Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

İmişlinin yeni başçısının KRİMİNALLAŞMIŞ KOMANDASI... - İLGİNC İDDİALAR...
Tarix: 18-05-2022, 11:08 | Çap et
İmişlinin yeni başçısının KRİMİNALLAŞMIŞ KOMANDASI...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunur. Qeyd edək ki, o, belə bir təyinatına qədər bir sıra dövlət vəzifələrində, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsində dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində də çalışır. Yəni onu qeyd etmək istəyirik ki, Elçin Rzayev icra başçısı vəzifəsinə təyin olunana qədər bir çox vəzifələri daşıdığından o, müəyyən idarəçilik təcrübəsinə malik olan şəxs olur. Bütün bunlara baxmayaraq ortaya belə bir sual çıxır ki, görəsən İmişli RİH-nin başçısı bu gün ölkə rəhbərinin etimadını doğruldurmu? Əsla yox! Çünki, ümumi müşahidələrimizdən, media üzərindən apardığımız bir çox araşdırmalardan, rayon ərazisində dolaşan söz-söhbətlərdən və s. bəlli olur ki, hal-hazırda bu şəxs sahib olduğu potensialını, yalnız və yalnız şəxsi məqsədlərinin həllinə yönəltməklə məşğul olur. Bir xatırlamanı yada salaq ki, Elçin Rzayev icra başçısı vəzifəsinə təyin olunarkən onu ölkə rəhbəri qəbul etdi və bu şəxsə lazımi tapşırıqlarını da verdi. Düzdür, təyinatının ilk aylarında ona qarşı hər kəsdə müəyyən qədər inam hissi formalaşmışdırsa, vaxt keçdikcə isə Elçin Rzayevin idarəçiliyi “çat verməyə” başladı. Bu da onu sübut edir ki, geniş ictimaiyyət qarşısında ölkə rəhbərinin Elçin Rzayevə verdiyi tapşırıqlar artıq öz əhəmiyyətini itirməkdədir. Çünki, bu şəxsdə sanki bir məsuliyyətsizlik, sadə sakinlərə qarşı “yuxarıdan aşağı” baxmaq yanaşması var. Bir həqiqəti də qeyd edək ki, İmişli RİH-nin başçısı ilk aylarda özünü ictimaiyyətə işgüzar vəzifə sahibi deyə təqdim etsə də, aylar keçdikcə bu şəxsin niyyəti tam əksəriyyətə bəlli oldu.

Adicə bir halın varlığına diqqət yetirək ki, İmişli RİH Aparatının sturuktur cədvəlində, İmişli rayРѕn İcra Hakimiyyətinin başçısı Rzayev Elçin Adil oğlu; RİH başçısının birinci müavini; Başçının müavini, SРѕsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri; Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri sözlərindən başqa heç bir məlumat, hansısa telefon nömrəsi yoxdur. O halda sual oluna bilər ki, görəsən bu nə qapalılıqdır, bu necə idarəçilikdir? Çünki, bu cür idarəçiliyin mahiyyətini hələ də başa düşmək olmur?. Diqqət yetirək ki, Elçin Rzayev İmişli RİH-nin başçısı vəzifəsinin icraasına başladıqdan az sonra, doğma qardaşı Şamil Rzayevi özünə köməkçi, bacısı oğlu Hafizi isə sürücü vəzifəsinə təyin edir. Düzdür, bu gün köməkçi vəzifəsini Vəliyev Vüqar Telman oğlu adlı şəxs daşısa da, əldə etdiyimiz bəzi məlumatlara görə Şamil Rzayev, yenə də qeyri-qanuni şəkildə köməkçi vəzifəsini yerinə yetirməklə məşğul olur. Deməli, RİH-nin başçısı icra hakimiyyətini “ailə hakimiyyəti”nə çevirib. Dolaşan söz-söhbətlərə görə, Elçin Rzayevin qardaşı Şamil Rzayev, İmişlidə müstəsna səlahiyyətə malik olan “toxunulmaz şəxs” hesab olunur. Belə bir səbəbdən də o, yerli sakinlərə qan uddurur, hətta vəzifə səlahiyyətlərini aşmaqla minbir maxinasiyalarla da məşğul olur. Bu kimi səbəblər üzündəndir ki, yeni icra başçısı həbsdə olan icra başçısı Vilyam Hacıyevin dünyadan köçənlərinə rəhmət oxutdurur. Bütün bunların kökündə Elçin Rzayevin öz yaxınlarına, qohum-əqrəbalarına, bir sözlə ona bağlı olan hər kəsə daim “yaşıl işıq” yandırmasıdır.

