“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? .....                     “Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı .....                     Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: .....                     Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib .....                     Ayı ilə öz dilində danışmaq lazımdır .....                     Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar .....                     Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? .....                     Ölkəyə ekstazi gətirən Ramazanov .....                     Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə .....                     Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama .....                     ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR .....                     Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb .....                     Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb .....                     Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR .....                     Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib .....                     Memarlıqda... təhlükəli DURUM... .....                     Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                 

Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət - Keçmiş deputat yazır
Tarix: 16-04-2018, 17:18 | Çap et
Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət
Dünən feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfatı xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq adamıydı, sadə, hətta sadəlövh adamıydı. O qədər sadəlövh ki, auditoriya qarşısında deməli olduğunu deyil, deməməli olduğunu dilə gətirdi və həm də siyasət meydanı sayılan parlamentdə nə qədər piyada olduğunu ortaya qoydu.

O məlum çıxışdan sonra klassik və onlayn media da daxil, sosial şəbəkələr xüsusi qəddarlıqla deputatın haqsız olduğunu özünə sübut etdilər. Üzr istətdilər. O da həqiqətən peşman olduğunu etiraf etdi, çünki dilə gətirdiyi o məlum ifadələr onu ifadə eləmirdi...

Astan müəllim yaxşı ziyalı, elmdə uğurları olan alim, şəxsi həyatında isə bədbəxt bir adam idi: oğlu gənc yaşında faciəvi şəkildə dünyasını dəyişib, qızının ailəsi dağılıb, yoldaşı onkoloji xəstədir, Allah uzaq eləsin, bəlkə o qadının da ömründən sayılı günlər qalıb...

Əslində, o paylaşımım insanlara Astan müəllimin hələ torpağa qoyulmayan nəşindən yenicə ayrılmış ruhunu narahat etməmək üçün bir çağırış idi. Amma…

O statusa hansı şərhlər yazıldı, ölünün ünvanına nələr deyildi, normal əxlaq və mənəviyyatdan, mental dəyərlərdən, dini inanclardan uzaq hansı sözlər işlədildi, təkrar etmək deyil, xatırlamaq belə istəmirəm.

Məni narahat edən bilirsiz nədir? Adamın işlətdiyi məlum ifadəni qeyri-etik, qeyri-sağlam təfəkkür məhsulu sayıb da özləri söyüş söyənlər... Bu ölkədə nə zamandan söyüş söymək, təhqir etmək, insanları aşağılamaq, dəyərləri baltalamaq "dəyər"ə çevrildi?

Astan müəllim səhv eləmişdi, cavabını da artıqlamasıyla almışdı. Bir insana səhvini etiraf etdirmək və üzr istətdirmək - toplum üçün böyük nailiyyətdir. Sevindirici nəticədir. Demək ki, bu ölkədə İctimai Rəy böyük bir Gücdür, Avtoritetdir, Nüfuzdur. Hətta Milli Məclisin deputatı da onunla hesablaşır, ona məğlub olur, ağ bayraq qaldırır, bağışlanmaq, əfv olunmaq üçün təvəqqe edir...

Amma bəziləri neylədi? O Gücü, o Enerjini darmadağın etdi. Göstərdi ki, İctimai Rəyi vecinizə də almayın, nə edirsiz, əcəb edirsiz, biz söyülməyə, təhqir edilməyə, aşağılanmağa layiqik. Çünki özümüz də söyüş söyənik, təhqir edənik, aşağıdan da aşağıdayıq. Söyün və heç əziyyət çəkib üzr də istəməyin.

Çox təəssüflər olsun ki, günün reallığı, gündən görünən budur. Böyüklük göstərməyən, bağışlamağı bacarmayan toplum uzaq hədəflərə yön ala bilməz. İnamsız, ideyasız, işıqsız, bivec cəmiyyət dəyərləri uğrunda mövqe ortaya qoya bilməz!

Müşahidə edirəm, həqiqətən üzülürəm - Astan müəllimin tərcümeyi-halını oxuyub təəccüblə sual yağdıranlara...



Bəli, deputat Astan Şahverdiyevin zəngin tərcümeyi-halı var. Dediyim kimi, yaxşı alim olub. Böyük elmi araşdırmaların, ixtiraların müəllifidir. Professordur. Elmi titulları həddən ziyadədir. Amma bu, o demək deyil ki, siyasətdə də “nömrə 1” olmalıydı. Olmaya da bilər. Onlarla belə nümunələr var, həm dünyada, həm ölkəmizdə. "Siyasətçi deyildisə, parlamentdə nə işi vardı" deyənlər, parlament, adından da göründüyü kimi, "danışmaq yeri"di, siyasət meydanıdı, amma həm də orada siyasətdən uzaq olanlar, məsələn, iqtisadçılar, idmançılar, müğənnilər, alimlər də təmsil oluna bilər. Çünki qanunda "siyasətçi olmayanın parlamentdə yeri yoxdu" deyə müddəa yoxdur.

Elm və Təhsil Komitəsində əminəm ki, Astan müəllim lazımlı, təcrübəli, hətta əvəzsiz üzv idi...

Həm də üstündən xeyli zaman keçmişdi qəbul etmədiyimiz sözün. Söz yiyəsi o sözü çoxdan geri götürmüşdü. Onun ölümü niyə məhz o sözü yada salmalı idi?

Axtarış verin, haqqında çıxanları oxuyun: açıqlamaları var, Qarabağla, ölkənin taleyüklü məsələləri ilə bağlı hamımızın düşündüyü, narahat olduğu məsələlərə bir xalq adamı, ziyalı kimi yanaşmaları var… Bir seçicisinin ondan narazı olduğu haqda xəbər çıxmadı qarşıma; bir seçicisinin, doğmasının malını-mülkünü əlindən aldığını görmədik; deputat səlahiyyətindən istifadə edib, imarətləri, villaları yanaşı qoyduğu haqda da heç nə yoxdur…

Astan Şahverdiyevin üzünə, geyiminə, həyat tərzinə baxın: axı, bu adam doğrudan da bizim birimizdir, nəinki özü, hətta xanımına da istənilən vaxt zəng edib, danışdırmaq, söz almaq, söz demək imkanınız olandır.

Görünür, cəmiyyət “əl çatanını” söyməyə, döyməyə, onun bütün elədiklərini bir anda unutmağa, bir sözündən yapışıb, qiyamətə qədər deyinməyə meyillidir. Bəlkə, elə ona görə içimizdən çıxanlar az keçmədən əlçatmaz olur?

Bir düşünün: bəlkə, onları biz məcbur edirik, biz təhrik edirik ki, rahat olmaları üçün bizimkimilərdən uzaqlaşsınlar?

Biz bu cəmiyyəti hara daşımaq istəyirik, nəyə nail olmağı hədəfləmişik?

Nifrət edə-edə Yol gedilməz, söyə-söyə Ömür yaşanmaz!

Yolunuzu düzgün seçin, Ömrünüzü cəhənnəmə döndərməyin…
Aynur CAMALQIZI










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? - TƏFƏRRÜAT
Bu gün, 00:18
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü
Bu gün, 00:16
Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: - Lənkəranskinin “xaç oğlu”, Talıbovun varisi kimdir?
Dünən, 22:14
Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib - KİV
Dünən, 22:11
Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Dünən, 18:05
Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Dünən, 18:03
Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Dünən, 18:00
Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Dünən, 17:57
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Dünən, 17:52
Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Dünən, 17:49
ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Dünən, 17:48
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Dünən, 17:35
Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Dünən, 17:34
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Dünən, 16:17
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Dünən, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Dünən, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Dünən, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Dünən, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Dünən, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Dünən, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Dünən, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Dünən, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Dünən, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Dünən, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Dünən, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Dünən, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Dünən, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Dünən, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Dünən, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Dünən, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Dünən, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Dünən, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Dünən, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Dünən, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Dünən, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Dünən, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Dünən, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Dünən, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Dünən, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Dünən, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Dünən, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Dünən, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Dünən, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Dünən, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru