İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın İran tərəfinin Amerika tərəfi ilə görüş istəyi ilə bağlı bəyanatını təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü İsmail Bəqai İran Dövlət Televiziyasının efirində bildirib.
“Bizim tərəfimizdən Amerika tərəfi ilə görüş üçün heç bir müraciət olmayıb”, - Bəqai bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ lideri İran tərəfinin görüş istədiyini bəyan edib. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff isə jurnalistlərə bildirib ki, görüş gələn həftə baş tuta bilər.