"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir .....                     Zatulini qorxudan Zəngəzur və Turan: .....                     Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? .....                     AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib .....                     Ermənistanın Belarus əngəli: .....                     Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı .....                     Putin gözləyir ki, ilk addımı Əliyev atsın... .....                     Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR .....                     Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ .....                     Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib .....                     “Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... .....                     Hüseyn Həsənovun evinə BASQIN .....                     Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA .....                     Hüseyn Hüseynov görəvdən alındı .....                     “Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” .....                     AZCON-da yeni TƏYİNAT .....                     “Silk Way West Airlines” yeni şirkət təsis edib .....                     “Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Space”ə keçən APARICI: .....                     Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ .....                     Putin müharibəni bitirmir: .....                     Moskva körpüləri yandırmaq istəmir: .....                     “İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” .....                     Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat .....                     14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi .....                     "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb .....                     Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur .....                     Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı .....                     Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Netanyahu Makronu İsrailə buraxmayıb .....                     "Biz mübarizə aparırıq" .....                     Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq .....                     Pekində görüş niyə alınmadı? .....                     Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı .....                     TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK .....                     Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat .....                     ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? .....                     Tehran yola gəldi: .....                 

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Tarix: 2-09-2025, 15:30 | Çap et

Lent.az-ın müsahibi aktyor Ramin Hacıyedir. O, “Bacanaqlar”, “Qonşular” kimi seriallarda rol alıb. Aktyor daha çox “Məhəbbət” obrazı ilə yadda qalıb.

- Uşaqlıqda ləqəbiniz olub?

- Anam "Ramka" deyirdi. Elə bir ləqəbim olmayıb. Yadıma gəlmir. Lap Gəncədə də dostlarım fərqli bir ləqəblə səslənməyiblər mənə.


- Gəncədə böyümüsüz?

- Bəli, Gəncədə doğulub böyümüşəm. Universitetə qəbul olandan bəri isə Bakıdayam. 1995-ci ildə Qafqaz Universitetinin Biznes və menecment fakültəsinə qəbul oldum.

- Amma axıra qədər qalmamısız universitetdə...

- Bəli.

- Niyə yarımçıq qoyduz?

- Düşünürəm ki, gənc olaraq kiçik bir səhv etmişəm. İndi olsaydım, özümə bəraət qazandırmazdım. 3-cü kursda oxuyurdum. Bir türk dünya tarixi müəllimimiz vardı. Xürrəmilər hərəkatından danışırdı və Babəkin adı çəkiləndə "əstağfurullah" dedi. Mən etiraz elədim ki, Babək bizim üçün xalq qəhrəmanıdır. Növbəti dərslərdən birində heç Babəkə aid olmayan bir mövzudan danışanda gözümün içinə baxa-baxa Babəkin adını çəkib yenə "əstəğfürullah" dedi. Mən də çox əsəbiləşdim. Sonra rektorun yanına qalxdıq, orada da əsəbiləşdim və universitetdən çıxıb bir daha geri qayıtmadım. Heç sənədlərin arxasınca da getmədim.

- Həmin müəllim haralı idi?

- Türkiyəli. Mən onu da anlayıram. Babək dinimizi qəbul etməmişdi. Atəşpərəst idi. Amma o torpaq uğrunda savaşırdı. O müəllim də Babəkin adını çəkəndə "əstəğfürullah" deyirdi. Ona görə doğru ola bilər, amma mənim üçün Babək xalq qəhrəmanıdır.

- Amma sonra Türkiyədə davam etdirdiz təhsilinizi...

- Bəli. Bugünkü aktyor kimi bacarıqlarıma oranın təhsili böyük rol oynayıb.

- Orada qalıb işləmək istəməmisiz?

- Qızım dünyaya gəldi, ona görə də, orada qalmaq alınmadı. Həm də gəzməyi sevən adam deyiləm. Mənim yerimdə kim olsaydı, dünyanın çox ölkəsini gəzmişdi. Həvəsim yoxdur harasa getməyə. Mənim üçün maraqlı olan burada qalıb yeniliklər eləmək idi. KVN-də də oynamışam və orada da ilklər etmişəm.

- Həmin vaxtlar Azərbaycanda serial yox idi, demək olar...

- Bəli, sadəcə "İtkin gəlin" var idi. O da dram idi. Komediya serialını ilk mən çəkmişəm.

- Hazırda nə işlə məşğulsuz?

- Şükran Soltanovla yumoristik janrda videoroliklər çəkirik. Çalışıram ki, zəmanə ilə ayaqlaşım. Bu gün televiziya nə məni, nə də tamaşaçını qane etmir. Sadəcə öz çərçivəm daxilində, etikadan kənara çıxmadan nələrsə etməyə çalışıram. Hazırda Şükran Soltanovla birlikdə hazırladığımız kontentlər ən baxımlılar arasındadır.

