Əsas Səhifə > Güney Press > Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib

Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib


Dünən, 17:54

Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin kollektivinə yeni təyin olunmuş direktor Andranik Simonyanı təqdim edib.

"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

N.Paşinyan son illərdə Xidmətin kifayət qədər ciddi transformasiya və islahat prosesi keçirdiyini bildirib. O qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin gələcək inkişafı üçün strategiya layihəsi hazırlanıb və formalaşdırılıb.

Bildirilib ki, bu layihə yaxın zamanda müəyyən olunmuş qaydada qəbul ediləcək.


Geri qayıt