“Meqa Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, vəzifəsindən ayrılan Ceyhun Nuriyev Seyran oğludur. O, sığorta şirkətinin Müşahidə Şurasında müstəqil üzv idi.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).