Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində dustağın üzərindən iki ədəd biz aşkarlanıb.
Musavat.com xəbər verir ki, 41 yaşlı məhkum kustar üsulla hazırladığı iki ədəd bizi corabında gizlədib.
Cəzaçəkmə müəssisəsinin əməkdaşları baxış keçirən zaman həmin bizləri aşkar edib.
Dustağın həmin bizləri nə məqsədlə hazırladığı və üzərində gəzdirdiyi məlum deyil.
41 yaşlı dustağın daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşadığı məlum olub. O, sonuncu dəfə narkotik ittihamı ilə həbs edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının başa çatmasına 3 ay qalmış həbsxanada üzərində biz aşkarlanıb.
Bu əməlinə görə ona 6 ay cəza təyin edilib.