Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyinat olub.
"DİA-AZ" xəbər verir ki, bu barədə AzTU məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Aynurə İsmayılova təyinat alıb.
Qeyd edək ki, A.İsmayılova bu təyinatdan əvvəl AzTU-da Ömürboyu Öyrənmə Məktəbinin direktoru və İqtisadiyyat və statistika kafedrasının dosenti vəzifəsində fəaliyyət göstərib.
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakülətəsinin bakalavr və magistr səviyyələri üzrə məzunu olan Aynurə İsmayılova 2021-ci ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adını alıb, layihələrin idarəedilməsi üzrə IPMA B dərəcəli sertifikata malikdir.
2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı (798 nömrəli) ilə “Tərəqqi” medalı ilə təltif edilib.