"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" .....                     Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" .....                     Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR .....                     Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik .....                     Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır .....                     Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur .....                     "Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." .....                     Adil Əliyevin əcaib-qəraib işləri... .....                     Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb .....                     Qazax səhiyyəsi acınacaqlı durumda .....                     Göygöl peşə məktəbində AÇIQ BAZAR .....                     "Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... .....                     “Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans .....                     "Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib" .....                     " Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?" .....                     Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? .....                     Paşinyanla qarşıdurmada məğlubiyyəti .....                     Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat .....                     "Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" .....                     Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir .....                     Keçmiş dostlar necə və niyə düşmən oldular? .....                     İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib .....                     Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb .....                     BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim .....                     Paşinyan İrəvanda hücuma hazırlaşır .....                     AMB 314 minlik qablaşdırma mallarını .....                     Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi .....                     Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir .....                     Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi .....                     Problemli kreditlər silinəcəkmi? .....                     Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi .....                     Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb .....                     Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar .....                     Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı .....                     "Yoldaşımı xəstəxanaya aparmışdım" .....                     İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? .....                     Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm .....                     "Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" .....                     Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: .....                     Rahib Qəribi döyüb ayağını sındırdılar .....                 

10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Tarix: Dünən, 08:18 | Çap et

Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən Bərdə Rayon Mərkəzi Xəstəxanası Birləşmiş Uşaq Xəstəxanasının cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri, həkim-ümumi cərrah olmuş Ədalət Süleymanovun barəsindəki qərardan verilən kasasiya şikayətinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 2015-ci il təvəllüdlü Gülüm Abidova 2020-ci ilin avqustun 4-də, saat 17:00-da öz həyətlərində pilləkəndən yıxılıb, hadisədən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində müayinə olunub və evə göndərilib.

Ertəsi gün saat 11:30-da azyaşlı qız valideynləri tərəfindən təkrar olaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Gülüm Abdilova həmin gün xəstəxananın həkimləri - Şöhrət Əhmədov və Ədalət Süleymanov tərəfindən digər xəstəxanaya göndərilməsi qərarı qəbul edilib.

İntoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdiblər. Saat 24:00-da Gülüm Abdilova orada vəfat edib.

İstintaq hər iki həkimi Gülüm Abdilovanın ölümü ilə bağlı səhlənkarlıqda günahlandırıb və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürüb.

“Dedi ki, xəstəmiz ölür, təcili buna bax”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrət Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1975-ci ildən Bərdə rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı vəzifəsində işləyir: “Xəstəxananın baş həkimi tərəfindən təxminən 15-20 ildir ki, travmatoloji xəstələrə yalnız həkim travmatoloqlar tərəfindən baxılması əmirləşdirilib. Mənim vəzifəm 18 yaşadək uşaqlarda planlı və təcili əməliyyatlar etməkdən ibarətdir. Bu müddət ərzində, yəni 4 avqust 2020-ci ildə, 14:30-dək işdə olmuşam, sonra evə getmişəm. Ertəsi gün, səhər saat 09:00-da işdə olduğum zaman digər xəstələri tibbi müayinə etdim. Həmin gün, təxminən saat 11 radələrində adını xatırlamadığım bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla qəbul otağıma daxil oldu və dedi ki, xəstəmiz ölür, təcili buna bax. Həmin xəstəni tapçanın üstünə qoydular. Uşağın ağır vəziyyətdə olduğunu gördüm və uşağın qohumlarından uşaq barədə soruşdum. Onlar da mənə avqustun 4-də axşam saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanayə gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyini, sistem olunduğunu bildirdilər. Uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək uşağı evə apardılar. Həmçinin bildirdilər ki, həmin gün xəstəyə mərhum travmatoloq Şəmil həkim baxıb və uşağın xəstəxanada qalmasını uşağın valideyinlərinə bildirib”.

“Xəstə can verdiyi üçün telefon əlaqəsi saxlamadım”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra o, bacısına dərhal uşağı bir daha USM-dən keçirməsini, qan analizini götürməsini, qarın boşluğuna rentgen olunmasını, sonra xəstəlik tarixçəsi açaraq uşağa kəskin qarın diaqnozu qoyulmasını və diaqnoz əsasında müayinəyə başlanmasını bildirib: “Sona qədər bu diaqnozla xəstəni müalicə etmək üçün diaqnozu aydınlaşdırmaq lazım olduğu üçün bunun ümumi diaqnoz olduğunu, həmçinin xəstəxanada KT və endoskopik-laporoskopiya müayinəsi olmadığı üçün yeganə yol yalnız qarın boşluğunu açaraq baxmaq gərəkli olması barədə uşağın valideynlərinə başa saldım. Onların qərarını soruşdum. Valideynlərdən biri kiməsə zəng etdi və valideynə təcili Bakı şəhərinə uşağın aparılması, mənimlə danışmaq istədiyini bildirdi. Mən də bu dəqiqə vaxtım olmadığını, həkim deyilsə, mənimlə nə üçün danışmalı olduğunu soruşdum. Xəstə can verdiyi üçün mən həmin şəxslə telefon əlaqəsi saxlamadım və ölkədə koronavirus infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respublika Kliniki Xəstəxanası xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşündüm. Mən ilk olaraq uşağa çılpaq vəziyyətdə baxdım və qarın nahiyyəsində heç bir iz (qançır, göyərti və s.) görmədim. Buna baxmayaraq uşağı müayinə etdim”.

“Xəstə göyərmiş və ağır şok vəziyyətində olub”

Şöhrət Əhmədovun bildirdiyinə görə, daha sonra uşağı sistemdən keçirbi, ilk olaraq bədəninə narkotik vurulub: “Sonra venadaxilinə infuziya başlandı. Amma uşağın vəziyyətinin düzəlmədiyini gördüm. Xəstənin şok vəziyyətindən çıxmadığını gördüm və bunun küt travma olduğunu düşündüm. Günəş kələfində qansızma hesab etdim, vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini gördüm. Bu barədə valideyinlərinə bildirdim. Həmçinin parenximatoz və boşluluq orqanlarının zədələnməsinin diaqnostik əlamətlərinin olmadığını gördüm, valideyinlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağır olduğu mənə aydın olmadığını bildirdim. Çünki xəstə göyərmiş və ağır şok vəziyyətində olub”.

“Bu xəstə burdan sağ çıxası deyil”

Şöhrət Əhmədovun sözlərinə görə, daha sonra valideynləri uşağı Bakı şəhərinə aparmaq istədiklərini deyiblər: “Mən də dedim ki, aparmaq istəyirsinizsə, aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir. Daha ixtisaslı yardım göstərilməsi üçün eyni zamanda uşaq anestezioloqunun, reanimatoloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin olmasını nəzərə alaraq Bakı şəhərinə getməsinə mən özüm də qərar verdim. Bundan sonra birbaşa Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Nizami Mehdizadəyə məlumat verdim. O da dedi ki, əgər xəstəni şokdan çıxara bilmirsinizsə, onu ləngitməyin, təcili uşağı Bakı şəhərinə təxliyə edin. Ona görə baş həkim özü TƏBİB-ə zəng etdi və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etdi. Xəstəni konsultasiya etmək üçün Bərdə Rayon Mərkəzi Xəstəxanansında cərrahiyə şöbəsinin müdiri Ədalət Süleymanov və anestezioloq Seymur Orucova da bu barədə bildirdim. Onlar da “bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” dedi. Günorta saat 2-3 radələrində uşağı Bakı şəhərinə göndərmək üçün xəstəyə epikriz yazdım, maşın hazırladım, yanına təcili tibbi yardımın həkimini qoşaraq təcili Bakı şəhərinə yola saldım”.

