Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

Daşkəsəndə at oynadan KİMDİR?.. - İTTİHAM VAR!
Tarix: 30-03-2022, 12:29 | Çap et
Daşkəsəndə at oynadan KİMDİR?..
Daşkəsən rayonu, Qayıbov küçəsi 45, ev 21 ünvanında yaşayan Məmmədova Nuriyyə redaksiyamıza müraciət edərək, Daşkəsən təhsilinin iç üzünə açacaq məlumatlar göndərib. Bu gün təhsil sistemində rüşvət faktoru mövcuddur. Bunu kimsə inkar etmir. Cəmiyyətin təmsilçilərindən biri olaraq, hər zaman üzləşdiyimiz hallardan biridir. Qohumlar, qonşular, dostlar vasitəsilə tez-tez bu mövzuda şikayətlər eşidirik. Uşaq bağçasından tutmuş ali məktəblərə qədər hər yerdə neqativ halların olduğu deyilir. Bildiyiniz kimi, rayon təhsil şöbələri təhsilin yerli idarəetmə orqanlarıdır. Rayon təhsil şöbələrinin müdirləri yerli İcra hakimiyyəti başçılarının razılığı ilə təyin olunur.

Daşkəsən rayon sakini Nuriyyə Məmmədova rayon təhsil şöbəsinin müvəqqəti təyin edilən müdiri Zaur Məmmədovun etdiyi qanunsuzluqlarla bağlı bəzi məlumatları açıqlayıb. Onun sözlərinə görə, məktəb direktorları məktəbləri öz şəxsi obyektləri kimi istifadə edir:

"Mən qanunpərəst kimi haqsızlıqları qəbul edə bilmirəm. Belə məmurlar tutduqları vəzifədən istifadə edib, bil-bilə vətəndaşların haqlarını pozurlar. 2016-cı ildə Təhsil Şöbəsinin keçmiş müdiri Nazim Verdiyev haqqında təhsil şöbəsində yaranmış bir çox nöqsanlarla bağlı verdiyim şikayətlər əsasında məktəblərdə və Təhsil Şöbəsində yoxlamalar aparılıb. Əsas da 25.10.2016-cı ildə Daşkəsəndə 12 məktəbdə yoxlama aparılıb və beş məktəbə şiddətli xəbərdarlıq edillib. Öz ərizələri əsasında işdən çıxarılmaları tələb edilib. Nazim Verdiyev də işdən azad edilib. Başqa məktəb direktorlarına isə xəbərdarlıq və töhmət elan edilib. Maraqlısı bundadır ki, Daşkəsən şəhər, Nəriman Nərimanov adına 3 saylı tam orta məktəbin direktoru Zaur Məmmədov və başqa məktəb direktorlarına Əmək Məcəlləsinin 186.c maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu şiddətli töhmət və xəbərdarlıq verilmişdir. Törətdikləri nöqsanlara görə, öz ərizələri əsasında işdən azad olunublar. Təxminən 10 gündən sonra, 16.11.2016-cı ildə Daşkəsən rayon Təhsil Şöbəsinə müvəqqəti müdir təyin edilib. Gülməli