Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                 

İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Tarix: 26-07-2025, 11:30 | Çap et

İyulun 23-24-də 19 saylı poliklinikadan Akademik M. A. Topçubaşov adına Tibbi-Cərrahiyə Mərkəzinə göndəriş alan bir jurnalistin başına gələnlər bir daha göstərdi ki, Azərbaycanda “icbari tibbi sığorta” yalnız kağız üzərində var. Müalicə və müayinə üçün sığorta bölməsinə yönləndirilən vətəndaş Tibbi Mərkəzdə nə həkim tapa bildi, nə də izahat verən bir məsul şəxs.

Ən acınacaqlısı isə odur ki, Mərkəzin birinci mərtəbəsində yerləşən 27 saylı otaqda xidmət göstərməli olan növbətçi həkim – Aynurə Əliyeva bir neçə gündür otağında yoxdur. Jurnalistin sözlərinə görə, otaqda heç kim olmadığı üçün qonşu otaqdakı tibb bacısına və sığorta bölməsindəki digər əməkdaşa müraciət edib, lakin nəticə dəyişməyib. Məsuliyyətsizlik o yerə çatıb ki, həmin xanım sadəcə “hara istəyirsiniz şikayət edin” deməklə vətəndaşı yola verib.

Qeyd edək ki, bu hadisə ilə tanınmış jurnalist, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas şəxsən özü qarşılaşıb və başına gələnləri öz şəxsi “Facebook” səhifəsində gileylənərək bildirib. O, tibbi sistemin başıpozuqluğunu və “nəzarətsizliyini” kəskin tənqid edib.



"DogruXeber.az" olaraq bu narazılığı bölüşür və məsələni ictimailəşdiririk.

Ən mühüm məqam isə odur ki, jurnalist TƏBİB-in 815 Çağrı Mərkəzinə müraciət etdikdə ona bildirilib ki, Topçubaşov adına Tibbi Mərkəz ümumiyyətlə TƏBİB-in deyil, Səhiyyə Nazirliyinin tabeliyindədir! Bu isə o deməkdir ki, ölkədə səhiyyə idarəçiliyinin iki başı var: biri TƏBİB, digəri isə Səhiyyə Nazirliyi. Əgər hər ikisi məsuliyyətdən yayınırsa, bəs xalq nə etsin?

"DogruXeber.az" olaraq bu sualı TƏBİB-in rəhbəri Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə birbaşa ünvanlayırıq:

– Həkim işə gəlmirsə, vətəndaş günlərlə qapıda gözləyirsə, heç kim cavab vermirsə, bu sistem niyə mövcuddur?
– Tibbi sığorta niyə var və niyə işləmir? Axı insanlar hər ay tibbi sığorta üçün fonda pul ödəyirlər.

Təəssüf ki, tibb sistemindəki başıpozuqluq və məsuliyyətsizlik artıq adi hala çevrilib. Və bu, sadəcə bir günün, bir vətəndaşın problemi deyil. Sistemli şəkildə nəzarətsizlik və ötür-ötür oyunu aparılır. Vətəndaşın sağlamlığı, vaxtı və əsəbləri isə bu laqeydliyin qurbanına çevrilir.

Tibb sahəsində artıq oyun bitməlidir. Çünki bu oyun insan həyatına, etibarsız sığortaya və cavabsız qalmaqda olan minlərlə şikayətə çevrilib.

Artıq bir neçə ildir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi yaradılıb və artıq tibb müəssisələrinin böyük əksəriyyəti də onun tabeliyinə verilib. Amma jurnalistin da qeyd etdiyi kimi, şikayət və narazılıq olanda TƏBİB Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə TƏBİB-in üzərinə atıb dururlar.

Səhiyyə Nazirliyinin fəaliyyəti zatən illərdir göz önündə idi, son zamanlar da bir çox kosmetoloq və hətta estetik cərrahların təhsilsiz - təsadüfi insanlar olduqlarının rəsmən təsdiqlənməsi daha da çılpaqlığı ilə bütün gerçəkləri ortaya çıxardı. Biraz diqqət etsək Vüqar Qurbanov fəaliyyətinin də Teymur Musayev "yolu"ndan fərqlənmədiyini görərik. Tibbə aidiyyəti olmayan bəzi şəxslər var ki, TƏBİB-də (xəstəxana direktoru və sair kimi) mühüm vəzifələr tuturlar.

Amma bu da hələ son deyil...

Araşdırmalar göstərir ki, bu gün TƏBİB-in tabeliyində olan bir çox xəstəxanalarda rəhbər vəzifələrə tibb sahəsindən tamamilə uzaq, təsadüfi adamlar təyin olunub. Onların əsas üstünlüyü, ixtisasları və təcrübələri deyil – arxalarındakı şəxsi münasibətlər, qohumluq əlaqələri və digər səbəblərdir.
Nəticədə, xəstəxanalar kağız üzərində “idarə olunur”, amma real həyatda səhiyyə müəssisələri pasiyentlərin deyil, statistik rəqəmlərin və hesabatların rifahı üçün fəaliyyət göstərir.

"DogruXeber.az" olaraq xatırladırıq: tibb təsadüfi adamların oyuncağı deyil. Bu sahədə bircə yanlışlıq, bircə səhlənkarlıq bir insanın həyatına, bir ailənin faciəsinə səbəb ola bilər ki, bunun da son zamanlar tez-tez şahidi oluruq. Amma görünən odur ki, nə TƏBİB rəhbərliyi, nə də Səhiyyə Nazirliyi bu məsuliyyəti hiss edir. Onlar üçün əsas olan – təqdimatlar, konfranslar və mediada görünməkdir.
Sistem isə çürüyür. Həkimlər susur. Vətəndaşlar isə bu çürümüş sistemin altında əzilir.

Daha acınacaqlısı isə budur ki, TƏBİB və Səhiyyə Nazirliyi arasında yaranan bu ikihakimiyyətlik, özbaşınalığın əsas səbəbidir. Hər iki qurum bir növ “məsuliyyətsizlik qalxanı” rolunda çıxış edir – məsuliyyəti bir-birinin üstünə ataraq, hər ikisinin cəzasız qalacaqlarnı çox yaxşı bilirlər.

Tibb sistemində bu qədər məsuliyyətsizlik, bu qədər şəffaflıqdan uzaqlıq, bu qədər siyasi kadrlaşma ola-ola hansı inkişafdan danışmaq olar?

Əgər bu sistem insana deyil, idarəedənlərə xidmət edirsə, demək, bu sistemin adı tibb deyil – bürokratik səhiyyə makinasıdır.
Və o makina artıq əhalini müalicə etmir, əhalini əzir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru