Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                     Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj .....                     II Qaregin həbs oluna bilər .....                     Canlı yayımda gərgin anlar .....                     Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu .....                     Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir .....                     Problem həll olunsa da, sakinlər güvənmir... .....                     Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı .....                     AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! .....                     İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" .....                     “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” .....                     Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır .....                     Qayıbovun BATIRDIĞI SAHƏ... .....                     Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur .....                     "Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" .....                     Azərbaycanda şirkət torpağını satışa çıxarır .....                     "4 övladımı itirdim" .....                     "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " .....                     Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... .....                     "Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" .....                     "Yaradıcı insan üçün diqqət önəmlidir" .....                     “Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi .....                     Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? .....                     Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı .....                     Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı .....                     Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib .....                     "Bu şirkətin sahibi kimdir, axı?" .....                     Maliyyə Nazirliyinin jurnalı bağlanır .....                     Azərbaycanın mebel şirkəti səhmdarlarını .....                 

Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Tarix: Dünən, 17:14 | Çap et

Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Məlumata görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.

“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq.

İyun ayında sabiq energetika naziri German Qaluşenko demişdi ki, Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetrdir.

İyuna olan məlumata görə, 2,9 milyard kubmetr anbarlara vurulacaq dəqiq idxal olunan qaz müqaviləsi bağlanıb.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk özünün “Facebook” səhifəsində sınaq qaz tədarükünün Bolqarıstan-Rumıniya-Ukrayna marşrutu ilə həyata keçirildiyini yazıb.

Nazirin sözlərinə görə, "Trans-Balkan" boru kəməri (Türkiyə, Bolqarıstan, Rumıniya və Ukraynanın Odessa vilayətinin bir hissəsindən keçir) Ukraynaya dünyanın müxtəlif yerlərindən Yunanıstan və Türkiyədəki terminallara daxil olan mayeləşdirilmiş qaza və “Trans-Adriatik” qaz kəməri ilə nəql olunan Azərbaycan qazına çıxış imkanı verəcək.

Qeyd edək ki, Rusiya qazının Ukrayna, Moldova və Rumıniya vasitəsilə Balkanlara nəqlinin əvvəlki marşrutu ruslar 2020-ci ildə “Türk axını”nı işə saldıqdan sonra əhəmiyyətini itirmişdi.

Lakin müharibə Avropanın enerji bazarında oyun qaydalarını dəyişdi və Sovet dövründə qurulan infrastruktur ikinci şans qazanmaqdadır. “Trans-Balkan” qaz dəhlizinə indi yalnız texniki imkan kimi deyil, həm də regionun enerji təhlükəsizliyinin konfiqurasiyasını dəyişməyə qadir olan geosiyasi alət kimi baxılır.

Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Yunanıstan marşruta yeni nəfəs verməkdə maraqlıdırlar. Onlar kəməri əks rejimdə işə salmaq və Yunanıstanın “Revitusa” sıxılmış qaz terminalından Ukrayna ilə sərhədə qədər mavi yanacağı, o cümlədən ABŞ yanacağını tədarük etmək istəyirlər.

Ukrayna bu il istilik mövsümündən rekord aşağı mavi yanacaq ehtiyatı ilə çıxıb. 2025-ci ilin aprel ayının əvvəlində yeraltı anbarlarda beş milyard kubmetrdən az qaz var idi ki, onun da yalnız 900 milyon kubmetr aktiv hissəsini çıxarmaq mümkün idi.

Səbəblər arasında Aleksey Çernışevin rəhbərlik etdiyi “Naftoqaz”ın əvvəlki komandası tərəfindən anbarlara qazın kifayət qədər vurulmaması göstərilir. Həmçinin, Xarkov və Poltava vilayətlərində qaz anbarlarının və Ukraynanın əsas istehsal obyektlərinin atəşə tutulması da problemin yaranmasına təsir göstərib.

Bu səbəbdən növbəti payız-qış dövrü üçün yanacaq idxalna olan tələblər son illərdə rekord həddə - beş milyard kubmetrə, pessimist ssenariyə görə isə səkkiz milyard kubmetrə qədər artıb. Hazırda Ukrayna Polşa, Slovakiya və Macarıstandan qaz alır.

“Trans-Balkan” dəhlizi tədarükün diversifikasiyasına imkan verən bir neçə alternativ marşrutlardan biridir. Bu, Slovakiya və Macarıstan hökumətlərindəki qeyri-sabitlik, eləcə də Ukraynanın anbar və hasilat obyektlərinə Rusiyanın mümkün yeni hücumları fonunda xüsusilə vacibdir.

Rusiyanın təcavüzü nəticəsində Ukrayna öz qazının 40 faizə qədərini müvəqqəti olaraq itirib. Qaz idxalı üçün ən böyük potensial Slovakiya ilə sərhəddədir: “Mavi yanacağ”ın nəqli gündə 42 milyon kubmetr və ya ayda 1,2 milyard kubmetrdən artıq təşkil edir. İkinci yerdə gündə 9,75 milyon kubmetrlə Macarıstan, üçüncü yerdə 6 milyon kubmetr yanacaqla Polşa qərarlaşıb.

Bundan başqa, Ukrayna Balkan qaz kəməri ilə nəql edilə bilən, gündəlik təxminən üç milyon kubmetr olmaqla kiçik həcmdə enerji idxal edə bilər. Bu isə ayda 100 milyon kubmetrdən azdır. Qışa qədər Ukrayna daxili tələbatı ödəmək üçün anbarlara təxminən 5 milyard kubmetr qaz vurmalıdır. Bu da aylıq təxminən 1-1,5 milyard kubmetr yanacaq deməkdir.

Göründüyü kimi, Azərbaycan qazının Ukraynaya nəqli üçün hazır infrastruktur mövcuddur.Ona görə də bu prosesi həyata keçirmək çətin olmayacaq. Ukrayna alternativ mənbələrin tapılmasına, o cümlədən Azərbaycandan təbii qaz idxalına Rusiyanın enerji asılılığna son qoyulmasında mühüm vasitə hesab edir. Bu, gələcəkdə Moldovanın da Azərbaycan qazına marağını artıra bilər.

Bu baxımdan, Azərbaycanın Ukraynaya “mavi yanacaq” tədarükü Rusiyanın siyasi dairələrində narazılıqla qarşılana bilər. Doğrudur, rəsmi Bakı bu məsələyə yalnız kommersiya maraqlarından yanaşır və Rusiya ilə iqtisadi rəqabət aparmaq niyyətində olmadığını bildirir. Hətta Azərbaycan bu məsələni siyasiləşdirməyin əleyhinə olduğunu bəyan edib.

Lakin Ukrayna və digər Avropa dövlətlərinin Rusiya qazından imtina edib Azərbaycana üz tutmasının səbəbi elə Kremlin özüdür.Rusiya başqa xalqlara qarşı düşmənçilik və təzyiq siyasətinin nəticəsində enerji bazarlarını itirməyə başlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Bu gün, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Bu gün, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Bu gün, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Bu gün, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Bu gün, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Bu gün, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33
Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25
Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21
"Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" - Tramp Medvedevə xəbərdarlıq edib
Bu gün, 10:18
Azərbaycanda şirkət torpağını satışa çıxarır - YIĞINCAQ
Bu gün, 10:16
"4 övladımı itirdim"
Bu gün, 10:14
"İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " - Təhsil ekspertindən ŞOK AÇIQLAMA
Bu gün, 10:05
Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:02
"Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" - NARAZILIQ VAR...
Bu gün, 09:56
"Yaradıcı insan üçün diqqət önəmlidir"
Bu gün, 09:45
“Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi
Bu gün, 09:41
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 09:36
Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı
Bu gün, 09:31
Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
Bu gün, 09:28
Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Bu şirkətin sahibi kimdir, axı?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17
Maliyyə Nazirliyinin jurnalı bağlanır
Bu gün, 09:06
Azərbaycanın mebel şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:03
Bakıda həkim iş başında qəfildən vəfat etdi - FOTO
Bu gün, 09:02
“Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 08:59
Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49
Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru