Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                     AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək .....                     AZCON Holdinqdə yeni təyinat .....                     “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var .....                     “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır .....                     Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı .....                     Azərbaycanda 600 manat dəfn pulu veriləcək .....                     Azərbaycanda sosial müavinətlər artırılır .....                     Bakıda qrup halında adam öldürənlər .....                     “Məni hədələyərək işdən çıxardılar” .....                     "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər" .....                     "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" .....                     Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? .....                     Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub .....                     Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi .....                     “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB .....                     Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək .....                     “İrşad” gömrük qaydalarını pozur .....                     Ukraynada Trampa və ABŞ-yə etimad azalır .....                     Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı .....                     İran müharibə planı hazırlayıb: .....                     "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq .....                     Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Röya Baləlinin mahnısını oxudu .....                     Qazinin pulunu kim kəsib? .....                     Bu ərazilər Azərbaycana qaytarılır: .....                     Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi .....                     SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır .....                     “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” .....                     “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... .....                     Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” .....                     Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb .....                     Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi .....                 

Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik? - HƏQİQƏTƏN DƏ...
Tarix: 11-06-2025, 17:19 | Çap et

Azərbaycanda “Elektroenergetika haqqında” Qanuna dəyişikliklər ediləcək.

Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək. Sabiq tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Energetika nazirinin müavini Samir Vəliyev sabit tariflərin məqsədini açıqlayıb.

O qeyd edib ki, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər:

“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır.

Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov isə bildirib ki, sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir:

“Sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil. Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil.

Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz.

Bu baxımından, sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.

Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödəniş aparır.

Çünki hər ikisinin istehlakı eynidir. Beləliklə, dolayısı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementin tətbiqi, sabit xərclər bilavasitə aidiyyəti abonentlərə aid edilmiş olacaq. Bu, beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur. İstehlak tarifləri necə tənzimlənirsə, sabit tarif də elə tənzimlənəcək”.

Qeyd edək ki, əhali qaz və elektrik enerjisində qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərin limitin ləğvi və qiymət artımı ilə nəticələnəcəyi qənaətindədir.

Sabit tariflərin tətbiqi, evdə yaşamayanların qaz və işıq pulu ödəməsi nə dərəcədə doğrudur?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir:

“Niyə bu qərara gəldiklərini heç cür anlaya bilmirəm. Çünki bizim gözləntimiz o idi ki, işıq və qazla bağlı limitlər ləğv edilsin. Çox güman ki, limitlər ləğv ediləcək. Ancaq müxtəlif tarif paketləri də əlavə olunacaq. Bu da qiymət artımına səbəb olacaq.

Təklif ondan ibarətdir ki, dövlət şirkəti qazın və yaxud elektrik enerjisinin mənzilə qədər çəkilməsinə vəsait xərcləyir, sayğac quraşdırır. Ancaq siz evdə yaşamırsınızsa, infrastruktura çəkilən xərci sabit tariflə ödəməlisiniz. İndi bu 5 manat, yoxsa 1 manat olacağı bilinmir. Hər halda aylıq əlavə işlətdin-işlətmədin qaza, elektrik enerjisinə pul verməli olacaqsız. Bu çox mənasız bir yanaşmadır.

Çünki o infrastruktur üçün vəsait dövlət büdcəsindən ayrılır. Vətəndaş olaraq dövlət büdcəsindən vergilərimizlə pay sahibiyik və bizim vergilər hesabına da o infrastruktur çəkilir. Bundan başqa istehlakçı olaraq fərqi nədir ki, dövlət, yaxud özəl şirkət olsun. Biz keyfiyyətli xidmət almaq istəyirik.

Bizim üçün təbii inhisarçıların olmasının o qədər də əhəmiyyəti yoxdur. Sadəcə problem odur ki, alternativimiz yoxdur. Təbii inhisarçılar su, qaz, elektrik enerjisinin qiymətlərini qaldıra bilirlər. Bizim alternativimiz yoxdur ki, başqa bir təchizatçıya müraciət edək. Ancaq bunların təklif etdiyi məntiqi götürsək, biznes də gərək elə davransın.

Məsələn, kimsə mağaza tikir və infrastruktur qurur, pul xərcləyir və mağazaya kimsə daxil olur. Heç nə almadan çıxanda onun qarşısını kəsir ki, “mən mağazama pul xərcləmişəm, buranı tikmişəm. Nə olsun heç nə almamısan, heç olmasa kassaya bir 5 manat ödəniş elə”. Yəni hazırki yanaşma belədir. Çox məntiqsiz və yalnışdır. Mən ümid edirəm ki, bu təklif keçməyəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
"Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Dünən, 16:00
Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Dünən, 15:37
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Dünən, 15:34
Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Dünən, 15:32
“Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Dünən, 13:06
Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Dünən, 13:04
“İrşad” gömrük qaydalarını pozur
Dünən, 13:02
Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Dünən, 12:59
Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Dünən, 12:53
İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Dünən, 12:52
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Dünən, 12:49
Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:39
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Dünən, 12:34
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Dünən, 12:31
Röya Baləlinin mahnısını oxudu - VİDEO
Dünən, 12:28
Qazinin pulunu kim kəsib? - ETİRAZ
Dünən, 12:25
Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Dünən, 12:22
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:15
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Dünən, 12:12
SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Dünən, 12:07
“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Dünən, 12:03
“Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Dünən, 11:55
Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Dünən, 11:43
Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Dünən, 11:41
Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Dünən, 11:37
Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Dünən, 11:35
FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Dünən, 11:31
Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Dünən, 11:28
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Dünən, 11:25
Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Dünən, 11:21
İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Dünən, 11:14
Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Dünən, 11:08
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Dünən, 11:04
Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Dünən, 11:03
Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru