Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı
Tarix: 13-10-2017, 08:32 | Çap et
 Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin binaların həyətində 17 mərtəbəli bina tikintisinə dair sərəncamından 300 mənzil sahibinin Birinci Vitse-Prezidentinə şikayəti nəzarətə götürülüb. Xatırladaq ki, rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə В«ELİTE CİTYВ» MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdu. Sakinlərin məlumatına görə müraciət Birinci Vitse-Prezident tərəfindən nəzarətə götürülərək aidiyyatı qurumlara məsələnin araşdırılması və müvafiq tədbir görülməsi tapşırığı verilib. Həyətlərində 17 mərtəbəli bina tikilməsinə etiraz edən sakinlər Baş nazirin müavini Abid Şərifovun, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun və digər səlahiyyətli şəxslərin qəbulunda olublar. Nazirlər Kabinetinin Tikinti şöbəsində araşdırılan şikayətə dair bildirilib ki, Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan rayon icra hakimiyyətinin başçısının çoxmənzilli və hündürmərtəbəli bina tikintisinə dair sərəncam verməsi özü-özlüyündə qanunsuzdur. Pilot layihə adı altında keçmiş başçı İ.Mehdiyevin belə qanunsuz sərəncamı imzalaması onun səlahiyyət həddini aşmasıdır, belə sənədlər tikintiyə əsas vermir. Sakinlərin bir qrupunu qəbul edən Dövlət Komitəsinin sədri Abbas Ələsgərov da təsdiqləmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 25.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmişdir. Lakin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və ya tikinti şirkəti özbaşınalıq edərək tikinti aparırlarsa, bu, onların özlərinin məsuliyyətinə səbəb ola bilər. ***
Xatırladaq ki, sakinlərin Birinci Vitse-Prezidentə müraciətində В«ELİTE CİTYВ» MMC-nin rəhbərliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşlarının, yüksək vəzifəli şəxslərin, o cümlədən, M.Əliyevanın adından istifadə edərək, guya, həyətdə bina tikilməsinin В«yuxarılardanВ» tapşırıldığına dair təəssürat yaratması, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışmasından şikayətlənmişdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şikayətçilər keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazların Prezidentin bu tapşırığından sui istifadəsinin qarşısının alınmasını xahiş etmişdilər. В«ELİTE CİTYВ» MMC isə bütöv bir məhəllədə 3 böyük yaşayış kompleksi tikməyə cəhd edir. Tikinti şirkəti həyətdəki 3 ədəd cəmi 24 mənzil olan taxta evləri sökərək, guya, həmin sakinlərə mənzil verilməsi üçün həyətdə 17 mərtəbəli bina tikmək istəyir. Mehriban Əliyevaya müraciətdən sonra sakinləri qəbul edən aidiyayatı orqanlarda bildirilib ki, həyətdə çoxmərtəbəli binanın tikintisinin ləğv edilməsinə dair müvafiq göstəriş verilib. Həyətin abadlaşdırılması məsələsi isə müvafiq olaraq icra orqanlarının vəzifəsidir. Sakinlər onların müraciətinə diqqətlə yanaşıldığına görə Birinci-Vitse-Prezident M.Əliyevaya minnətdarlıqlarını bldirirlər. Onlar ümid edirlər ki, həyətdə taxta evlərin özbaşına sökülməsi ilə süni yaradılmış xarabazar da qısa müddət ərzində təmizlənəcək. Bu işin isə Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəsi olduğundan onlar icra başçısı əvəzi S.İslamovun qəbulunda olublar. S.İslamov isə sakinlərə bildirib ki, söküntü işlərini В«ELİTE CİTYВ» tikinti şirkəti özbaşına edib, icra hakimiyyəti buna görə məsuliyyət daşımır. Tikinti şirkətindən isə rəhbərlik iş başında olmadığından həyətdəki zibilliyin yığışdırılmasına münasibət bildirilmir. \\tezadlar.az\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
| • Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26 |
|
|
|
| • “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17 |
|
|
|
| • “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04 |
|
|
|
| • Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01 |
|
|
|
|