Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                 

Ermənilər Qarabağı geri alacaq? - AFP-Fransanın təbliğat maşını düşmənçiliyi təbliğ edir
Tarix: 11-06-2025, 13:05 | Çap et

Agence France-Presse (AFP) beynəlxalq xəbər agentliyidir. 1835-ci ildən fəaliyyət göstərir. Dünyanın ən qədim xəbər agentliyi kimi tanınır. Fransanın bu agentliyi dünyanın 151 ölkəsində çalışır. 260 məntəqədə büroları mövcuddur. 100 milləti təmsil edən 2400 işçisi var. Rəsmi məlumata görə bu agentlik 2022-cı ildə 321.9 milyon avro təmiz gəlir əldə edib. Bunları nədən xatırlatdım?
 Bu agentliyin Ermənistan təmsilçisi Mariam HARUTYUNYAN “Armenians fear peace with Azerbaijan has too high a price” (Ermənilər qorxur ki, Azərbaycanla sülh çox baha başa gələ bilər) adlı məqalə ilə çıxış edib. Jurnalist yerli insanlarla görüşüb və onların bir sıra məsələlərə münasibəti ilə maraqlanıb. Həmin məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Bəri başdan deyim ki, məqalədə oxucular üçün məqbul olmayan müəyyən ifadələr var. Bir daha vurğulayıram ki, məqaləni revanşizmə köklənmiş erməni müəllif yazıb. Mariam xanım metaforaya vararaq deyir ki, İrəvanın mərkəzi meydanında uşaqlar göyərçinləri qovur, qocalar qovaq ağaclarının altında donquldanır, havada isə ölkənin gələcəyi ilə bağlı narahatlıq dolaşır. Ermənistan Azərbaycanla davamlı sülhə nail olmaq üçün daha hansı güzəştlərə getməlidir? Bu sualla bağlı Ermənistanın ictimai fikrində fikir ayrılığı mövcuddur. Azərbaycan Qafqazda onilliklər ərzində davam edən düşmənçilik və münaqişəyə son qoymaq üçün sazişin bir hissəsi kimi əzəli düşmənindən geniş güzəştlər tələb edir. İsti bir yaz gününün sakit mənzərələrinə baxmayaraq, bu məsələ 2023-cü ildə alçaldıcı hərbi məğlubiyyətin təsirindən hələ də qurtulmayan kövrək erməni cəmiyyətində narahatlığa səbəb olub. 25 yaşlı filoloq Nare Barseqyan deyir ki, həyat qeyri-müəyyənliklərlə doludur: "Bizdə bölünmüş cəmiyyət, zəhərə dönmüş siyasət və ölkəmizə qarşı artan hörmətsizlik var. İnsanları daim yeni müharibə olacağı ilə təhdid etmək olmaz. Deyirlər ki, Azərbaycanın tələblərinə boyun əyməsək, müharibə olacaq”. Sovet İttifaqı dağılandan bəri tarixən Ermənistanın tərkibində olan Qarabağa (?) nəzarət uğrunda Ermənistanla Azərbaycan arasında bir neçə müharibə olub. Rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınan bu bölgə otuz il ərzində ermənipərəst separatçılar tərəfindən idarə olunub. Azərbaycan 2023-cü ildə 24 saat davam edən ildırımsürətli hücumda Artsaxı geri qaytardı və 100 mindən çox etnik erməni dağlıq anklavı tərk etməyə məcbur oldu. Məğlubiyyət və Qarabağdan kütləvi köç Ermənistanın siyasi parçalanmasını daha da dərinləşdirdi və hökumətin böhrandan çıxmaq üçün gördüyü işlər küçə etirazları ilə qarşılaşdı. Münaqişədən kənara çıxmağa çalışan Bakı və İrəvan mart ayında bəziləri tərəfindən münasibətlərdə mümkün dönüş nöqtəsi kimi qiymətləndirilən daha geniş sülh müqaviləsinin mətni üzərində razılığa gəldi. Lakin Azərbaycan digər tələblərlə yanaşı, Ermənistandan Qarabağa hər hansı ərazi iddialarından rəsmən imtina etmək üçün ilk növbədə öz konstitusiyasına düzəliş etməsini istəyir. Bu isə ermənilər tərəfindən öz ata-baba yurdu kimi qəbul edilən Artsax ilə Ermənistanın bağının birdəfəlik kəsilməsi deməkdir. Baş nazir Nikol Paşinyan 2027-ci ildə keçiriləcək konstitusiya referendumunun planlarını açıqlayaraq, davamlı sülh naminə güzəştə getməyə hazır olduğunu bildirib. Bəli, Qarabağın itirilməsi erməni cəmiyyətini parçalayıb. 52 yaşlı Robert Matevosyan Qarabağın erməni adından istifadə edərək deyir: "Bəziləri Artsax məsələsinin bitdiyinə inanır, amma çoxları bu itki ilə razılaşmır, çünki heç bir xalq öz vətəninin bir hissəsindən belə asanlıqla imtina edə bilməz". “Hər gün hər şeyini itirmiş Artsaxdan olan insanları görəndə sən o torpaqları unuda bilməzsən”, o, nisbətən təhlükəsiz olan Ermənistana qaçan Qarabağ qaçqınlarını nəzərdə tutaraq əlavə edir. Mühəndis və yarımştat tur bələdçisi Matevosyan Ermənistanın cənubunda Azərbaycanla həmsərhəd olan Sünik rayonundandır. O, Azərbaycan hərbi postlarından cəmi bir neçə yüz metr aralıda olan Qafan kəndinə qayıdanda havadakı gərginliyi hiss etdiyini söyləyir. "Heç bir təhlükəsizlik yoxdur. Yalnız təhlükəsizliyin illüziyası var" o, AFP-yə bildirir. Matevosyan Ermənistanın “Azərbaycanın təzyiqi altında” konstitusiyasını dəyişməsini istəmir: "Əgər kimsə bunun sülh gətirəcəyini düşünürsə, yanılır. Azərbaycan sülh istəmir". Nikol Paşinyanın təklif etdiyi konstitusiya dəyişikliyi ilə bağlı referenduma yanaşmada inamsızlıqdan doğan müəyyən şübhələr var. Bu mövzunun dominant olduğu ictimai müzakirələr zamanı erməni cəmiyyətində bu şübhələrin mövcudluğu aydın görünür. 