Elçin Rzayevin “qaranlıq əməlləri” heç də bunlarla yekunlaşmır. Məsələn, icra başçısı bir müddət bundan əvvəl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, hal-hazırda ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirdiyi bildirilən Səmədov Sahib Mehralı oğlunu, İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin edir. Bu cür təyinat, sanki İmişli sakinlərini şoka deyil, birbaşa “şökə salıb”. Buna da əsas səbəb, Elçin Rzayevin verdiyi anormal qərarların varlığıdır. Deməli, RİH-nin başçısını Sahib Səmədovla birləşdirən müəyyən tellər var ki, rayon rəhbərliyi dələduzluq maddəsi ilə cinayət əməli törətmiş şəxsi belə bir strateji vəzifəyə təyin edir. Yəqin ki, belə bir təyinatın verilməsində müəyyən məbləğdə rüşvət amili də başlıca rol oynayıb. Çünki, müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, Elçin Rzayevin ruhu, başlıca amalı rüşvət faktoru üzərində yoğrulub. Ona görə də o, lazımi məbləğdə qazanc əldə etmək üçün hər cür qərarını verir. Bundan əlavə, RİH-nin başçısı vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində çalışmış və korrupsiya əməllərinə qol qoyduğuna görə barəsində cinayət işi açılmış Elxan Rüstəmlini isə, İmişli Şəhər İcra Nümayəndəsinin müavini vəzifəsinə təyin edir. Bütün bunlar çox maraqlı və hər kəs üçün düşündürücü təyinatlar olur ki, hal-hazırda Elçin Rzayevin belə bir addımları tam əksəriyyətdə müəyyən şübhələrin baş qaldırmasına səbəb olur. O halda sual oluna bilər ki, görəsən İmişli RİH-nin başçısı ayrı-ayrı motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin etməkdə məqsədi nədir? Məgər o, bu rayonun ərazisində keçmiş həyatı təmiz olan, iş fəaliyyəti hər kəs tərəfindən qəbul olunan, savadlı, bacarıqlı kadr tapmadımı ki, müxtəlif motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin edir? Deməli, RİH-nin başçısı özünə cinayət əməlləri törətmiş şəxslərdən ibarət komanda formalaşdırır və o, bu yolla rüşvətin, talançılığın tüğyan etməsinə lazımi şərait də yaradır. Axı, ölkə rəhbəri İlham Əliyev cənabları bu şəxsi ona görə icra başçısı vəzifəsinə təyin etdi ki, rayon ərazisində baş alıb gedən korrupsiya əməllərinin, hər cür əyintilərin və s. qarşısı alınsın. Bəs, bu gün İmişlidə nələr baş verir? Baş verənlər o olur ki, Elçin Rzayevin icra başçısı olduğu ilk aylardan İmişlinin ərazisində anarxiya, xaos, hər cür əyintilər əhatəli şəkildə şaxələnməkdədir. Rayon ərazisində mühüm vəzifələrə öz adamlarını yerləşdirən İcra Başçısı, hal-hazırda bu rayonda analoqu olmayan idarəçiliyini həyata keçirməklə məşğul olur. Bu cür idarəçiliyin arxasında yalnız və yalnız daha çox rüşvət əldə etmək, daha çox maddi maraqların təmin olunmasını həyata keçirmək durur. Belə bir səbəblər üzündəndir ki, İmişlidə sosial problemlər aşıb daşır, yerli sakinlərin kütləvi narazılığı “pik nöqtə”yə qalxır.



