Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

AMEA-dan növbəti akademik fırıldaq: - Akademikə “Şöhrət” ordeni verən “Sokrat Klubu” nədir?
Tarix: 8-07-2021, 08:26 | Çap et
AMEA-dan növbəti akademik fırıldaq:
Bir müddət əvvəl AMEA prezidenti Ramiz Mehdiyev tərəfindən qanunsuz olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor vəzifəsinə təyin olunan, az sonra isə Səbail rayon məhkəməsi tərəfindən işdən qovulan akademik Qərib Məmmədov “dünya elminə verdiyi töhfələrə” görə Oksford universitetinin Sokrat Klubu tərəfindən “Şöhrət” medalı ilə mükafatlandırılıb.

Ovqat.com xəbər verir ki, AMEA iki gün öncə bu məlumatı yayıb.

Məlumatda deyilir: “Bu mötəbər medal bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir. Avropanın mötəbər qurumunun yüksək mükafatına layiq görülən alim ömrünün 50 ilə yaxın bir dövrünü elmin inkişafına həsr edib, bu sahədə müstəqil dövlətimizin güclənməsi naminə şərəflə xidmət göstərib.

Akademik Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya üzrə deyil, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası, torpaq örtüyünün strukturu, torpaqların CİS əsasında tədqiqi və digər elm sahələrinin inkişafı ilə də bağlıdır. Bu, bütövlükdə Azərbaycana və onun elminə verilən böyük qiymətdir”.

AMEA-dan növbəti akademik fırıldaq:

Dünən AMEA-nın böyük təmtəraqla bayram kimi qeyd etdiyi bu mükafatlandırma xəbəri AzərTAC kimi ciddi və rəsmi informasiya agentliyi tərəfindən də tirajlanıb. Agentliyə bu “xoş xəbəri” AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev məlumat verib. Görünən budur ki, AMEA akademikin bu böyük uğurunun sevincini Azərbaycan ictimaiyyəti ilə bölüşməyi günün ən mühüm elmi tələbi hesab edib.

Bəs, Azərbaycanın elmi ictimaiyyəti tərəfindən makler-akademik kimi tanınan Qərib Məmmədovu konkret hansı elmi əsərinə görə, bu “möhtərəm” mükafata layiq görüblər?

Maraqlıdır ki, məlumatda bu barədə hər hansı fikir bildirilmir. Ovqat.com-un araşdırmaları nəticəsində məlum olub ki, akademikə təqdim edilən mukafatın təqdimat vərəqində “Azərbaycanın 100 000-lik torpaq xəritəsi çəkdiyi üçün” sözləri yazılıb. Yəni akademiyanın Ramiz Mehdiyev dönəmində qazandığı ən böyük uğur adi bir xəritə imiş. Elədirsə, “dünya elminə verilmiş hansı böyük töhfə”dən danışmaq olar? Belə çıxır ki, istənilən xəritəşünaslıq institutunun kiçik elmi işçisi bilim dünyasına antik yunan filosofu Sokrat qədər töhfə verir.

AMEA-dan növbəti akademik fırıldaq:

Bizə müəmmalı görünən bu məlumatı araşdırmaq qərarına gəldik və ilk öncə Oksford Universitetində həqiqətən belə bir klubun olub-olmadığını müəyyənləşdirməyə çalışdıq. Oksford Universitetinin rəsmi saytında bütün axtarışlarımıza rəğmən Sokrat klubunun adına rast gəlmədik. Axtarışımız bütün internet boyu davam etdi. Sonunda “Sokrat klubu” barədə maraqlı məlumatlar tapdıq. Sən demə, bu klub 1942-ci ildə Oksford universitetinin Monica Shorten adlı bir tələbəsi tərəfindən qurulub və məqsədi “dinlə, xüsusilə də xristianlıqla əlaqədar intellektual çətinliklərin müzakirəsi üçün açıq bir forum təşkil etmək” olub. Başqa sözlə, klubun heç bir akademik özəlliyi olmayıb və o, universitetin nəzdində də yaradılmayıb. Sadəcə bizim Bakı Dövlət Universitetin bir qrup tələbəsinin ərsəyə gətirdiyi ədəbi yaradıcılıq klubuna bənzər dərnək kimi fəaliyyət göstərib.

Sual oluna bilər: Hazırda Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan akademik Qərib Məmmədovun “kəşflərinin” xristianlıqla, dinlə nə əlaqəsi var? O teoloqdur, yoxsa torpaqşünas?

AMEA-dan növbəti akademik fırıldaq:

Məsələ burasındadır ki, 42-ci ildə dünyadərki tam formalaşmamış bir gəncin beynində dinlə bağlı yaranan şübhələrə aydınlıq gətirmək üçün təsis etdiyi Sokrat Klubu hazırda mövcud deyil. Məlumata görə, 1942-ci ildən 1954-cü ilə qədər hər bazar ertəsi axşamı saat 20.15-dən 22.30-dək toplantılar keçərən klub 1972-ci ildə ümumiyyətlə özünü buraxıb.

Növbəti sual: o zaman akademik Qərib Məmmədov nəyin mükafatını alıb?

Akademik çevrələrdən aldığımız məlumata görə, Ukraynada bəzi dəllallar Oksford Universitetinin 50 il bundan əvvəl yox olub gedən klubunun adından alver edirlər. Onlar müxtəlif “elm adamlarına” müəyyən pul qarşılığında adı möhtəşəm səslənən mükafatlar satırlar. Görünür, akademik Qərib Məmmədov da onların fırıldağının qurbanı olub və bu da AMEA tərəfindən təmtəraqla ictimaiyyətə çatdırılıb.

AMEA-dan növbəti akademik fırıldaq:

Suallar tükənmir: Bəs, AMEA niyə bu fırıldağa düşüb? Olmazdımı ki, xəbəri yaymamışdan əvvəl onun nə dərəcədə səhih olub-olmadığını araşdırsın?

Fikrimizcə, akademik Ramiz Mehdiyev belə bir qurumun mövcud olmadığını, olsa belə, təqdim edildiyi kimi, Avropanın mötəbər elmi qurumu olmadığını bilməyəcək qədər sadəlövh deyil. Onun sadəcə AMEA-nın Prezidenti təyin olunduğu 2 il ərzində elmi nailiyyətini göstərmək üçün belə saxta uğurlara ehtiyacı var. Çünki Ovqat.com saytı bir neçə gün əvvəl akademiyanın Ramiz Mehdiyev tərəfindən idarə olunduğu 2 il ərzində görülən xidmətlərdən bəhs edən araşdırma yazısı yayınlamış, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə bu faktları şərh edərək akademik fəaliyyətinə belə qiymət vermişdi: “Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələrini, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir”.

AMEA-dan növbəti akademik fırıldaq:

Adil Əliyevin bu fikirləri Azərbaycan mediasında ciddi müzakirə olunmuş və hər kəs AMEA prezidentinin yarıtmaz fəaliyyətindən danışmışdı. Məhz bu çıxışlardan sonra akademiyanın bütün instutlarında maliyyə yoxlamaları başlamışdı. Görünür, Ramiz Mehdiyev cənablarının da öz “əsrarəngiz fəaliyyətini” işıqlandırmaq və siyasi iradə qarşısında bəraət qazanmaq üçün Qərib Məmmədovun saxta mükafatını əldə bayraq etməyə ehtiyacı yaranıb.

Gorun çatlamasın, Mirzə Cəlil. Əsl sənin mövzun, sənin personajlarındır.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru