəyə çıxacaq.
Məlumdur ki, separatçıların yaratdığı bu "orkestr" Moskvada müvafiq icazə olmadan səhnəyə çıxa, konsert verə, hansısa festivala qatıla bilməz. Odur ki, erməni "orkestrinin" Moskvaya səfərini doğrudan da "konsert" adlandırmaq olar.