APA xəbər verir ki, Fransa lideri bunu "France 2" telekanalına müsahibəsində bildirib.
Makron bu ərazidə fəaliyyətləri tənzimləyəcək beynəlxalq sazişlərin qəbulunun vacibliyini vurğulayıb.
“Qrenlandiya Arktika regionuna daxildir və biz Arktikada olduğu kimi burada da beynəlxalq razılaşmaların imzalanmasını istəyirik. Bu sazişlər həmin ərazidə fəaliyyətin tənzimlənməsinə xidmət etməlidir. Biz bu bölgəni qorumaq, alimlərin tədqiqat işlərinə şərait yaratmaq istəyirik. Amma eyni zamanda onun qarşıdurma zonasına çevrilməsinə qətiyyən yol vermək istəmirik”, – deyə Makron qeyd edib.