Sülhə Dəvət .....                     “Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” .....                     "Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." .....                     `Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... .....                     Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var .....                     Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... .....                     “Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” .....                     Ermənistana təzminat davasından VAZMI KEÇDİK? .....                     İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? .....                     Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi .....                     Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ .....                     SOCAR-a aid torpaqları KİM SATIR? .....                     Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu .....                     Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? .....                     Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi .....                     Mikayılov xeyri özgəsinə vermir .....                     Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? .....                     “Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” .....                     ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... .....                     Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... .....                     “Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” .....                     "Xaric oxuyan" diplomat .....                     "Azərbaycana və Ermənistana təzyiq olacaq" .....                     Minsk qrupunun ləğvi... .....                     Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı .....                     Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? .....                     "Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur” .....                     "Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər" .....                     "Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq" .....                     Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi .....                     Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü .....                     Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq .....                     Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya... .....                     “Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” .....                     Hökumət səs-küylü addıma hazırlaşır .....                     İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? .....                     Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir .....                     Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK .....                     Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək .....                     Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? .....                 

Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? - Ağır onkoloji xəstələrin adına açılan "şirkət"lər
Tarix: Bu gün, 06:28 | Çap et

Azərbaycanın gömrük sistemində illərdir davam edən qanunsuz şirkətlərin fəaliyyəti ölkənin iqtisadi təhlükəsizliyi üçün real problemə çevrilib. Vergidən yayınma, saxta sənədlərlə idxal və formal şirkətlər vasitəsilə həyata keçirilən milyonluq əməliyyatlar həm dövlət büdcəsinə, həm də ədalətli sahibkarlıq mühitinə ciddi zərbə vurmaqdadır.

Əslində problem təkcə iqtisadi deyil, artıq insanlıq ölçülərini aşan, dərin mənəvi və hüquqi fəsadlar yaradan bir məsələdir.

Araşdırmalar göstərir ki, uzun müddətdir ölkəyə gətirilən malların böyük bir hissəsi formal olaraq başqalarının adına qeydiyyata alınmış, amma gerçəkdə heç bir əməli və sistemli fəaliyyəti olmayan şirkətlər vasitəsilə daxil olur. Bu şirkətlərin böyük əksəriyyəti kağız üzərində mövcud olsa da, onların arxasında güclü himayədarların, bəzi məmurların, onların qohum və yaxın ətrafının dayandığı iddia edilir. Belə bir sxemdə dövlət orqanlarının, xüsusilə İdxal-İxrac Baş İdarəsinin prosesləri görməməsi, yaxud göz yumması məsələnin daha da ciddi hal almasına gətirib çıxarıb.

Ənənəvi sxemləri yada salsaq görərik ki, əvvəllər sadə vətəndaşların, savadsız və sosial cəhətdən zəif insanların adından istifadə edilirdi. Onların xəbəri olmadan adlarına şirkətlər açılır, daha sonra bu şəxslərə külli miqdarda vergi borcu yazılırdı. Hüquqi araşdırmalarda bəlli olurdu ki, bu şəxslər ya aldadılıb, ya da ümumiyyətlə belə bir prosesdən xəbərsiz olublar.

Amma bu gün vəziyyət daha acınacaqlıdır. İşbazlar artıq daha hiyləgər və qeyri-insani üsullara əl atırlar. Öncə bəlli olmuşdu ki, belə əməllərin sahibləri şirkətləri narkotik aludəçilərinin, psixoloji baxımdan qeyri-sabit şəxslərin adına açır və milyonluq idxal əməliyyatları həyata keçirirlər.

Bu dəfə isə bu şəxslər bir qədər də irəli gedərək daha dəhşətlisini – ağır onkoloji xəstəliklərdən əziyyət çəkən insanlardan istifadə edir, onların adına şirkətlər açılır. Məlumatlara görə, son dövrlərdə bəzi şəxslər paytaxtdakı Milli Onkologiya Mərkəzinin qarşısına gələrək və ya belə xəstələri axtarıb taparaq həyatla mübarizə aparan, maddi imkansızlıq səbəbilə müalicə ala bilməyən xəstələrə danışır, onlara 3-5 min manat "yardım" təklif edirlər. Guya insani niyyətlə edilən bu təklifin əslində çox iyrənc bir məqsədi var: sonradan həmin xəstələrdən etibarnamə alaraq onların adından şirkətlər açılır və bu şirkətlər vasitəsilə milyonlarla manatlıq idxal əməliyyatları həyata keçirilir.

