“Bu günlərdə Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb. Digər ölkələrin də belə addımlar atacağı gözlənilir. Ət bahalaşacaq.”
“AzPolitika” xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib.
O, xatırladır ki, Azərbaycan ətə olan tələbatının 20 faizini ölkəyə idxal edilən diri heyvanların kəsimi hesabına təmin edir: “İdxal olunan heyvanların əti statistikada daxili istehsal kimi göstərilirdi. Gedişat onu göstərir ki, diri heyvanların idxalı kəskin şəkildə azalacaq. Nəzərə alsaq ki, ölkədə heyvanların baş sayı azalaraq kritik həddə çatıb, deməli, Azərbaycanda ciddi ət qıtlığı gözlənilir. Ət qıtlığı qiymət artımına səbəb olacaq. Təəssüflə qeyd etməliyəm ki, yaxın bir neçə ayda sümüklü mal ətinin qiyməti 20 manatı keçəcək. Və bu hələ son deyil”, - V.Məhərrəmli vurğulayıb.