“Televiziya mövsümü çox uğurla başlandı və bitdi. Bu mövsümdə də mən 3 proqramda çalışdım. Həftənin cümə, şənbə və bazar günləri efirdə oldum. “Cümə axşamı” verilişim şou xarakterlidir, insanlara maraqlı qonaqlarla əyləncəli dəqiqələr bəxş edir. “Ötən günlər” yetərincə tamaşaçı kütləsi olan və sevilən bir verilişdir. “Hər zaman musiqi” verilişim də qısa müddət ərzində çox sevildi. Yeri gəlmişkən söyləyim ki, yay mövsümündə də biz “Hər zaman musiqi” verilişinə çox maraqlı 15 yeni veriliş çəkmişik. İnşallah yeni televiziya mövsümündən etibarən hər bazar axşam saat 9-da təqdim olunacaq. Çox görkəmli sənətkarlar, şairlər, bəstəkarların mahnıları yeni aranjimanda təqdim olunub. Bu aranjimanlar hazırlanır, yeni versiyalarda müğənnilərə təqdim olunur və onlar da ifa edirlər. Yeni mövsümdən tamaşaçıları çoxsaylı silsilə verilişlər gözləyir”
“Bundan başqa mövsüm boyu çoxsaylı mötəbər tədbirlərin aparıcısı oldum. Onların arasında çox önəm daşıyan dövlət əhəmiyyətli tədbirlər də var idi. Mədəniyyət Nazirliyinin dəvəti ilə Tacikistan və Qırğızıstanın mədəniyyət günləri tədbirində iştirak etdim, aparıcısı oldum. Bilirsiniz ki, Laçın MBD ölkələrinin paytaxtı elan olundu. Gözəl Laçınımızda bu tədbirin aparıcısı oldum. Beynəlxalq Muğam müsabiqəsinin açılış mərasiminin aparıcılıq etdim. Böyük və görkəmli sənətkarımız Polad Bülbülğlunun 80 illik yubileyinin paytaxt Bakıda və Şuşada “Xarıbülbül” festivalı çərçivəsində baş tutan konsertinin aparıcıs oldum. Və bir çox, başqa mühüm tədbirlərdə səhnələr aldım. Böyük məmnuniyyətlə bu işlərimi yerinə yetirdim. Mən ümumiyyətlə işimi çox sevirəm. Dəlicəsinə işimin vurğunu və sevəniyəm. Ona görə də çalışıram onu elə icra edim ki, tamaşaçılar məndən narazı qalmasınlar” deyə o bildirib.
Saleh Bağırov bildirib ki, “Tərəqqi” medalına qızının doğum günü layiq görülüb:
“Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə çox əziz, sevimli, əvəzsiz cənab prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm. Bu inanılmaz bir sevinc, çox böyük xoşbəxtlikdir. Mən buna görə prezidentimizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, əməyimi bu cür dəyərləndirdirib, kiçik işimə böyük qiymət verib. Yadımdadır, cənab prezident hələ 2005-ci ildə İctimai televiziyanın ilk açılış günü mənə xeyir-dua verdi. Açılış günündə gəlib bizimlə tanış oldu, tövsiyyələrini verdi, uğurlar arzuladı. Bu medal təkcə mənim deyil, 25 illik televiziya və radio fəaliyyətimdə mənimlə olan bütün həmkarlarıma-redaktorlara, rejissorlara, operatorlara, asistentlərə, bir sözlə ən böyük işçidən kiçik işçiyə qədər hamısına aiddir. Bu bizim hamımızın uğuru və müvəfəqiyyətidir. Təbii ki, böyük təşəkkürüm həm də mənim zəhmətimi, işimi hər zaman qiymətləndirən, İctimai televiziyanın baş direktoru əziz Balaş müəllimədir. Çox sevinirəm. Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram. Davamlı neçə gündür təbriklər, mesajlar, zənglər alıram. Medalın da ən tarixi, yaddaqalan məqamı ondan ibarət oldu ki, mən qızımın doğum günündə təltif edildim. Bu bir ata qəlbinin qüruru, qız övladının sevinci idi. Hansını ki, ikisini də bir anda yaşadıq. Mən qürur, o isə sevinc hisslərini” deyə Saleh Bağırov deyib.