Bu insanlar onsuz da həyatlarının son mərhələsində olan şəxslərdir və işbazlar bunu fürsətə çevirərək, dövlətin hüquqi sistemindən, vergi və nəzarət mexanizmlərindən yan keçməyə çalışırlar.

Daha acınacaqlısı isə odur ki, bu xəstələr bir neçə ay sonra dünyasını dəyişəndə, adlarına açılmış şirkətlərlə bağlı vergi borcları, sosial öhdəliklər və digər maliyyə məsuliyyətləri havada qalır. Nəticədə isə dövlət külli miqdarda ziyana düşür, işbazlar isə izlərini itirərək yeni qurbanlar axtarmağa başlayırlar. Bu, sadəcə vergi fırıldağı deyil – bu, həm də insanlıq dramıdır. Ağır xəstəliyə düçar olmuş insanların ümidsizliyindən, həyat mübarizəsindən qazanc əldə etməyə çalışan bu şəbəkə nəinki qanunu pozur, eyni zamanda mənəvi sərhədləri də aşır.

Mənbələrin bildirdiyinə görə, bu tip şirkətlər vasitəsilə hər ay on milyonlarla manatlıq məhsul ölkəyə daxil olur. Malların heç bir anbarı olmur, birbaşa bazarlara ötürülür və nə gömrük, nə vergi orqanları bu prosesi ciddi şəkildə yoxlamır və nəzarətdə saxlaya bilmir. Belə şəraitdə normal, qanuni fəaliyyət göstərən sahibkarların ayaqda qalması demək olar ki, mümkünsüzdür. Çünki biri dövlətə vergi ödəyir, sənədləşmə aparır, hüquqi məsuliyyət daşıyır, digəri isə qaranlıq yolla milyonlar qazanır və heç bir cavabdehlik daşımır.

Baş verənlərin qarşısının alınması işində həm də bir başa əlaqəli qurumlar olaraq İdxal-İxrac Baş İdarəsinin rəhbəri Azər Məmmədovun, Gömrük Komitəsinin sədri Şahin Bağırovun fəal hərəkəti vacibdir ki, hələlik onun şahidi olmuruq. Hətta bu qurumlarda çalışan şəxslər arasında belə şirkətlərə yaşıl işıq yandıranların olduğu bildirilir. Bu isə təkcə idarəçilik problemi deyil, həm də dövlətə və onlara göstərilən etimada hörmətsizlikdir.

Məlumata görə, artıq məsələ ilə bağlı yeni islahatların tətbiqinə start verilməsi planlaşdırılır. Bildirilir ki, yaxın vaxtlarda şirkətlərin qeydiyyatı ilə bağlı ciddi dəyişikliklər ediləcək. Şirkət yaratmaq istəyən şəxslərin maliyyə vəziyyəti, real sahibkarlıq niyyəti və idarəetmə qabiliyyəti yoxlanıldıqdan sonra qeydiyyata icazə veriləcək. Maddi və hüquqi imkanları olmayan şəxslərin adından saxta şirkətlərin yaradılmasının qarşısı alınacaq. Bu addım uzun illərdir bu sistemdən əziyyət çəkən dövlətin və qanuni sahibkarların xeyrinə atılmış mühüm və gecikmiş qərardır. Hər halda əgər belə bir addım atılacaqsa, o zaman həm dövlət qazanacaq, həm də qanuni sahibkarlar və bazar...

Əgər bu sistem dəyişməzsə, ölkə iqtisadiyyatı daha böyük itkilərlə üzləşəcək, cəmiyyət isə qurumlara olan inamını tamamilə itirəcək. Dövlət qurumları bu maxinasiyalara dərhal və ciddi şəkildə müdaxilə etməli, qanunsuz yolla milyonlar qazanan şəxsləri məsuliyyətə cəlb etməli və sosial baxımdan ən zəif təbəqədən olan insanların, narkotik aludəçilərinin, psixoloji pozuntusu olanların və ağır xəstələrin adından sui-istifadənin qarşısını almalıdır.

