Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                 

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir - GƏLİŞMƏ
Tarix: 17-05-2019, 08:30 | Çap et
Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir
“MTN işi” üzrə gözlənilməz gəlişmə müşahidə edilməkdədir. 2015-ci ilin oktyabrında Eldar Mahmudovun həbsə alınan komandasının üzvlərinə məhkəmələrində loyal münasibət sərgilənir. Əvəzində Mahmudovun özünə və yaxınlarına qarşı addımlar atılmaqdadır. Məsələn, MTN-in Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası 1 il azaldılaraq, 4 ilə endirilib. Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib. A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunmuşdu.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə meyiti saxlandığı istintaq təcridxanasındakı kamerasında aşkar olunmuşdu.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha 3 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Akif Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Eldar Mahmudovun komanda üzvlərinin həbsindən 2 il sonra - 2017-ci ilin noyabrında sabiq nazirin köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir. Eldar Mahmudova vəzifədən çıxarılandan sonra həbs olunan sabiq MTN-çilərdən bir neçəsi isə artıq azadlığa buraxılıb.

Yaxın günlərdə Ali Məhkəmədə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərlərinin kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov Bakı Apelyasiya Məhkəməsinin barələrindəki qərarından narazıdırlar. Onların kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

Belə bir vaxtda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə 7 zərərçəkən var və onlardan biri YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədovdur. Tağı Əhmədov MTN-çilər tərəfindən ona 3 milyon manat ziyan vurulduğunu, həmin məbləğin alınmasında Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun da adını çəkib. Belə görünür ki, Vüqar Mahmudovun məhkməsində digər zərərçəkənlər Tağı Əhmədovun kölgəsində qalacaqlar. Sabiq nazirin əmisi oğluna Tağı Əhmədov epizodu üzrə ittihamedici hökm veriləcəyi istisna deyil.

Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki, MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşiy kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur. Göründüyü kimi, sabiq nazirin ən yaxın adamı həbsxana yolunda olsa da, Eldar Mahmudovun generalları israrla azadlıq istəyir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru