ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı hədəf olub-olmadığını bilmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "CBS News"a müsahibəsində danışıb.
“Bilmirəm”, - deyə ABŞ prezidenti bu sualı cavablandırarkən bildirib.
O, hadisəni törədən şəxs barədə danışarkən onun radikallaşdığını və psixoloji problemləri ola biləcəyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin ədliyyə naziri və baş prokuror vəzifəsini icra edən Todd Blanş "NBC News"a açıqlamasında ilkin istintaq məlumatlarına əsasən, atəş açan şəxsin hədəfinin ABŞ administrasiyasının əməkdaşları olduğunu bildirmişdi.









