CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                 

17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Tarix: Bu gün, 11:07 | Çap et

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün müharibə ssenari üçün ilk addımı atıb.

Belə ki, müharibəyə hazırlıq çərçivəsində qitə boyunca yol və dəmir yolu infrastrukturunu modernləşdirmək üçün 17 milyard avro xərclənəcək. Avropa İttifaqının nəqliyyat və turizm üzrə komissarı ApostolosTsitsikostas bu barədə "FinancialTimes" nəşrinə açıqlama verib.

Onun sözlərinə görə, hazırkı avtomobil və dəmir yolları NATO texnikasının, xüsusilə də 70 tona qədər çəkisi olan tankların Şərq sərhədinə tez bir zamanda daşınmasına imkan vermir. Bu problemi həll etmək üçün isə 17 milyard avro vəsait xərclənəcək.

Görünən odur ki, Avropa İttifaqı Rusiya ilə birbaşa müharibə üçün ilk addımı atdı. Bununla bağlı hazırlıq getdiyi artıq təsdiqlənir. Bəs yaxın perspektivdə Avropa İttifaqı ilə Rusiya arasında hərbi toqquşma yaşana bilərmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, Rusiya qətiyyən sakitləşmir:

"Bu da Rusiya Prezidenti Vladimir Putinin şəxsi keyfiyyətləri ilə bağlıdır. Rəsmi Moskva hələ də rus şovinizmindən və ideyasından geri çəkilməyi bacarmır.Görünən odur ki, Rusiya yeni şəraitə uyğunlaşmır, dünyanın dəyişdiyini görmək istəmir və hər şeyi yenə də əvvəlki kimi hərbi güclə həll etməyə çalışır. İndiyə qədər Rusiyanın son 200 illik tarixi ancaq silahla, işğalla, bu və ya digər ölkələrə hücumla doludur. Onlar bu şəkildə dövlətlərini qoruyub-saxlayıblar".

Siyasətçi qeyd edib ki, indi isə hər şey dəyişib:

"Müharibəni heç kim qəbul etmir. Rusiyanın özündə də insanlar bu müharibələrdən və vəziyyətin ağırlığından yorulublar. Amma rəhbərlik bunu başa düşmək istəmir. Ona görə Avropa üçün də təhlükə var. Bu təhlükə ondan ibarətdir ki, Rusiyanın rəhbərliyi Avropanın zəifliyini görür.

Avropanın silah-sursatı, hərbi texnikası, pulu var, amma güclü ordusu və döyüş ruhu yoxdur. Hətta NATO-nun özündə də bu çatışmır. Son illərin təcrübəsi göstərdi ki, nə ABŞ, nə Avropa, nə də NATO ordusu ciddi nəticə əldə edə bilib".

Həmsöhbətimiz bunun səbəblərindən də danışıb:

"Çünki insanlar artıq hərbdən uzaqlaşıb. Xüsusi hazırlanmış hərbi hissələr demək olar ki, yoxdur. Vaxtilə XIX əsrin sonunda Fransa xarici legionları ilə dünyaya meydan oxuyurdu, onları dünyanın istənilən yerinə göndərirdilər. İndi o da yoxdur. Həmçinin, İngiltərədə də belə hissələr mövcud deyil.

Almaniya isə İkinci Dünya müharibəsindən sonra ordu saxlamaq və silahlanmaq baxımından məhdudiyyətlərə məruz qalıb. İndi yavaş-yavaş bu məhdudiyyətlər aradan qaldırılır, amma yenə də Almaniyanın güclü hərbi qüvvəsi yoxdur".

Partiya sədrinin sözlərinə görə, Rusiyanın hərbi gücü zəifləməsinə baxmayaraq, hələ də digər ölkələrdən üstündür:

"Nəzərə almaq lazımdır ki, Rusiya Ukraynada təkbaşına bütün Avropaya qarşı döyüşür. Rusiyalı rəsmilər bununla və Ukraynada etdikləri ilə fəxr edirlər. Amma bu, əslində fəxr deyil, faciədir. Onlar Ukraynada etdikləri vəhşiliklərə görə utanmalı və xəcalət çəkməlidirlər.

Çünki insanlar ölür, şəhərlər dağıdılır. Onlar isə bunu başa düşmək istəmirlər. Bütün bunların fonunda Avropa isə Rusiya ilə mümkün müharibə üçün hələlik tədbir görür. Bunun üçün yollar və dəmir yolları çəkilir. Amma əsas məsələ odur ki, texnika olsa belə, döyüşəcək ordu və ruh yoxdursa, bunun heç bir faydası olmaz".

Akif Nağı vurğulayıb ki, Avropa Ukraynanı qabağa verib:

"Amma Rusiya Ukraynadan sonra çox asanlıqla Avropaya daxil ola bilər. Polşa kimi ölkələr ciddi müqavimət göstərə bilməzlər. Kreml də bunu bildiyi üçün Avropanı hədələyir. Avropada artıq öz işini görür və bu istiqamətdə milyardlarla avro pul xərcləyir.

Bu baxımdan, hesab edirəm ki, ondansa hər Avropa ölkəsi öz ordusunu gücləndirməlidir. Çünki texnikaya arxalanmaq məntiqsizdir. Bu gün artıq dronlara, pilotsuz uçuş aparatlarına üstünlük verilməlidir. Amma Avropa hələ də ağır texnikanı sərhədə yığmaqla məşğuldur. Düşünmürlər ki, hansısa məğlubiyyət ehtimalında ağır texnikanı oradan geri çəkmək çətin olacaq, bəlkə də rusların əlinə keçəcək.

Ona görə də qərarların nə dərəcədə düzgün olduğu sual altındadır. Fikrimcə, Avropa liderləri bununla bağlı məntiqli qərar vermirlər".

Partiya sədri onu da əlavə edib ki, əgər Avropa Rusiya ilə müharibəyə hazırlaşırsa, daha çox hava hücumu və müdafiə sistemlərinə, raketlərə sərmayə qoyulmalıdır:

"10 milyardlarla vəsait məhz bu istiqamətə yönəldilməlidir. Ümumilikdə isə Rusiya ilə müharibəyə hazırlıq işləri aparılsa da, yaxın zamanda bu ehtimalın reallaşması inandırıcı deyil. Bəlkə də bir neçə ildən sonra baş verə bilər.

Ona görə ki, hazırda Rusiyanın Avropaya qarşı cəbhə açmaq marağı yoxdur. Hələlik Kreml Ukraynadakı hədəflərini tamamlamağa çalışacaq. Ukrayna isə nəfəsini dərmək üçün istədiyi şərtlərlə sülh müqaviləsi imzalamağa çalışır. Məncə, Kreml yaxın deyil, uzaq perspektivdə Avropa ilə müharibə ehtimalını nəzərdən keçirə bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Bu gün, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Bu gün, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Bu gün, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Bu gün, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Bu gün, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Bu gün, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Bu gün, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Bu gün, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Bu gün, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Bu gün, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru