"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                     Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi .....                     Rusiya Ermənistana ordu yığır: .....                     Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir .....                     Russayağı DİSKRİMİNASİYA .....                     Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… .....                     Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir .....                     Azərbaycanda autizmli uşaqların sayı niyə artır? .....                     İran səfirindən erməni kimi açıqlama və hədə: .....                     "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" .....                     Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi .....                     Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… .....                     Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... .....                     “Ədalət”i səngərdə çıxarmışam .....                     Mənzil bazarında yeni fırıldaqçılar .....                     Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                     Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: .....                     Gümrü bazasında daha bir İNTİHAR: .....                     İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                 

Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Tarix: Dünən, 18:00 | Çap et

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Azərbaycanda yaşayan ruslarla bağlı açıqlaması təkcə qeyri-ciddilik deyil, həm də açıq şəkildə manipulyasiya cəhdidir”.

Musavat.com-un məlumatına görə, bunu deputat Elçin Mirzəbəyli bildirib.

Milli Məclis üzvü qeyd edib ki, bu tip ritorika nə bəşəri dəyərlərə, nə də dövlətlərarası münasibətlərə xidmət edir:

“Əksinə, gerçək reallıqları təhrif etməklə məsuliyyətdən yayınmaq üçün istifadə olunur. Lakin həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət belə davranışları artıq aydın şəkildə oxuyub qiymətləndirməyi bacarır”.

E.Mirzəbəyli xatırladıb ki, Azərbaycan dövləti və cəmiyyəti üçün Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması prioritet məsələdir:

“Bu amil ictimai rəyin formalaşmasında və dövlət siyasətində mühüm yer tutur. Harada yaşamasından, eləcə də etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın, həmvətənimizin hüquq və azadlıqlarının təmin edilməsi bizim üçün prinsipial məsələdir. Bununla yanaşı, Rusiyadan fərqli olaraq, Azərbaycanda nə vətəndaşlara, nə də ölkəmizdə müvəqqəti məskunlaşan şəxslərə etnik və dini mənsubiyyətlərinə görə selektiv yanaşma sərgilənir. Bütün insanlar qanun qarşısında bərabərdir və onların hüquqları Konstitusiyamız, habelə beynəlxalq hüquq normaları əsasında qorunur.

Azərbaycanda ruslar da daxil olmaqla, müxtəlif etnik və dini qrupların nümayəndələri arasında cinayət törədənlər də olur. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları belə hallarda hüquqi məsuliyyəti etnik kimlik üzərindən siyasi təbliğata çevirmir. Nə nifrət ritorikası yayılır, nə də “cəzalandırma səhnələri” ilə cəmiyyətə qorxu aşılanır. Bu, hüquqi dövlət prinsipinin real və tətbiq olunan modelidir”.

Deputat bildirib ki, Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır:

“Lakin məqsəd reallığı etiraf etmək deyil, daxili auditoriyanı manipulyasiya etmək, Rusiyanın müntəzəm şəkildə istifadə etdiyi “etnik narahatlıq” kartı üzərindən ictimai dəstək qazanmaqdır.
Azərbaycanda ruslara və digər milli azlıqların nümayəndələrinə hörmətlə yanaşılır. Amma bu, nə Rusiyanın istəyi, nə də Peskovun bəyanatları ilə bağlıdır. Tolerantlıq Azərbaycan xalqının və dövlətinin fitrətidir. Biz insanlara mənsub olduqları millətə görə deyil, şəxsi keyfiyyətlərinə və davranışlarına əsasən qiymət veririk. Bizim ölkəmizdə tolerantlıq təbliğat yox, həyat tərzidir. Sadə ifadə ilə desək, Azərbaycanda ruslara və digər xalqların, etnik azlıqların nümayəndələrinə ona görə hörmət olunur ki, onlar bu ölkənin vətəndaşı, qonağı və ən əsası isə insandırlar.

Rusiyanın isə rus etnik kimliyi və rus dili üzərindən apardığı siyasət, əslində, bu xalqın xaricdəki nümayəndələrinin cəmiyyətlərə inteqrasiyasına maneə yaradır.

Rusiya rəsmilərinin “hörmət tələb etmə” ritorikası isə çox zaman onların bu anlayışın mənəvi mahiyyətini tam qavramadıqlarını göstərir. Hörmət – tələb edilən yox, qazanılan dəyərdir”.

Elçin Mirzəbəyli digər xəbərdarlığını da edib:

“Unudulmamalıdır ki, Azərbaycan xalqının yaddaşında dərin iz buraxan Azərbaycana məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması, günahsız insanların faciəli şəkildə həlak olması hələ də cavabsızdır. Bu hadisəyə görə nə rəsmi üzr istənilib, nə də bir qəpik təzminat ödənilib. Hətta məsul şəxslərin cəzalandırılması belə təmin edilməyib.

Beynəlxalq hüquq baxımından bu, həm suverenlik hüququnun, həm də insan hüquqlarının açıq şəkildə tapdanmasıdır. Bu qədər ağır nəticələri olan bir cinayətə görə üzr istəməyən ölkənin başqalarından etika və hörmət tələb etməsi riyakarlıqdan başqa bir şey deyil. Zorla, təhdid və hədə-qorxu ilə nə hörmət, nə də sevgi qazanmaq mümkündür. Hörmət qazanılır, cənab Peskov, tələb olunmur! Sizin ölkəniz uzun illərdir ki, birgə yaşadığı xalqların nümayəndələrini ümidlərlə aldadıb, sonda isə xəyal qırıqlığına uğradıb.

Dünyanın müxtəlif xalqları, o cümlədən Azərbaycan xalqı və Azərbaycanda yaşayan bütün etnik azlıqların nümayəndələri, o cümlədən ruslar baş verənlərin mahiyyətini çox gözəl anlayır, insan taleləri üzərindən qurulan bu oyunların nə məqsəd güddüyünü və nəyə xidmət etdiyini yaxşı bilirlər. Və artıq bu oyunlardan beziblər”.

Millət vəkili daha sonra vurğulayıb:

“Rusiya artıq əsrlərdir ki, Qafqazda və daha geniş coğrafiyada xalqları bir-birinə qarşı qaldırmaq, etnik separatizmi alovlandırmaq, daxili qarşıdurmalar yaratmaqla bölgədəki xalqların dinc, qarşılıqlı hörmət və rifah içində yaşamasına imkan vermir. Separatizm Moskvanın tarixi və geosiyasi strategiyalarında alətə çevrilib, suveren dövlətlərin daxili işlərinə müdaxilə vasitəsi kimi sistemli şəkildə tətbiq olunub. Bu siyasət nəticəsində təkcə Azərbaycan deyil, digər qonşu ölkələr də itkilərə məruz qalıb, bölgədə uzunmüddətli qarşıdurmalar və humanitar fəlakətlər baş verib.

Belə bir tarixə və geosiyasi davranışa sahib olan dövlətin bu gün tolerantlıqdan, multikulturalizmdən danışması siyasi və mənəvi ziddiyyətlərin bariz nümunəsidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Dünən, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Dünən, 12:00
“Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Dünən, 11:52
Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Dünən, 11:49
Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Dünən, 11:45
Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Dünən, 11:36
Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Dünən, 11:34
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Dünən, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Dünən, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Dünən, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Dünən, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Dünən, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Dünən, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Dünən, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Dünən, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Dünən, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Dünən, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Dünən, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Dünən, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Dünən, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru