Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                 

İcra başçısının ŞOK SƏRVƏT SİYAHISI... YAYILDI
Tarix: 9-06-2020, 15:44 | Çap et
İcra başçısının ŞOK SƏRVƏT SİYAHISI...
Azərbaycanda korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparılır...

Rüşvətxor məmurlar, xalqın sərvətini talayan icra başçıları həbs olunaraq məsuliyyətə cəlb edilirlər. Onların qanunsuz yola əldə etdikləri sərvətin miqyası insanı heyrətə salır. Amma hələ xeyli məmur var ki, onlar haqqında da mütləq ölçü götürülməlidir. Hazırda iş başında olan elə icra başçıları var ki, ölkədə aparılan dəyişikliklərdən ibarət dərsi götürmək yerinə korrupsiya əməllərindən əl çəkmirlər. Buna misal olaraq vəzifə başında ifşa olunaraq həbs edilən məmurları göstərmək olar. Tutulan həmin məmurların milyonluq biznes şəbəkəsi də üzə çıxmaqdadır.

Redaksiyamıza daha bir məmurun - Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsinin olması barədə məlumat daxil olub.

DİA.AZ Demokrat.az-a istinadən Əhəd Abıyevə və qardaşı Abıyev Səməd Mikayıl oğluna məxsus olan, yaxın qohumlarının adına özəlləşdirilmiş əmlakların siyahısını təqdim edir:

1. Masallı şəhərində keçmiş “Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib.

2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər “Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.

3. Masallı şəhərində yerləşən Köhnə “Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.

4. İstisu zonasında yerləşən keçmiş “Mətləbbulağı” (indiki adı “İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

5. İstisu zonasında 10 ha ərazidə yerləşən “Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.

7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.

8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.

9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

10. Masallı şəhərində 320 kvm-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib.

11. Masallı şəhərində 130 kvm-lik dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.

12. Masallı şəhəri “Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.

13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev “Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşı Zümrüd Yağmurun (Abıyeva) qardaşı, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən “İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.

15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.

16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

17. Masallı şəhər “Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilmiş və daha sonra satılıb.

18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.

19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.

20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.

24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

26. Masallı şəhəri ərazisində yerləşən “Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.

27. Masallı şəhərində yerləşən köhnə “Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.

28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.

29. İstisu avtomobil yolu üzərində “ Şır-şır “ bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.

30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.

31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.

32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.

33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.

34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş “Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.

35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.

37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

Sözügedən əmlak siyahısı barədə fikirlərini öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mobil telefonuna zəng etsək də, zənglərimizə cavab verilməyib.

Qeyd edək ki, Əhəd Abıyev uzun illər Milli Məclisin Masallıdan deputatı olub. Onun qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru