Ötən il Azərbaycanda su kəməri şəbəkəsinə verilən suyun ümumi miqdarı 624 milyon 249,1 min kub metr olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu suyun 98%-i və ya 611 milyon 557,1 min kub metri təmizləyici qurğulardan keçirilib.
Qeyd edək ki, şəbəkəyə vurulan suyun 58%-i və ya 362 milyon 324,7 min kub metri istehlakçılara verilib. Bunun da 70,6%-i və ya 256 milyon 3,4 min kub metri əhaliyə verilib.
Su kəməri şəbəkəsinə verilən suyun 42%-i və ya 261 milyon 924,4 min kub metri öz ehtiyaclarına sərf olunub, həmçinin uçota alınmayan və itirilən suyun da miqdarı buraya daxildir.
Onu da bildirək ki, əhaliyə verilən suyun yarısı – 50%-i və ya 127 milyon 808,1 min kub metri Bakı şəhərinin payına düşüb.