Rusiya Ukrayna məsələsinin tənzimlənməsi ilə bağlı ABŞ-la təmaslara açıq olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir qeyd edib ki, Vaşinqton Moskvanın mövqeyindən xəbərdardır və bu mövqe əvvəlki təmaslar zamanı ABŞ tərəfinə çatdırılıb.
“Biz həmişə təmaslara açığıq. Onlar bizim mövqeyimizi bilirlər. Bu mövqe Alyaskada da onların təklifinə cavab olaraq açıqlanıb”, - deyə Lavrov vurğulayıb.
O əlavə edib ki, ABŞ tərəfinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşner də bu mövqedən məlumatlıdır.