Elçin Rzayevin yarıtmaz idarəçiliyinin mahiyyətindən, media üzərindən aparığımız müəyyən araşdırmalardan, redaksiyamıza çatdırılan bəzi məlumatlardan və s. bəlli olur ki, İmişli RİH-nin başçısı iş fəaliyyəti ləkəli olan şəxsləri daha çox önə çəkməklə məşğul olur. Məsələn, daxil olan məlumatların birində qeyd olunur ki, xeyli müddət bundan öncə rayonun Hacırüstəmli kənd sakinlərinin vaksinasiya olunmalarını həyata keçirmək üçün, rayondan bu kəndin tibb məntəqəsinə bir nəfər tibb bacısı göndərilir. Ötən ayların birində və iş saatlarından sonra Hacırüstəmli kənd icra nümayəndəliyində müavini vəzifəsini daşımış şəxslə tibb bacısı arasında “məxməri inqilab” baş verir. Elə ki, tibb məntəqəsindəki otaqda baş verən “məxməri inqilab”ın səs-sorağı bütövlükdə kəndə yayılır və sakinlərin tam əksəriyyəti yaşananlardan xəbərdar olurlar, o halda xanım tibb bacısı Hacırüstəmli kəndini birdəfəlik tərk edir və o, bir daha iş başına qayıtmır. Çox keçmir ki, yaşanan olayın varlığı səbəbindən kənd icra nümayəndəsi ilə müavin arasında əməlli-başlıca qarşıdurma yaranır. Hətta, vəziyyət o həddə qədər gəlib çatır ki, icra nümayəndəsi öz müavininə “Səhərdən işə gəlmə” də deyir. Əslində kənd icra nümayəndəsinin müavini olmuş şəxs, məhz daşıdığı vəzifəsinin məsuliyyətini dərk etməli və xalqımıza məxsus əxlaqi dəyərlərimizin qorunub saxlanmasına çalışmalı idi. Buna baxmayaraq o, bu cür iyrənc əməllərə qol qoyur. Diqqəti cəlb edən hal o olur ki, baş verən iyrənc əməllə bağlı İmişli RİH-nin başçısı Elçin Rzayev lazımınca məlumatlı olsa da, o, icra nümayəndəsinin sabiq müavini haqda heç bir tədbir görmür. Düzdür, həmin şəxs atdığı iyrənc addımına görə Hacırüstəmli kənd icra nümayəndəsinin müavini vəzifəsindən uzaqlaşdırılır, amma çox keçmir ki, RİH-nin başçısı həmin şəxsi digər kənd icra nümayəndəliyində daha məsul vəzifəyə təyin edir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bugünkü rəhbərlik cinayət əməlləri törətmiş, iyrənc işlərə qol qoymuş şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında daha maraqlı görünür.

Bütün bunlardan əlavə, icra başçısı indiyə kimi abadlıq və quruculuq işləri adı altında dövlətdən ayrılan külli miqdarda vəsaitləri də mənimsəyib. Bu şəxsdən soruşmaq lazımdır ki, hansı səbəbdən rayondakı Şəhidlər Xiyabanı sahibkarlardan əldə olunan vəsaitlər hesabına qaydaya salınır? Bəs bu məqsədlər üçün ayrılan vəsaitlər hara “qeybə çəkilir?” Deməli, bütün bunlar onu göstərir ki, icra başçısı Elçin Rzayev möhtərəm Perzidentin etimadını heç də doğrultmur və bu cür addımlar adı çəkilən bu şəxsin niyyət və məqsədlərinin nələrdən ibarət olduğunu ortaya qoyur. Xeberfakt.az-a daxil olan bəzi məlumatlara görə, bu şəxs özünü orda-burda Prezidentin köməkçisiв€’Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu olaraq təqdim edir və dövriyyəyə bu yöndə bəzi informasiyalar da buraxır. Bir sözlə, Elçin Rzayevin bugünkü idarəçiliyinin sıfıra bərabər olması hər kəsə bəlli olan həqiqətlərdir. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
XEBERFAKT.AZ

P. S. Hörmətli oxucular! Çox yaxın günlərdə İmişli RİH-nin başçısı Elçin Rzayevin qol qoyduğu, hansı ki, hər kəsə şoka salacaq əməlləri haqda hər kəsi məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru