“Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azalıb.
FED.az xəbər verir ki, bank rəhbərliyi 2024-cü ilin nəticələrinə görə, 578 min manat gəlir əldə edib.
Bu 2023-cü illə müqayisədə 33 min manat (5,4%) azdır.
Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə, “Bank Avrasiya” rəhbərliyi 611 min manat gəlir əldə etmişdi.