məqam burasındadır ki, 30 adamı idarə edən bilməyən həmin məktəbdə şagird müəllimi tanımır, müəllim də şagirdlərini tanımır...Anacaq buna baxmayaraq, elə müəllimlər var ki, həmin dərs saatlarından xəbəri yoxdur. Ancaq ayda 1000-1500 manat əmək haqqı alır. Amma məktəbin qapısını belə tanımır. Elə müəllim də var ki, 100-200 manat məvacibə işləyir. Xahiş edirəm ki, Zaur Məmmədovun 2013-cü ildə Nəriman Nərimanov adına məktəbdə dərs saatları, müəllimlərin dərs bölgüsü və işə davamiyyəti, şagirdlərin məktəbdə olan davamiyyəti və keçirilən dərslər yenidən ciddi şəkildə yoxlanılsın. Onu da qeyd edim ki, Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Ələsgərova Sevil Hümbət qızı direktor təyin olunduğu gündən müəllimləri üz-üzə qoyub. Saxta qanunsuz dərs bölgüləri ilə və dərs saatlarını çoxaltmaqla istədiyi məbləğdə pul tələb edir. Xoşuna gəlməyən şagirdləri məktəbdən kənarlaşdırır. Xoşuna gəlməyən müəllimənin üzünə adam qoyur. Müəllimlərə şər və böhtanlar atır. Maraqlısı budur ki, həmin məktəbdə dərslər keçirilmir. Ayı 25-30 manata məktəbdə və evlərdə hazırlıqlar keçirilir. Müvəqqəti əmrlə direktor təyin edilən Ələsgərova Sevil məktəbi demək olar ki, özəlləşdirib. İstədiyi şagirdi məktəbə qəbul edir, istəmədiyi kasıb ailənin uşaqlarını məktəbdən kənarlaşdırır. Dediyim kimi məktəbdə dərslər keçirilmir. Aylıq 25-30 manata məktəbdə hazırlıqlar keçirilir. Müəllimlər belə pul qazanırlar. Bu direktor məktəbdə dərs bölgüsü üçün istədiyi məbləğdə pul tələbi qoyur. Sevil Ələsgərova eyni zamanda saxta aktlar da yazıdırır. Həmin akta qol çəkən müəllimlərin dərs saatları araşdırılsın. Elə müəllimlər var ki, onlara 1000-1500-2000 azn məvacib yazıb. Amma pul sonradan aralarında bölünüb. Sözügedən direktor məktəbi tanımayan şagirdlərə də attestat verir. Sevil Ələsgərova məktəbə aidiyyatı olmayan adamı da şərləyib pul ala bilir. Ərizə yazıb ki, guya mən onu məktəbdə, küçədə, təhsil şöbəsində və s. yerlərdə şərəf və ləyaqətini alçaltmışam. Əgər bu qadın məktəb direktoru adını daşıya bilmirsə, həmin məktəbdə şagirdlər necə tərbiyə ala bilər?...O nə direktor, nə də müəllimə işləyə bilməz. Bu qadın rahat hər şeyi edir. Hansı məmur buna ümid verir bilmirəm...".

1988-ci ildən rayon Təhsil Şöbəsində mühasib işləyən Nuriyyə Məmmədova deyir ki, təhsil şöbəsinin müdiri Zaur Məmmədovun icra hakimiyyətində hüquqşünas işləyən qohumu Sənan Həsənov onu hədə-qorxu ilə təhdid edib. Bu azmış kimi onun qarşısını avtomobillə də kəsib. Lakin polislərin gəldiyini görən Sənan Həsənov avtomlobili sürüb hadisə yerindən qaçmaq istəyərkən, Nuriyyə Məmmədovanı vuraraq ağır bədən xəsarətləri yetirmişdir. Lakin polis və məhkəmə orqanları hadisəni ört-basdır etməyə çalışıb. Şikayətçinin sözlərinə görə Zaur Məmmədova dəstək olan əsas şəxslərdən biri də Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırovdur:



"Mən 1988-ci ildən Təhsil Şöbəsində mühasib işləyirəm. Təhsil Şöbəsində və məktəblərdə yaranmış nöqsdanları bildirdiyimə görə, qanunları tələb etdiyim üçün ailə üzvlərim və özüm təzyiqə, ağılagəlməyən şərləmələrə və qərəzli məhkəmə qərarları ilə üzləşmişəm. Zaur Məmmədov Təhsil Şöbəsinə müdir təyin olunandan sonra, məktəblərdə yaranmış nöqsanlara görə, Nazim Verdiyevin dədəsinə rəhmət oxudur. Zaur Məmmədov Təhsil Şöbəsində ayda bir dəfə 45 məktəbdən özünə çatan pul hesabını məktəblərdən yığır. Kəndlərdə yaşayış yoxdursa, məktəblərdə dərslər necə keçirilir?...Sonra mənimsədiyi pullardan Təhsil Nazirliyində ona bütün işlərində dəstək olan Təhsil nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırova və başqa məmurlara pul göndərir ki, törətdiyi nöqsanalara göz yumsunlar. Dəfələrlə Təhsil Nazirliyində qəbulda olmuşam. Muxtar Məmmədovun, Eşqin, Aydın və s...Elə bir yer yoxdur ki, ora müraciət etməyim. Bu günə qədər bu qanunsuzluqlarla bağlı heç bir tədbir görən yoxdur. Təhsil nazirimiz Emin Əmrullayev, nə işlərlə başını qatıb ki, Daşkəsəndə təhsillə bağlı verilən şikayətlər həllini tapmır. Zaur da aldığı bahalı maşınlar və evlərlə at oynadır. O bu qədər var-dövləti hardan qazanıb?...Bu niyə araşdırılmır?...Zaurla bağlı verdiyim bütün şikayətlərə görə, onun yaxın qohumu Daşkəsən rayon İcra Hakimiyyətinin hüquqşünası Həsənov Sənan mənə hədə-qorxu da gəlib. 02.09.2019-cu ildə Daşkəsən rayon İcra başçısı Əhəd Abıyevin qəbuluna getmişəm. Ondan işimlə bağlı xahiş etdim. Sağ olsun ki, kömək etdi. Bu vaxt Sənan Həsənov başçının otağına gəldi. Zaur və Sevilə görə verdiyi tapşırıqlar həllini tapmadığı üçün bizim orada problemlər yarandı. Qohumunun tərəfini saxlayan Sənan mənə hədə-qorxu gəldi və otaqdan çıxdı. Daha sonra Əhəd Abıyevlə ərazidə yeni tikilən Su İdarəsinə tikintiyə baxmaq üçün gəldik. Sonra mən onlardan ayrılıb, məhkəmənin yaxınlığındakı ikimərtəbli binanın yaxınlığında Sənan Həsənov özünə məxsus 20-BB-595 markalı avtomobillə qabağımı kəsdi. Bizim orda davamız düşdü. Həmin əraziyə polislər gəldi. Polisləri gördükdə avtomobilinə minərək ərazidən qaçdı. Məni də avtomobillə vuraraq ağır xəsarət yetirdi. Mən təcili yardımla xəstəxanaya apardılar. Sənan yaxın qohumu Zaurla əlaqə saxlamış, məsələylə bağlı onlara dəstək olan məmurlara məlumat verdilər. İş vaxtı İcra Hakimiyyətinin hüquqşünası Sənan Həsənovun törətdiyi cinayət Daşkəsən polis şöbəsində və məhkəmə tərəfindən gizlədilib. Qərar çıxarıldı ki, mən Sənan Həsənova şər atıram. Ancaq həmin hadisənin məndə video sübut çəkilişləri var. Bu qədər haqsızlıq olmaz...".

Nuriyyə Məmmədova Daşkəsəndə hökm sürən qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib. O aidiyyatı orqanlardan rayonda baş verən qanun pozuntularını araşdırmağa çağırıb:

"Sənan Həsənov deyir ki, guya mən onun ailəsini Əhəd Abıyevin yanında küçə sözləri ilə təhqir etmişəm. O da namusuna sığışdıra bilməyərək, bu hadisəni törətdiyini bildirir. Əgər səndə namus-qeyrət olsaydı, hadisə yerindən qaçmazdın...Səndə namus-qeyrət olsaydı, sənə mən yox, sənə o sözləri deyən məmura deyərdin. Əgər həmin gün iş vaxtı olmayıbsa, niyə Əhəd Abıyev Sənanı işdən azad edib?...Mən çıxılmaz bir problem və sualın arasında qalmışam...Bizim ailə ilə bağlı yaranmış problemlərin hamısının sifarişini Əhəd Abıyev verir. Təhsillə bağlı məhkəməyə verilən şikayətlərin hamısının qərəzli yazılmağının səbəbi odur. Daşkəsən Məhkəməsində Azad Əliyevin verdiyi qərarların hamısı qərəzlidir. Gəncə Appelyasiya Məhkəməsinin hakimləri Rəhman Muradov və Azər Bayramovun yazdıqları qərarlar Əhəd Abıyevin göstərişi ilə qüvvədə qalır.

Zaur da, Sənan da, Sevil və başqa məmurları da müqəddəs bildiyimiz Qurana əl basaraq deyirlər ki, bu işlərin hamısını bizə məcbur etdirən Əhəd Abıyevdir. Onlar deyir ki, mən onun qəbulunda olanda tapşırıq veririr ki, kömək edilsin. Biz gedəndən sonra deyir ki, deməyimə baxmayın, necə ki mən varam heç nə həllini tapa bilməz...Mən bu barədə Əhəd Abıyevə dəfərlərlə demişəm ki, müvəqqəti əmrlə işə qoyduğun inandığın məmurlar mənə belə deyir. O da and içir ki, mənim səninlə düşmənçiliyim ola bilər. Amma belə tapşırıqları vermədiyini deyir. Ona şər atıldığını deyir. Maraqlıdır ki, icra başçısı haqqında nəyə güvənib belə danışırlar...

Əhəd Abıyev dəfələrlə Zaura tapşırıq verib ki, mənim yaxın qohumum qanunsuz olaraq işdən çıxarılsın. İşə qayıtmağı üçün 8 ay 60 yaşında kişini uşaq yerinə qoydu. Lakin həmin tapşırıq həllini tapmadı.

Əhəd müəllimdən xahiş etdim ki, 8 nəfər kiçik bir otaqda oturur. Mənə Təhsil Şöbəsində boş otaqlardan biri verilsin. O sözümü yerə salmadı. Zaura zəng edib dedi. Lakin Zaur onun tapşırığını yerinə yetirmədi. Əhəd Abıyev bu qədər hörmətsizliyi niyə qəbul edir?...

Azərbaycanında düzgün məhkəmə sistemi yoxdur.Onlar sifarişlərə və rüşvəyə işləyirlər. Azərbaycan Təhsil nazirliyi işləmir. Gündə yalan məlumatlar verirlər. Guya müəllimlər imtahan verib, ya da direktor imtahanla işə qəbul olur. Amma reallıq odur ki, Daşkəsəndə təhsil sistemi rüşvətin içində itib-batır. Məmur özbaşınalığı geniş vüsət alıb. Təhsil şöbəsinin müdiri hələ də müvəqqəti əmrlə işini davam etdirir.

Mən cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, məhkəmələrin qərəzli qərarları ilə bağlı məni qəbul etsin. Adlarını qeyd etdiyim məhkəmələrin işlədikləri müddətdə yazdığı qərəzli qərarlar araşıdırılsın və aidiyyatı üzrə sorğular göndərilsin. Qurumlardan Baş Prokurorluqdan, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsindən, Maliyyə nazirliyindən xahiş edirəm ki, dövlət büdcəsinə dəyən ziyan ciddi şəkildə araşdılsın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və onun xanımı hörmətli Mehriban Əliyevadan xahiş edirəm ki, məni qəbul etsinlər. Məmur özbaşınalığına son qoyulmasına köməklik göstərilməsini xahiş edirəm. Bizim ulu öndərimiz Heydər Əliyev demişkən, uşaqlar bizim gələcəyimizdir. Təəssüf ki, Daşkəsəndə məktəblərlə bağlı o gələcək yoxa çıxıbıdır. Daşkəsən Təhsil Şöbəsi, Nəsimi adına 1 saylı tam orta məktəb, Nəriman Nərimanov adına 3 saylı tam orta məktəb və digər məktəblər ciddi şəkildə yoxlanılsın. Bundan əlavə xahiş edirəm ki, Təhsil Şöbəsində mənə iş otağı verilməsində köməklik göstərilsin. Şöbə rəisi Zaur Məmmədov oranı öz şəxsi malı kimi istifadə edir sanki...İcra başçısı bununla bağlı ona tapşırıq versə də, o buna məhəl qoymayıb...".

Qeyd: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru