Xəbər verdiyimiz kimi, zərərçəkən jurnalist Yeganə Telmanqızı redaksiyamıza müraciət edərək hüquqşünas tərəfindən aldadıldığını bildirmişdi.
Yeganə xanım Gununsesi.info-ya danışaraq bildirib ki, onu aldadan hüquqşünasın atası prokuror Abusəməd Səmədov tərəfindən təhdid edilir, alçaldılır:
“Mənə “sms” səslər ataraq təhdid edir. Deyir ki, yetim qızsan, kimin var ki? Himayəndə də 2 yetim uşaq var. Oğlunla birlikdə 3 yetim saxlayırsan. Sən “vabşe” kimsən?”
Qeyd edək ki, Yeganə xanımın bacısı mart ayında rəhmətə gedib. Uşaqların hər iki valideyni yoxdur. Yeganə xanım bacısının 2 övladını himayəyə götürüb.