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülhə Dəvət - İlahi və Tarixi Zərurət
Bu gün, 09:26
“Bu qərar ATƏT tarixində ilk və nadir hadisə kimi yadda qalacaq” - deputat
Bu gün, 09:18
"Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..." - GİLEY
Bu gün, 09:15
`Lukoyl`un işçiləri fırıldağa vərdiş edib... - Hər fürsətdə aldadırlar...
Bu gün, 09:08
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 08:57
Növbə üsulu ilə işləyən işçilərin Bayram günlərinə düşən iş günləri... - Ekspert danışır...
Bu gün, 08:55
“Təhlükəsizliklə bağlı məsuliyyət ABŞ-la Ermənistanın üzərinə düşür” - ONA GÖRƏ Kİ...
Bu gün, 08:50
Ermənistana təzminat davasından VAZMI KEÇDİK? - AKTUAL
Bu gün, 08:48
İrəvandan Rusiyaya və İrana “ikiqat xəyanət”? - GƏLİŞMƏ
Bu gün, 08:35
Rusiya təxribata əl atdı, Əliyev və Zelenski təsdiqlədi – Bakının 4 müttəfiqinə mesaj
Bu gün, 07:43
Maaşları mənimsənilən işçilər Prezidentə MÜRACİƏT ETDİ - NARAZILIQ VAR...
Bu gün, 07:40
SOCAR-a aid torpaqları KİM SATIR? - rəhbərlik rəsmən GÖZ YUMUR
Bu gün, 07:12
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu - FOTO
Bu gün, 07:01
Rusiyadan soydaşlarımızın kütləvi köçü başlayacaq? - Görünəni odur ki...
Bu gün, 06:58
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Bu gün, 06:57
Mikayılov xeyri özgəsinə vermir - deputatla anlaşdı
Bu gün, 06:55
Azərbaycan-Rusiya: Bundan sonra nə olacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:48
“Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - FAKT BUDUR!
Bu gün, 06:45
ABŞ sülh olmasını və Rusiyanın bölgədən çıxmasını istəyirsə... - Ermənistana daha çox təzyiq etməlidir
Bu gün, 06:43
Kənd təsərrüfatında məhsul bolluğu problemə çevrilib... - Azərbaycan Körfəz ölkələrinə üz tuta bilər...
Bu gün, 06:41
“Zəngəzur dəhlizi İranın bəlkə də ən çox xeyrinə olan variantdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:39
"Xaric oxuyan" diplomat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:36
"Azərbaycana və Ermənistana təzyiq olacaq" - AMMA...
Bu gün, 06:35
Minsk qrupunun ləğvi... - sıradan bir hadisə deyil...
Bu gün, 06:32
Diplomatiyanın Vaşinqton "paradı": zəruri söz ardı - AKTUAL
Bu gün, 06:30
Büdcəyə milyonlarla ziyan vuran kimlərdir? - Ağır onkoloji xəstələrin adına açılan "şirkət"lər
Bu gün, 06:28
"Rusiyanın artıq Zəngəzur dəhlizinə maneə törətmək imkanı yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:18
"Rusiyadakı vətəndaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirilə bilər" - NƏ ETMƏLİ?
Bu gün, 06:16
"Atam olduğu üçün demirəm, ondan bir daha olmayacaq"
Bu gün, 06:13
Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi – Proses qızışır
Bu gün, 06:11
Region "ƏL DƏYİŞDİRİR": Azərbaycan, ABŞ, Ermənistan üçlüsü - Bəs Rusiya NƏ EDƏCƏK?
Bu gün, 06:08
Düzgün ixtisas seçməyən gənc sabah işsiz qalacaq - DİQQƏT
Bu gün, 06:02
Rusiyaya heç bir güzəşt olmayacaq: növbəti sanksiya... - AÇIQLAMA
Bu gün, 05:58
“Rusiya Qafqazda hərbi dillə danışa bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 00:20
Hökumət səs-küylü addıma hazırlaşır – “Bu qurum ləğv edilir, kadr islahatları aparılır, Rusiyaya bağlı şəxslər…”
Bu gün, 00:17
İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? - SİYAHI
Dünən, 18:02
Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir - Paşinyan
Dünən, 17:59
Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK - BUNDAN SONRA...
Dünən, 17:54
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək - DETALLAR
Dünən, 17:48
Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:03
Röya Ayxanın ailəsinə ağır itki üz verdi
Dünən, 16:59
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTO
Dünən, 16:54
Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib
Dünən, 16:50
Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? - GÜNDƏM
Dünən, 16:48
Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı - DETALLAR
Dünən, 16:46
Qarabağa daha 100 köçün ailəsi köçürüləcək - TENDER NƏTİCƏSİ
Dünən, 16:43
Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 16:41
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i - KİV
Dünən, 16:39
Xırdalanda bu küçələri hər il təmir edirlər – Bu il də olacaq
Dünən, 16:38
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru