Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Tarix: 3-02-2020, 12:21 | Çap et
 Deputat Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edilib. Şikayətçi 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd blogger Mehman Hüseynovdur. Blogger Yenisabah.az-a bildirib ki, şikayətin səbəbi Fərəc Quliyevin ona namizədliyini geri götürmək üçün rüşvət təklif etməsidir.
31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyev Mehman Hüseynovla görüşərək namizədliyini onun xeyrinə götürməsi üçün bloggerə şirnikləndirici təkliflər edib. Mehman Hüseynov deputatla olan danışığını ictimailəşdirib.
Blogger hesab edir ki, bu faktdan sonra Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir. “Məsələ təkcə bununla bitmir. Fərəc Quliyev faktiki olara mənə rüşvət təklif edib. Əgər mənə təklif edibsə, deməli, dairə və məntəqə seçki komissiyalarının üzvlərinə də edə bilər. Bu baxımdan, mən yalnız Mərkəzi Seçki Komissiyasına şikayət etməklə kifayətlənməyərək Baş Prokurorluğa da müraciət etmişəm”, - deyə Mehman Hüseynov bildirib.
Bloggerin sözlərinə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən digər şəxslər də MSK-ya şikayət hazırlayır.
Bəs, Fərəc Quliyevin namizədliyi ləğv edilə bilərmi?
Seçki mütəxəssisi Bəşir Süleymanlı Yenisabah.az-a deyib ki, əslində qeydə alınmış namizədin namizədliyinin ləğv olunması ilə bağlı bir neçə hüquqi prosedur olmalıdır: “Əvvəlcə namizədin yol verdiyi pozuntuda cinayət əməli varsa, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır və məhkəməyə müraciət edilməldir. Bu halda Cinayət Məcəlləsinin 312-1.2 maddəyə görə “Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin 308-ci maddə “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: -''dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər'';
Mərkəzi Seçki Komissiyası da namizədin yol verdiyi pozutularla bağlı məhkəməyə müraciət edə bilər. Seçki Məcəlləsinin 113 və 114-cu maddəsi əsas verir ki, Mərkəzi Seçki Komissiyası bu halda müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etsin. Məcəlləyə görə yalnız məhkəmə qərarı qüvvəyə mindikdə namizədin qeydiyatı ləğv edilə və ya Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir”.
Konkret olaraq Fərəc Quliyevlə Mehman Hüseynovun məsələsinə gəlincə, Bəşir Süleymanlı bildirib ki, bununla bağlı həm hüquq mühaifzə orqanlarına, həm də MSK-ya şikayət edilə bilər. “Əgər fakt özünü doğrultsa və Fərəc Quliyevlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa, MSK həmin seçki dairəsinin nəticələrini etibarsız hesab etməlidir və orda təkrar seçki keçirilməlidir”, - deyə Bəşir Süleymanlı qeyd edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12 |
|
|
|
• İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49 |
|
|
|
• Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44 |
|
|
|
• Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36 |
|
|
|
• “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05 |
|
|
|
• Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46 |
|
|
|
• "Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40 |
|
|
|
• Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15 |
|
|
|
• Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10 |
|
|
|
• Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08 |
|
|
|
• "Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00 |
|
|
|
• Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54 |
|
|
|
• Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50 |
|
|
|
• "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45 |
|
|
|
• ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41 |
|
|
|
• 12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33 |
|
|
|
• Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30 |
|
|
|
• Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23 |
|
|
|
• Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20 |
|
|
|
• Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18 |
|
|
|
• Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57 |
|
|
|
• Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48 |
|
|
|
• "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
• İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27 |
|
|
|
• Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16 |
|
|
|
• İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12 |
|
|
|
• "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05 |
|
|
|
• Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02 |
|
|
|
• Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00 |
|
|
|
• Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57 |
|
|
|
• Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47 |
|
|
|
• `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39 |
|
|
|
• NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31 |
|
|
|
• Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24 |
|
|
|
• Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14 |
|
|
|
• “Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11 |
|
|
|
• "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08 |
|
|
|
• Qərb Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54 |
|
|
|
• ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50 |
|
|
|
• Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16 |
|
|
|
• Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04 |
|
|
|
• Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59 |
|
|
|
|