Neftçilər maaşlarının azlığından şikayətçidirlər - NARAZILIQ VAR!
Tarix: 27-03-2023, 15:33 | Çap et
 “Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.
Bunu Meydan TV-yə SOCAR-da işləyən bir qrup neftçi deyib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.
Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.
“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”,- neftçi deyib.
Neftçilər şirkətin mərhum prezidenti Natiq Əliyevdən sonra onların taleyilə heç kimin maraqlanmadığını deyirlər. Bildirirlər ki, Rövnəq Abdullayev və Rövşən Nəcəf əməkhaqlarının artırılmasından tutmuş, daşınma, qidalanma və digər problemlərlə bağlı çoxsaylı şikayətlərə məhəl qoymur:
“Natiq Əliyevdən sonra gələnlər ancaq fəhlənin canına qənim kəsilib”.
Azərbaycanda fəaliyyət göstərən digər şirkətlərdə də yerli fəhlələrin əməkhaqqısı aşağıdır. “Bahar enerji” şirkətində çalışanların maaşı təxminən 750 manata yaxındır. “Binəqədi oil” şirkətinin əməkdaşları isə bildiriblər ki, 4 faiz artımdan sonra maaşları orta hesabla 600 manat olub.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, neftçilərin maaşına artım edilməyib:
“Bununla bağlı şirkət prezidentinə həm neftçilər, həm də təşkilat tərəfindən müraciət ünvanlanıb. Prezident, vitse-prezidentlər, baş mühəndislər yüksək əməkhaqqı alsa da, qurudakı neft və qazçıxarma idarələrində işləyən neftçilərin aylıq tarif maaşı 400-500 manatdır. Neftçilər hələ də gözləyirlər, ümidlərini üzməyiblər”, – Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR-da tanışlıq, qohumluq əlaqələrilə işəgötürmə davam edir:
“Məsələn, Geofizika və Geologiya İdarəsində idarə rəisi öz qohumlarını istədiyi vəzifəyə təyin edib. Rəisin bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi, digər bacısı oğlu Orxan İsmayılov qravimetria rəisi, qardaşı Mübariz sınaq quyusunun rəisi, qayını Elvin, əmisi oğlu Elbrus, xalası uşaqları həmin idarədə çalışırlar. Bütün bunlara isə həmkarlar təşkilatı susur. Neftçilərin problemləri, işdən çıxarılan fəhlələrin hüquqları, bir sözlə, çoxsaylı şikayətlər həllini tapmır”. //Meydan TV/


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24 |
|
|
|
• “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19 |
|
|
|
• Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14 |
|
|
|
• Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10 |
|
|
|
• 2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07 |
|
|
|
• Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46 |
|
|
|
• Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43 |
|
|
|
• Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28 |
|
|
|
• Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23 |
|
|
|
• Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09 |
|
|
|
• Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03 |
|
|
|
• Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00 |
|
|
|
• Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48 |
|
|
|
• Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Dünən, 17:46 |
|
|
|
• Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Dünən, 17:42 |
|
|
|
• Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Dünən, 14:03 |
|
|
|
• “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Dünən, 13:56 |
|
|
|
• Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Dünən, 13:54 |
|
|
|
• İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Dünən, 13:48 |
|
|
|
• Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Dünən, 11:27 |
|
|
|
• Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:15 |
|
|
|
• "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Dünən, 11:02 |
|
|
|
• Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Dünən, 10:56 |
|
|
|
• İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Dünən, 10:55 |
|
|
|
• DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Dünən, 10:47 |
|
|
|
• "Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Dünən, 10:43 |
|
|
|
• Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Dünən, 10:36 |
|
|
|
• Nazir təzə mövzu açıb... - AKTUAL
Dünən, 10:30 |
|
|
|
• Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:27 |
|
|
|
• Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Dünən, 10:11 |
|
|
|
• 20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Dünən, 10:05 |
|
|
|
• Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Dünən, 10:01 |
|
|
|
• Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Dünən, 09:59 |
|
|
|
• Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Dünən, 09:57 |
|
|
|
• Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Dünən, 09:53 |
|
|
|
• "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Dünən, 09:50 |
|
|
|
• Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Dünən, 09:48 |
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
13-09-2025, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
13-09-2025, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
13-09-2025, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
13-09-2025, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
13-09-2025, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
13-09-2025, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
13-09-2025, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
13-09-2025, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
13-09-2025, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
13-09-2025, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
13-09-2025, 12:26 |
|
|
|
|