- Televiziyada sizi qane etməyən nədir?

- Bu dəqiqə televiziyanın reytinqi düşüb. Televiziyaya daha çox yaşlı insanlar baxır. Mənim kontenetlərim isə nisbətən gənc nəslə xitab edir. Televiziyada məni qane etməyən şey maaş, qonorardır. Çəkdiyin əziyyətlə aldığın maaş uyğun gəlmir. Ona görə də, sosial şəbəkə daha yaxşıdır. Televiziyada iş görmək üçün sponsor axtarırdıq, amma indi sponsor bizi axtarır. Bəzən bəyənmədiyimiz bir məhsul olanda sponsorluğu qəbul da etmirik.

- Nəyin reklamını etməzsiz?

- Spirtli içkilərin, siqaretlərin, zərərli şeylərin reklamını qəbul etmirəm.

- Reklam qiymətləri nə qədərdir?

- Qiymət fərqlidir. Baxır nəyi reklam edirsən.

- Məsələn, enerji içkisinin reklamını neçəyə edirsiniz?

- Enerji içkisinin reklamını etmərəm. Onu Şükran edir. Bilirsiz, çox məqam var burada. Sponsorluq edən adamdan da çox şey asılıdır.

- İki övladınız var. Nəylə maraqlanırlar?

- Mənim üçün ən vacibi övladlarımın tərbiyəsidir. Böyüyü işləyir, balacası isə təhsil alır. Onlar nə desə, edirəm, arxalarında dayanıram.

- Bu yaxınlarda ARB-in müxbiri ilə aranızda problem yaşanmışdı...

- O müxbir gəncdir. Mənə çəkilişdən əvvəl demişdi ki, rahat ola bilərik? Dedim, əlbəttə. Rahatlıq olmasa, maraqlı alınmır. Bir az anlaşılmazlıq oldu, amma həll edildi. Məni Məhəbbət kimi tanıya bilərlər, amma Məhəbbət kimi rəftar etmək olmaz.

- Emin Ağalarovla, yaxın münasibətiniz var. Övladları ilə videolarınız çıxır qarşımıza. Birlikdə layihələriniz var?

- Emin Ağalarov da, övladları da bizi izləyirlər. Hətta Əli ilə Mikayıl mənim zarafatlarımı əzbər bilir. Bu mənə xoşdur. Mənə elə gəlir ki, hər bir aktyor üçün elə bir insandan diqqət görmək çox xoş olar. Mikayılla Əlinin "See Breeze"də layihələri var, biz onları reklam edirik. Hətta birgə televiziya layihəmiz var. Onu həyata keçirmək üçün daha çox işləməyimiz lazımdır.

- Layihə nədən ibarətdir?

- Serial çəkmək fikrimiz var. İstəyirik ki, tez ərsəyə gəlsin, amma bu məsuliyyəti dərk edirik, ona görə də çalışırıq, keyfiyyətli bir iş olsun.

- Vergi borcunuz var idi. Ödəyə bildiz?

- Hələ ki, yox.

- Nə qədər borcunuz var?

- 9800 manat vergi borcum yığılıb. Az idi, əslində. Vaxtında ödəniş edə bilmədim deyə, yığılıb bu qədər oldu. Amma ödənilməlidir. Dövlətin qayda-qanunu var.

- Özünüzü teatrda sınamaq istəmisiz?

- Bəli. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləmək istəmişəm. Hətta bir dəfə oranın rəhbərliyi ilə də danışdıq, amma sonra alınmadı. Lakin gedəcəm teatra. Teatr mənim üçün çox maraqlıdır, yenilikdir.

- Ümumiyyətlə, aktyorluq sənətində qazanc var?

- Aktyor gözləyir ki, onu çəksinlər və qonorar alsın. Baxır, siz nəyə deyirsiz qazanc. Biri var dolanışıq, biri də var ciddi qazanc. Başqa yerdən qazanc olmayanda çətin olur. Elə aktyor var ki, bir filmə 50 min manata çəkilir.

- Bəs serial?

- Seriala kimdir o qədər pul verən? 50 min bir serialın ümumi büdcəsidir.

- Sizin serialların büdcəsi nə qədər olur?

- 2000-ci ildə daun sindromlu uşağın baş qəhrəmanlığı ilə serial çəkmişəm. Onun bir bölümü 5 min manat idi.

- Azərbaycan yumorunu necə qiymətləndirirsiz?

- Hər şey nisbidir. Rus yumorunun qurşaqdan aşağı zarafat olması gözümüzün qabağındadır. Amma bizdə bu cür şeylər olanda daş-qalaq olunur. Məncə, doğru olan da budur. Bu bizə lazım deyil.

- Məhz Azərbaycan yumorunu soruşuram...

- Şükran Soltanovun səhifəsinə bizim videomuz qoyulur və o 1 milyon baxış toplayırsa, demək, bu, hansısa səviyyədən xəbər verir.

- Reytinq keyfiyyət göstəricisi deyil axı...

- Keyfiyyət anlayışını tənzimləyən yumordur. Bizim çəkdiyimiz yumoru hamı sevmir ki. Yumor incəsənətin ən ağır sahəsidir. Onu pisləmək üçün hər söz deyə bilərsən: Pisdir, bayağıdır, şitdir və sair.

- Yumorun bir intellektual səviyyəsi olmalıdır, mesaj ötürməlidir. İntellektual yükü olmayan yumor sadəcə lağlağıdır.

- Heç kim məcbur deyil yumorla tərbiyələndirsin. Tərbiyəni evdə valideyn verir. Əgər tərbiyəni onlar verirsə, heç bir yumor onu sarsıda bilməz. Mən niyə mesaj ötürməliyəm? Kimsə məndən nəsə umursa, bu onun düşüncəsidir. Mesaj ötürmək kimi bir öhdəliyim yoxdur. Dedik, güldük, dağılışdıq.

- Söhbət keyfiyyətli, intellektual, estetik yumordan gedir. Sadə bir misal çəkim:
Molla Nəsirəddinin məlum-məşhur lətifəsini xatırlayaq. Hərə bir söz deyir, axırda mollanın əlacı kəsilir, uzunqulağı dalına almalı olur... Bura ötürülən mesaj odur ki, hamının sözünə qulaq assan, uzunqulağı belinə alarsan.

- Hansısa zarafatdan nəsə götürmək istəyirsənsə, götürəcəksən.

- Axı hazırda rastlaşdığımız yumorda götürüləsi nəsə yoxdur...

- Yumora necə yanaşırsansa, onu da götürəcəksən. Məsələn, Məhəbbət obrazı bir "moşennikdir" və idmançı da bir az xam adamdır. Tamaşaçı Məhəbbəti xalqın təmsilçisi kimi görür, idmançını da imkanlı bir adam kimi. Xalqın adamı Məhəbbət gedib ondan nesəcə pul alır. Bu kiməsə xoş gəlir, kiməsə yox. Bəziləri düşünə bilər ki, baxın, gedib varlıdan pul alır. Bəziləri də deyir ki, nə var burada, getdi pulun aldı da. Yumor ona görə çox çətindir. Gülmək istəmirsənsə, min dənə mız tapacaqsan.

- O ssenariləri yazanda sizin üçün öncəlik nə olur?

- Gülməli olsun, tərbiyəsiz olmasın. Gülüb keçsin. Mən heç kimi tərbiyələndirmək istəmirəm. Cem Yılmaz, "Comedy Club" kimi ağzımı avara qoymuram.

- Elə bir yaş varmı ki, ondan sonra fəaliyyətinizi dayandırmağı düşünəsiniz?

- Bəli. Amma harada olursan ol, içində yaradıcılıq varsa, o üzə çıxacaq. 48 yaşım var və düşünürəm ki, bu yaş çəkdiklərimə mane olmur. Bəlkə, 50 yaşda başqa cür düşüncəm?

- Elə bir obraz var ki, onu qəbul etməzsiz?

- Məntiqsiz yerə qadın paltarı geyinmərəm. "Bacanaqlar"da olub, geyinmişəm, amma orada uyğun idi, məntiq var idi. Bəzən ssenaridə elə söz olur ki, onu demirəm.

- Rejissor kimi aktyora acıqlanansız?

- Bilirsiz necə, 1,2,3,4,5 dəfə, daha 6-cı dəfə də yox da. Rejissor psixoloq kimi olmalıdır. Aktyoru tanımaq lazımdır. Elə aktyor var ki, onu danlamasan, oynaya bilmir. Eləsi də var ki, bir kəlimə söz desən, küsür. Əvvəl daha çox əsəbiləşirdim, indi yox. Çox iynəli sözlər deyirəm. Heç vaxt kiminsə şəxsiyyətinə toxunmaram, alçaltmaram. Lakin çox pis iynələyirəm.

- Necə?

- Məsələn, deyirəm ki, elə bu cür oyununa görə də heç vaxt fəxri ad almayacaqsan. "İndi sən də aktyorsan?!" və sair. Amma ümumilikdə mənim setlərim çox şən keçir. Bu, yumordur. Kefi yaxşı olmalıdır ki, oynasın. Bir dəfə "Xalxın evi" serialında bir qıza əsəbiləşmişdim. Neçə dəfə dedim, olmadı. Çəkiliş qaldı səhəri günə. Sonra yenə alınmadı və onunla sağollaşdıq.

- Övladlarınıza qarşı necəsiz?

- Valideyn olaraq övladlarımı çox istəyirəm, amma əsəbişəndə də əsəbiləşirəm...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Oleq Bakinski" məhkəmədən bəraət tələb edir
Bu gün, 17:28
Zatulini qorxudan Zəngəzur və Turan: - Rus deputat niyə bu qədər qəzəblidir?
Bu gün, 17:24
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR? - AKTUAL
Bu gün, 17:21
AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib - FOTO
Bu gün, 17:19
Ermənistanın Belarus əngəli: - Lukaşenko Paşinyanın təşəbbüs göstərməsini gözləyir
Bu gün, 17:08
Ağdamı idarə edənlərdən biri vəzifədən çıxarıldı - ƏMR
Bu gün, 17:04
Putin gözləyir ki, ilk addımı Əliyev atsın... - AMMA...
Bu gün, 17:02
Yeni sədrin QANUNSUZ əməlləri: SKANDAL MƏLUMATLAR - NƏ BAŞ VERİR?
Bu gün, 16:59
Daşkəsən icra hakimiyyətində TOTAL TƏMİZLƏMƏ - SİYAHI
Bu gün, 16:47
Niderlanddan Azərbaycana yarım milyon dollar dəyərində heykəl gətirilib - TƏFƏRRÜAT
Bu gün, 16:45
“Azərşin”ASC fəaliyyətini dayandırmışdı, indi də... LƏĞV OLUNUR!
Bu gün, 16:44
Hüseyn Həsənovun evinə BASQIN - VİDEO
Bu gün, 16:39
Psixoloqdan işgəncəyə məruz qalan uşaqla bağlı ŞOK AÇIQLAMA - “Həbsdən çıxdıqdan sonra daha ağır cinayətləri törədəcək”
Bu gün, 16:34
Hüseyn Hüseynov görəvdən alındı - SƏRƏNCAM
Bu gün, 16:31
“Əli Kərimli böyüdücü güzgü önünə keçərək deyir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur” - deputat
Bu gün, 13:08
AZCON-da yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 13:05
“Silk Way West Airlines” yeni şirkət təsis edib
Bu gün, 12:57
“Rusiyada miqrantlara tətbiq edilən məhdudiyyətlər siyasi xarakter daşıyır” - FAKT BUDUR!
Bu gün, 12:53
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:50
“Space”ə keçən APARICI: - “Heç kimi bezdirməyəcəyəm”
Bu gün, 12:47
Avtoritet “Artyom Xoxol”un YENİ ƏMƏLLƏRİ – Pul üçün nələr etdilər?
Bu gün, 12:39
Putin müharibəni bitirmir: - Əsgərlər isə evə qayıtmağı gözləyir
Bu gün, 12:34
Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?
Bu gün, 12:31
“İş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!” – Qazax sakini baş prokurora müraciət etdi
Bu gün, 12:27
Mahnıya görə işdən çıxarılan direktorun yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:22
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi - FOTO
Bu gün, 12:20
"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb
Bu gün, 12:16
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur - ŞƏRH
Bu gün, 12:14
Xanoba kəndində 26 evin təmirinə 1,5 milyon manat ayrıldı - DETALLAR
Bu gün, 12:10
Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir - Aleksey Overçuk
Bu gün, 12:08
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 11:58
Netanyahu Makronu İsrailə buraxmayıb - “Channel 13” telekanalı
Bu gün, 11:55
"Biz mübarizə aparırıq" - "Şərurulu İsfəndiyar"
Bu gün, 11:48
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə azalacaq
Bu gün, 11:43
Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
Bu gün, 11:40
Bu çayda qəza vəziyyəti yarandı, təmir işlərinə 3 milyon ayrıldı
Bu gün, 11:36
TALIBOVUN DÖVRÜNDƏ BU DURUMDA DEYİLDİK - Naxçıvanda ictimai nəqliyyat problemi
Bu gün, 11:31
Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:23
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir? - “Eurasia.net”
Bu gün, 11:21
Tehran yola gəldi: - ”Sülh bəyanatının mətnində…”
Bu gün, 11:17
Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır - deputat
Bu gün, 11:16
Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla tutulub - “Armlur”
Bu gün, 11:13
Kəlbəcərin icra başçısını söyən Qarabağ qazisi 100 manat cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 11:11
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Bu gün, 10:58
Moskva-Bakı gərginliyi yardımları dayandırmayacaq - ÇÜNKİ...
Bu gün, 10:45
"Şikayət edəni də işdən çıxarmaqla hədələyirlər" - Ordubad müəllimlərinin MAAŞ PROBLEMİ
Bu gün, 10:39
Saleh Məmmədov təqaüdə göndərilir - yerinə ŞOK namizəd
Bu gün, 10:33
Dondurulmuş münaqişələr dövrünün sonu: Cənubi Qafqazda yeni reallıq - İNCƏLƏMƏ
Bu gün, 10:29
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək" - AÇIQLANDI
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru