Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin kollektivinə yeni təyin olunmuş direktor Andranik Simonyanı təqdim edib.
"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
N.Paşinyan son illərdə Xidmətin kifayət qədər ciddi transformasiya və islahat prosesi keçirdiyini bildirib. O qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin gələcək inkişafı üçün strategiya layihəsi hazırlanıb və formalaşdırılıb.
Bildirilib ki, bu layihə yaxın zamanda müəyyən olunmuş qaydada qəbul ediləcək.