Naxçıvan Muxtar Respublikasında səhiyyə adına rəzalət yaşanır. Görün, vəziyyət nə yerdədir ki, bu gün MR ərazisində həqiqətən də diş həkimliyi ixtisasına rəsmən sahiblənmiş və əlinsə rəsmi diplomu, tibbi savadını təsdiqləyən sənədi olanı tapmaq müşkülə çevrilib.
"DİA-AZ" xəbər verir ki, bu barədə gileylənən Naxçıvan sakinləri iddia edirlər ki, əgər təftiş olunsa Naxçıvanda stomatoloq adı ilə fəaliyyət göstərən "həkimlərin" əksəriyyətinin diplomunun saxta olduğu təsdiqlənər:
"Onların əksəriyyəti guya ki, Rusiyanın, əsasən də Dağıstanın tibb məktəblərinin məzunlarıdır guya... Amma heç o məktəbləri də bitirməyiblər. Sadəcə, saxta diplom alaraq fəaliyyət göstərirlər".
Qeyd edək ki, yaxın günlərdə konkret olaraq kimlərin tibbi savad almadan MR ərazisdində stomatoloq kimi fəaliyyət göstərdiyini açıqlayan materialı da diqqətinizə təqdim edəcəyik.
Hər halda, bizdən əvvəl aidiyyatı qurumlar daha tədbirli davranarsa, məqsədəuyğun olar.
Məsələ diqqətimizdədir...