“Bakı şəhərinə apardıqlarını bildim”

Digər təqsirləndirilən Ədalət Süleymanov da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində qeyd edib ki, 1987-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında həkim cərrah vəzifəsində, 2007-ci ildən Bərdə rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyir: “Vəzifəm hazırda şöbəyə rəhbərlik etməkdən, xəstələrin müayinə və müalicəsində iştirak etməkdən, ağır xəstələrin müayinəsi, müalicəsində iştirak etmək və digər həkimlərlə konsilium təşkil etməkdən, ehtiyacı olan xəstələri digər rayon və şəhərlərdə yerləşən xəstəxanalara göndərilməsini təşkil etməkdən ibarətdir. Mən Gülüm Abidovanın xəstəxananın şöbəsinə daxil olması və orada ona həkim-cərrah Şöhrət Əhmədov tərəfindən tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən Mirqasımov adına xəstəxanaya göndərilməsi, orada Gülüm Abidovanın ölməsi barədə ilk dəfə təkrar komisyon məhkəmə-tibbi ekspertizasinın rəyi ilə tanış olan zaman bilmişəm. Bundan sonra həkim-cərrah işləyən Şöhrət Əhmədovdan xəstə Gülüm Abidova ilə maraqlandım. Həmin vaxt xəstəyə tibbi yardım göstəriləndən sonra valideynləri tərəfindən uşağın Bərdə xəstəxanasında əməliyyat olunmasına etiraz etdikləri üçün xəstəni Bakı şəhərinə apardıqlarını bildim”.

“Xəstə xəstəxanadan qaçırılıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülüm Abidovanın valideynlərinin deməsinə görə avqustun 4-də, saat 17:00-da öz həyətlərində pilləkəndən yıxılıb, hadisədən sonra qəbul şöbəsində müayinə olunub və evə göndərilib: “Bununla bağlı bildirmək istəyirəm ki, həmin xəstə avqustun 4-də xəstəxanadan evə göndərilməyib, xəstə valideynləri tərəfindən xəstəxanadan qaçırılıb. Bununla bağlı növbətçi həkim tərəfindən rəsmi qaydada akt tərtib edilib”.

“Məlumatım olmayıb”

Ədalət Süleymanov qeyd edib ki, 25 avqust 2021-ci il tarixli ağır vəziyyətdə olan xəstənin Bərdə Rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım maşını ilə Bakı şəhəri Respublika Klinik Xəstəxanasına göndərilməsi Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir: “Buna məsul şəxslər xəstəxananın müalicə həkimi, şöbə müdiri və baş həkimidir qeyd edilib. Rəyin bu hissəsində qeyd edilənlərlə razı deyiləm. Şöbə müdiri kimi mənim bu xəstə barədə məlumatımın olmadığını səbəb gətirmişəm. Həmin ilin aprelin 6-da verilən rəydə göstərilib ki, 2020-ci ilin avqustun 5-də xəstə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra onun vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkim-cərrah Şöhrət Əhmədov və şöbə müdiridir. Rəyin bu hissəsisində qeyd edilənlərlə razı deyiləm. Şöbə müdiri kimi mənim bu xəstə barədə məlumatımın olmamasını səbəb gətirmişəm. 2021-ci ilin mayın 26-da verilən rəydə isə qeyd olunub ki, Gülüm Abidova avqustun 5-də, saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanansına gətirilib və ona kəskin qarın diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilib. Bu qərarın şöbə müdiri tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Rəyin bu hissəsində qeyd edilənlərlə razı deyiləm. Həmin dövrdə mən şöbə müdiri olmamışam, mənim həmin xəstə barədə məlumatımın olmadığını səbəb gətirmişəm”.