65 yaşlı fizik Karine Hambardzumyan “Konstitusiya xarici təzyiq altında dəyişdirilməməlidir”, deyir. "Mən öz həyatımı başqasının təhdidləri altında qurmaq istəmirəm. Qoy çətin olsun, lap çətin olsun, amma bu, bizim öz iradəmizə söykənən seçim olmalıdır". Xanım jurnalist yazır ki, Ermənistanda çoxları hələ də bir gün Qarabağın geri qaytarılacağına ümid edir. "Biz ilk növbədə güclü ölkə qurmalıyıq", - Hambardzumyan bildirir. Buna nail olsaq, o zaman Artsaxı geri alacağıq”. 59 yaşlı musiqiçi Vahan Artsruni də analoji fikirdədir: "Biz Artsaxı geri qaytara bilərik. Əlbəttə, indi yox, bəlkə müəyyən bir müddət sonra. Biz bir olsaq bu, mümkün olacaq...Sovet İttifaqının dağılmasından sonra Ermənistan silahlı qüvvələri Qarabağa nəzarəti ələ keçirəndə hansı hissləri yaşamışdımsa, indi də 30 il əvvəl hiss etdiyim ruhu özümdə hiss edirəm”. O, konstitusiya müzakirəsini "hökumət tərəfindən irəli sürülən çoxsaylı saxta gündəmlərdən biri" kimi rədd edir və nəticədən narahat olmadığını söyləyir: “Hökumətə etimadın həddən artıq aşağı olduğunu nəzərə alsaq, nəzərdə tutulmuş düzəlişin referenduma getdiyi halda belə, keçməyəcəyi artıq aydın görünür”. Məqalədə məhz bu fikir dönə-dönə vurğulanır və bu fikirlərlə də yekunlaşır. Gördüyünüz kimi, Fransanın əsas xəbər agentliyi olan AFP oxucularda belə bir rəy formalaşdırmaq istəyir ki, Nikol Paşinyandan və onun hökumətindən fərqli olaraq erməni xalqı Qarabağdan əl çəkmək fikrində deyil. Tam əksinə, yaxın gələcəkdə Qarabağı geri almaq düşüncəsində qərarlı görünürlər. Bu tendensiya həm də o fikri bir daha təsdiqləyir ki, Ermənistan konstitusiyası hökmən dəyişməlidir. Çünki Nikol Paşinyandan sonra Ermənistanda revanşistlərin iqtidara gəlməsi ehtimalı son dərəcə yüksəkdir. Onlar isə Ermənistanla Azərbaycan arasında indiyə qədər əldə olunmuş bütün razılaşmaların sıfırlanmsını tələb edirlər. Elbəyi Həsənli. Sürix










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Dünən, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Dünən, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Dünən, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Dünən, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Dünən, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Dünən, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Dünən, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Dünən, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Dünən, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Dünən, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Dünən, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Dünən, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Dünən, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Dünən, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Dünən, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Dünən, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Dünən, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Dünən, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Dünən, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Dünən, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Dünən, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Dünən, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Dünən, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Dünən, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Dünən, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Dünən, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Dünən, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Dünən, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Dünən, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Dünən, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Dünən, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Dünən, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru