Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökuməti yayıb.
Bildirilib ki, Paşinyan avqustun 12-dən 15-nə qədər məzuniyyətdə olacaq.
Onu bu dövr ərzində avqustun 12-dən 13-nə qədər baş nazirin müavini Mqer Qriqoryan, 14-dən 15-nə qədər isə digər müavini Tiqran Xaçatryan əvəz edəcək.
Xatırladaq ki, iyulun 28-də Ermənistan Baş nazirinin aparatı Paşinyanın iyulun 28-dən avqustun 15-nə qədər məzuniyyətdə olacağını açıqlamışdı. Lakin həmin dövrdə Paşinyanı əvəz edən M.Qriqoryanın qərarı ilə Baş nazir avqustun 5-də məzuniyyətdən geri çağırılıb. Avqustun 7-də isə Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar üçün Vaşinqtona yola düşüb.