“Efirlərə avaraları dəvət edirlər” .....                     Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: .....                     İranın hava sahəsi qismən bağlandı .....                     Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... .....                     Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib .....                     Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı .....                     Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar .....                     Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... .....                     Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları .....                     “Rabitəbank”da yeni təyinat .....                     Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, .....                     Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər .....                     Rusiyanın UKRAYNA BƏHANƏSİ... .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü .....                     AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir .....                     Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş .....                     Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb .....                     Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb .....                     Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı .....                     Gəncə şəhər stadionu yenidən qurulur .....                     Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi .....                     “106 min ödəmişəm, yaşamağa evim yoxdur” .....                     "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?" .....                     Keçmiş direktorun "prava" dələduzluğu .....                     Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib .....                     "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər" .....                     "Onları məndən qabaq qəbiristanlığa göndərməyin" .....                     Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır .....                     Makrondan vaxtuzatma oyunları: .....                     Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı .....                     Ermənistan Rusiyaya xəbərdarlıq etdi .....                     ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı... .....                     “Expressbank”dan “AccessBank”a transfer .....                     Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar .....                     Məhkəmə zalında dəhşətli SPİD etirafı .....                     Rusdilli məktəblərin bağlanması gündəmdə .....                     Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb .....                     Rusiyadan daha bir RƏZALƏT .....                     "İş tapa bilmirəm, ər çörəyi yeyirəm" .....                     Azər Qasımlının məhkəməsindən .....                 

Qida Agentliyi fiaskosu - İTTİHAM
Tarix: 3-07-2018, 08:45 | Çap et
Qida Agentliyi fiaskosu
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu.
Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi təzə yaransa da artıq qida təhlükəsizliyi sahəsində ilk addımlarını atmağa başlayıb. Amma Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri,fikirləri,ən əsas da niyyətləri tam başqadır.Amma bu barədə cumhuriyyet.az olaraq bir qədər sonra yazımızda bəhs edəcəyik…
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?
Qoşqar Təhməzlinin təyinatı ilə bağlı mətbuatda gedən məlumatda bildirilir ki,o 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir. Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur.
Amma Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur. Qoşqar Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Qoşqar Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu soyad dəyişikliyinin səbəbi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, mövzu ilə bağlı mətbuatda yer alan maraqlı bir məlumat da diqqətimizi çəkdi: “Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir”.
Agentlik rəhbərinin məmur qardaşı:Qaçqın evlərindən sosial mənzillərə
İnternet resursları üzərindən axtarışlarda ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur. Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunub. Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir. Və bu gün Fərhad Təhməzovun zamanında “yuduğu” korrupsiya pulları da məhz Dövlət Neft Fondunun, yəni birbaşa Azərbaycan xalqının pulları olub.
Bundan başqa ölkə mətbuatında Fərhad Təhməzovun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yarıtmaz fəaliyyəti barədə də çoxsaylı xəbərlərə rast gəlmək olur. Məsələn, cumhuriyyet.az həmin məlumatlara əsasən bildirilir ki, Fərhad Təhməzov qazandığı milyonlarla qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub. Qoşqar Təhməzovun elə əvvəldən həkim olduğu bu ailəni tanıyanlara bəllidir. Və sonradan qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurub oliqarxa çevrilməyi də onun yaxın ətrafından mətbuata sızan məlumatların sırasındadır. 2016-cı ilin iyununda isə F.Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin ounub.
Boşa çıxan etimad
Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu azmış kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı digər nüanslar müşahidə edilməkdədir. Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib.
İnam Kərimli “vurduqlarına” Qoşqar Təhməzli qucaq açır
Yuxarıda adı çəkilən qurumlardan Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyəti ölkə ictimaiyyətinə bəllidir. Hər iki qurumun rəhbərinin korrupsioner və yarıtmaz idarəçiliyi haqqında ölkə mediasında dəfələrlə yazılıb. İnam Kərimovun nazirliyin başına keçməsindən sonra həm Baytarlıq Xidmətinin rəhbəri, həm də Fitosanitar Nəzarət Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırıldı. Amma çox maraqlıdır ki, Azər Süleymanov və Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyində vəzifə aldılar. İnam Kərimovun korrupsiya və yarıtmaz fəaliyyətə görə işdən kənarlaşdırdığı şəxslərə Q. Təhməzlinin vəzifə verməsi ilə bağlı bu yeganə fakt deyil. Məlum olduğu kimi, bir müddət öncə İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də vəzifəsindən azad olunub. Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyində Heyvandarlığın inkişafı şöbəsi ən çox korrupsiyaya uğramış şöbələrdən hesab edilir. Qalib Əbqüləliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb isə, məlumata görə bir müddət öncə 40 milyon dollar dövlət vəsaiti hesabına ərsəyə gəlmiş Qarabağ Aqrar Sənaye Kompleksində ciddi maxinasiyaların olmasıdır. Tikintisi zamanı ciddi yeyintilərə yol verilən kompleksin hazırkı fəaliyyəti iflas həddindədir. Hətta müəssisədə vəziyyət o dərəcədə kritikdir ki, hər ay dövlətə kreditlərin ödənilməsi üçün xaricdən gətirilən sort heyvanların qara bazarda dəyərindən dəfələrlə ucuz satıldığı deyilir. Amma İnam Kərimovun əmrindən bir neçə gün sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Efirlərə avaraları dəvət edirlər” - VİDEO
Bu gün, 18:16
Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: - NƏ BAŞ VERƏR?
Bu gün, 18:12
İranın hava sahəsi qismən bağlandı
Bu gün, 18:07
Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... - AKTUAL
Bu gün, 18:03
Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib - Rəşad Məcid
Bu gün, 18:01
Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı - DETALLAR
Bu gün, 17:58
Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - TƏFƏRRÜAT
Bu gün, 17:56
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 17:53
Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları - GƏLİŞMƏ
Bu gün, 17:47
“Rabitəbank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:43
Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
Bu gün, 17:41
Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Bu gün, 17:36
Rusiyanın UKRAYNA BƏHANƏSİ... - ŞƏRH
Bu gün, 17:33
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 17:30
AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir - Rəsmi Bakı
Bu gün, 17:26
Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş - FOTO
Bu gün, 17:22
Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Bu gün, 17:17
Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:16
Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı - DETALLAR
Bu gün, 17:09
Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 17:07
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 17:03
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 16:15
"Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Bu gün, 16:11
Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Bu gün, 16:07
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Bu gün, 16:03
"Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Bu gün, 15:58
"Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Bu gün, 15:36
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:28
Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Bu gün, 15:26
Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Bu gün, 15:17
Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Bu gün, 15:11
ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Bu gün, 15:09
“Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Bu gün, 15:08
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Bu gün, 14:57
Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Bu gün, 14:51
Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47
Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44
Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15
"İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12
Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06
Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02
Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56
Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52
Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42
Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36
Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34
Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23
Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20
Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
"Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru