Qusar Rayon İcra Hakimiyyəti Büdcədən kənar vəsaitləri hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması üzrə tender keçirib.
32gun.az xəbər verir ki, Tenderin qalibi “ANA-YOL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 430,719.85 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.
“32gun.az”-ın əldə etdiyi məlumata görə, qalib şirkətin 14,715.62 AZN məbləğində vergi borcu mövcuddur.
Bildirək ki, alib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Ədalət Tariverdiyev Qeysəddin oğludur.
Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Sahir Məmmədxanovdur.