AzVision.az xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrə istinadən belə məlumat yayan “Johovurd” qəzeti müzakirələrin bağlı qapılar arxasında - mətbuatın iştirakı olmadan baş tutduğunu yazıb.
“Görüş zamanı baş nazir Nikol Paşinyanın əhval-ruhiyyəsi nəzərəçarpacaq dərəcədə gərgin olub. Partiya nümayəndələrində belə bir təəssürat yaranıb ki, Paşinyan Türkiyə, BƏƏ və Belçikaya son səfərləri zamanı gözlədiyi nəticə və təminatları ala bilməyib”, - mənbələr q zetə verdikləri açıqlamalarda vurğulayıblar.
Xatırladaq ki, bundan əvvəl “Hraparak” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə təcili səfərinin Avropa İttifaqı (Aİ) rəhbərliyinin Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqlarının təfərrüatlarını öyrənmək istəyi ilə bağlı olduğunu yazıb.
Nəşrin iddiasına görə, Vaşinqtonun vasitəçiliyinin niyə belə tez nəticə verdiyini, o cümlədən Zəngəzur Dəhlizi məsələsində əldə olunan razılaşmanı izah etmək üçün Paşinyan Brüsselə çağıırılmışdı.
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası iyulun 12-də Gorusda keçirilən siyasi toplantıda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Sünik (Qərbi Zəngəzur) rayonu ərazisindən mümkün yolun çəkilməsi məsələsini müzakirə edib.