“Qarnında heç nəyin olmadığını bildirdi”

İş üzrə zərərçəkmiş Gülüm Abidovanın hüquqi varisi, anası Lalənin sözlərinə görə, 2013-cü ildə Elməddinlə ailə həyatı qurub: “Həmin nikahdan 4 azyaşlı uşaqlarımız var. Gülüm 2015-ci ildə anadan olub. Anadan olandan Gülüm heç bir xəstəlikdən əziyyət çəkməyib. 4 avqust 2020-ci ildə evdə 6 aylıq uşağıma baxdığım zaman Gülümün ağlaması səsini eşitdiyim üçün dərhal çölə çıxdım. Onun ayaq yolu yerləşən yerdə kafelin üzərində başı aşağı çöməlmiş vəziyyətdə qarnını tutaraq ağladığını gördüm və ondan nə üçün ağladığını soruşdum. Gülüm də qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün həmin nərdivandan yıxıldığını bildirdi. Dərhal yoldaşım Elməddinə zəng etdim, evə gəlməsini və uşağının ağladığını bildirdim. Elməddin dərhal evə gəldi və birlikdə Gülümü Bərdə Rayon Mərkəzi Xəstəxanasına apardıq. Biz uşaq xəstəxanası korpusuna getdik. Orada adlarını xatırlamadığım tibb bacıları bizi “acil” adlanan korpusa göndərdilər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərdik və hansı həkimin yanına yaxınlaşmalı olduğumuzu soruşduq. Növbətçi hissədə olan xanım növbədə cərrah həkim Şöhrət Əhmədovun olduğunu bildirdi və dərhal həmin həkimə zəng edərək bizi qəbul etməyini dedilər. Şöhrət həkim telefonda uşaq ultrasəs müayinəsindən keçirildikdən sonra ona həmin müayinən cavabı deyilməsini bildirdi. Növbətçi həkim ultrasonoloqa zəng etdi və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Gülümü müayinədən keçirilməsi üçün çağırıldı. Adını sonradan bildiyim İlahə həkim gəldi və bizi onun yanına göndərdilər. Mən bibim Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olduq və Gülümü müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirdi. Mən da həkimdən “bəs uşaq qusur axı, bu nədəndir?” soruşdum. Həkim də sistem vurulandan sonra düzələcəyini bildirdi. Uşağım ilə birlikdə otaqdan çıxandan sonra yenə növbətçi həkimin yanına getdik. Növbətçi həkimə USM-nin cavabını verdi və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Gülümə sistem keçirdi. Bir neçə sistem uşağına vurulandan sonra bizə uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etdilər. Mən də tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa, evə aparmağımı bildirdim. Həkimlər də uşaqda ciddi problemin olmadığını bildirdi. Sonra yoldaşım ilə uşağı evə apardıq. Gülümü evə aparsaq da, qarnının ağrıdığını dedi. Gülüm evə gələn kimi uzandı, heç nə yemədi və gecə saat 1 radələrində ayağa duraraq su içmək istədiyini bildirdi. Mən də uşağa bir iki udumluq su verdim. O da suyu içdikdən sonra yatmağa getdi”.

“Bildirdi ki, uşaq şokdadır”

Lalənin ifadəsinə görə, növbəti gün səhər saat 8 radələrində Gülüm yerindən duraraq qaytarmağa başlayıb: “Qaytardıqdan sonra su içmək istədiyini bildirdi. Uşağa biraz su verdim və əmim oğlu Ramizin evinə apardım. Ramiz də uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmağı bildirdi və yoldaşı Günayla birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanaya getdik. Xəstəxanaya daxil olan kimi uşağı Şöhrət Əhmədovun olduğu otağa apardılar. Uşaq əmimqızı Günayın qucağında həkimə yaxınlaşdı və dedi ki, nolar uşağa bax, gör niyə qusur. Şöhrət Əhmədov da bildirdi ki, görmürsən başqa uşağa baxıram, gözlə. Sonra Şöhrət həkim Gülümü apardı və otaqda olan tapçaya uzandırmağı bildirdi. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başladı. Həkimə “bax gör uşaq yenə də qusur” dedim. Şöhrət uşağa baxan kimi bildirdi ki, uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq, sonra əlimizdən gələni edək. Gülümü USM-dən keçirdim və cavabını gətirərək b həkimə təqdim etdim. Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” dedi. Biz də Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirdik”.

“Bizi aldatdığını başa düşdük”

Lalə qeyd edib ki, iki saat sonra Şöhrət həkim palataya gəlib: “Bildirdi ki, uşaq sistem vurulandan sonra elə bil biraz yaxşılaşıb, buna birazda sistem vurun, bir əməliyyatımda var, ora gedim-gəlirəm. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurdular. Bu təxminən iki saat müddətində davam etdi. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördük. Əmim oğlu Ramiz Şöhrət Əhmədovun oturduğu kabinetə getdi və “uşağın vəziyyəti yaxşı deyil, gəl bax, gör nə edə bilirsən” dedi. O da gələrək Gülümə baxdı və bildirdi ki, uşağın vəziyyəti yaxşı deyil, burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir. Mən də “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” dedim. Çünki ərim Elməddin səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirdi. Şöhrət həkim isə “qoy mən baxım ilk öncə, günorta sizə hə-yox deyərəm” dedi. Mən də onunla razılaşdım. Amma artıq bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürdülər. Sonra Şöhrət uşağı ən yaxşısı Bakı şəhərinə aparmağı bildirdi. Artıq Şöhrətin bizi aldatdığını başa düşdük və dərhal Gülümü öz şəxsi avtomobilimizlə Bakı şəhərinə aparmağa qərara aldıq. Lakin həmin vaxt ölkədə karonavirus infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaşdığından Bakıya girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilərdik. Bu səbəbdən təxminən 3 saat ərzində Bakı şəhərinə gedişin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözlədik”.

“Yalnız nəfəsi gəldiyini gördük”

Lalənin sözlərinə görə, daha sonda əri ilə birlikdə xəstəxananın baş həkiminin qəbuluna düşüb: “Baş həkim də Şöhrət Əhmədovla tez-tez telefon əlaqəsi saxladı və bizi Bakı şəhərində Mirqasımov adına xəstəxanaya getməyimiz üçün göndəriş yazaraq verdi. Həmçinin Şöhrət Əhmədov ərimə resept yazaraq dərman almasını və ona gətirməsi dedi. Ərim Elməddin də dərhal aptekə gedərək adını xatırlmadığım dərmanı aldı və Şöhrət həkimə təqdim etdi. Həkim də həmin iynəni uşağa yeridəndən sonra uşaq tamamilə özündən getdi və uşağın yalnız nəfəsi gəldiyini gördük. Təxminə saat 5 radələrində təcili yardım maşını ilə Bakı şəhərinə yola düşdük. Həmin vaxtı Gülüm özündə olmayıb, halsız vəziyyətdə olub. Onlar Bakı şəhərində xəstəxanaya çatdıq. Qaynatam və qaynanam Bakı şəhərində yaşadıqları üçün onlar xəstəxanaya çatdıqda onlar artıq xəstəxananın həyətində olublar. Orada adını xatırlamadığım həkim qaynatama yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” dedi. Qaynatam da uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərildiyini bildirdi. Həkim də “burda nə varki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” dedi. Sonra uşağı tomoqrafiyadan keçirdilər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırdılar. Orada uşağa narkoz verildi və uşaq əməliyyat stolunda avqustun 6-da, gecə saat 1 radələrində keçindi”.

“Şikayətçiyəm”

Hüquqi varis daha sonra ifadəsində göstərib ki, xəstəxanadan uşağı heç yerə qaçırmayıblar, ona və həyat yoldaşına uşağın vəziyyətinin yaxşı olduğunu, heç bir probleminin olmadığını həkimlər bildikləri üçün uşağı evə aparıblar: “Birinci gün uşağı xəstəxanaya apardıqda mənə məsləhət görüldü ki, uşaq gecəni xəstəxanada qalsın. Lakin evdə digər uşağımız qaldığından məcburiyyət qarşısında qalaraq uşağı evə apardıq. Mən ümumiyyətlə Ədalət Süleymanovu tanımıram və uşağıma o baxmayıb. Ona görə də ondan şikayətçi deyiləm. Lakin Şöhrət Əhmədov uşağımın həkimi olub. Şöhrət uşağımı əməliyyat eləmədiyi üçün ondan şikayətçiyəm”.

Həkimlərdən birinə cəza, digərinə bəraət verildi

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Həmçinin Şöhrət Əhmədov dövlət orqanlarda və yerli özünüidarə orqanlarda 1 il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilib.

Digər təqsirləndirilən Ədalət Süleymanovun ittiham olunduğu əməl məhkəmədə sübuta yetirilməyib. Onun barəsində bəraət hökmü çıxarılıb.

Dövlət ittihamçısı cəza tələb etdi

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Ədalət Süleymanovun barəsində olan bəraət hökmünün ləğv edilməsini, itithamedici hökm çıxarılmasını istəyib.

Həmçinin təqsirləndirilən Şöhrət Əhmədovun da vəkili apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bir müddət əvvəl Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxan hakimlər heyəti dövlət ittihamçısının protestini qismən təmin edib və Bərdə Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ədalət Süleymanova cəza verildi

Ədalət Süleymanov dövlət orqanlarında və yerli özünüidarə orqanlarında 1 il müddətə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin bu qərarından Ədalət Süleymanovun vəkili kasasiya şikayəti verib. Vəkil hökmün müvəkkilinə aid hissədə ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Eyni tələblə Şöhrət Əhmədovun da müdafiəçisi kasasiya şikayəti verib. Ali Məhkəmədə şikayətlərə baxan hakimlər qərar qəbul edib. Qərara görə, Şöhrət Əhmədovun vəkili tərəfindən verilən şikayət təmin olunmayıb.

Bəraət hökmü yenidən bərpa edildi

Lakin Ədalət Süleymanova aid hissədə olan Gəncə Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Bu ilin əvvəlində Gəncə Apellyasiya Məhkəməsində Ədalət Süleymanova aid hissədə dövlət ittihamçısı tərəfindən verilən apellyasiya şikayətinə yenidən baxılıb.

Protesti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, dövlət ittihamçısının protesti təmin edilməyib və Ədalət Süleymanovun barəsində Bərdə Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Bundan sonra dövlət ittihamçısı tərəfindən kasasiya protesti verilib. Dövlət ittihamçısı Ədalət Süleymanovun barəsində Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması ilə bağlı işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsi istənilib.

Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, dövlət ittihamçısının kasasiya protesti təmin edilməyib.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" - döyülən jurnalist DANIŞDI
Bu gün, 01:20
Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 01:14
Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR - BUNDAN SONRA...
Bu gün, 01:11
Qrenlandiyanın ABŞ-la qarşıdurma zonasına çevrilməsini istəmirik - Makron
Bu gün, 01:08
Aqrar Xidmətlər Agentliyi “Toyota Camry Hybrid” Avtomobili Alır - BU QİYMƏTƏ...
Bu gün, 01:04
Söküntüdə böyük problem: Verilən pula ev almaq olmur - AKTUAL
Bu gün, 01:02
"Əminəm ki, Rusiya bunu nəzərə alacaq..." - deputat
Bu gün, 01:00
Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
Bu gün, 00:56
Şahin Bağırov "Azercell"ə 84 min manat köçürüb - SƏBƏB
Bu gün, 00:52
Qazax səhiyyəsi acınacaqlı durumda - İTTİHAM VAR...
Bu gün, 00:48
Göygöl peşə məktəbində AÇIQ BAZAR - BU NƏDİ BELƏ?
Bu gün, 00:28
"Jurnalistlərin binası"nda ÜSYAN HƏDDİ... - Şirkət abunəçilərinə necə fırıldaq gəlib?
Bu gün, 00:09
“Müqəddəs taxt” uğrunda siyasi döyüş: Paşinyana qarşı yeni alyans - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"Ermənistanın din xadimləri Paşinyanı devirmək üçün hərəkətə gətirilib"
Bu gün, 00:00
" Bəlkə bu söz-söhbətləri ümumiyyətlə, aparcılar yığışdırsın?"
Dünən, 23:55
Moskva Krım tələbini niyə məhz Bakıya qarşı irəli sürür? – Təxribatlar gözləniləndir
Dünən, 23:51
Paşinyanla qarşıdurmada məğlubiyyəti erməni kilsəsinin siyasətini dəyişə bilərmi?
Dünən, 18:14
Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
Dünən, 18:10
"Ermənistan baş nazirinin kilsəyə hücumu: səbəb nədir?" - "Deutsche Welle"
Dünən, 18:07
Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
Dünən, 18:04
Keçmiş dostlar necə və niyə düşmən oldular? - AKTUAL
Dünən, 18:00
İran şahının nəvəsi yəhudi biznesmenə ərə gedib - VİDEO
Dünən, 17:59
Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb
Dünən, 17:56
BDU-nun “Məzun Günü” tenderində gözlənilməz endirim - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
Paşinyan İrəvanda hücuma hazırlaşır – Bu dəfə qalib gələcək!
Dünən, 17:53
AMB 314 minlik qablaşdırma mallarını - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:50
Pirşağıda şagirdlərin ağzını "skoç"layan müəllimə xəbərdarlıq edildi - RƏSMİ
Dünən, 17:47
Naxçıvan MR-in Tibb Müəssisələrinin İdarəetmə Birliyi ləğv edilir
Dünən, 17:46
Bakıda 12 hektarlıq yeni park salınır, 2,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
Dünən, 17:45
Problemli kreditlər silinəcəkmi? - “Müəyyən addımlar atmaq olar”
Dünən, 17:32
Tehranın imam cüməsinin oğlu və gəlini həbs edildi
Dünən, 17:30
Erməni deputatdan iddia: Paşinyan iqtidarının ömrünə cəmi bir neçə ay qalıb
Dünən, 17:22
Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
Dünən, 17:13
Səkkiz yaşlı oğlana təcavüz edən həbs olunmadı
Dünən, 17:07
"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
Dünən, 17:05
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
Dünən, 17:01
Ermənistanda vətəndaş müharibəsi təhlükəsini görürəm - Erməni deputat
Dünən, 17:00
"Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar" - "Yasamal Hospital"dan ŞİKAYƏT
Dünən, 16:58
Tevanyan erməniləri Paşinyana qarşı üsyana çağırdı: - Gözə göz, dişə diş
Dünən, 16:52
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
Dünən, 16:33
Məmmədovun xeyrinə qanunları pozan qadın hakim kimdir? - NƏ BAŞ VERİR?
Dünən, 15:32
Əcnəbi turist Bakıdakı qızları "ələ saldı": - "Hamısı..."
Dünən, 15:29
Durov niyə Fransanı tərk edə bilmir? - Özü açıqladı
Dünən, 13:06
Rusiya gedib öz problemləri ilə məşğul olsun! - Sabiq nazirdən REAKSİYA
Dünən, 13:03
Fransa məhkəməsi Azərbaycan səfirliyinə hücumla bağlı apellyasiya şikayətinə baxacaq
Dünən, 13:00
Moskva vilayətində bazara silahı hücum olub, azərbaycanlı miqrantlar hədələnib
Dünən, 12:59
Paşinyanın Azərbaycan xalqına mesajının sirri – “Hadisələri tezləşdirmək istəyir”
Dünən, 12:56
Rusiyadan növbəti Qarabağ təxribatı: - Putin də Medinski kimi düşünür
Dünən, 12:53
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:47
Sabunçuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru