Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                 

Bu səhiyyə özbaşınalıqları bir məmurun çətiri altında baş verir... - İTTİHAM
Tarix: 27-06-2018, 11:58 | Çap et
Bu səhiyyə özbaşınalıqları bir məmurun çətiri altında baş verir...
2017-ci ilin mayıdır. Sumqayıtda doğuş zamanı ana və körpəsi ölür. Hadisə şəhərin 1 saylı Doğum Evində qeydə alınır.

1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölür.

Baş həkim Təranə Rəcəbli deyib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərovanın üçüncü hamiləliyi olub. Onun yaşı da hamiləlik üçün ciddi təhlükə yaradıb.

Reportyor.İnfo xatırladır ki, Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət ediblər. Ancaq heç bir nəticəsi olmur və ana-uşaq qətli ört-basdır edilir – ənənəvi olaraq…

Çünki Səhiyyə Nazirliyi indiyə qədər heç bir həkimi əlində ölən xəstəsinə görə cəzalandırmayıb. Nazir Oqtay Şirəliyev özünə söz verib ki, həkimlər üçün cəzasızlıq mühiti yaratmalıdır.

Bu arxayınlığın nəticəsidir ki, bu gün Sumqayıtın 1 saylı Doğum Evində özbaşınalıq, rüşvət xəstəliyi, ələbaxımlılıq, ana və ata olmağa hazırlaşanların soyulması hələ də davam edir.

Əməkdaşımızın doğum evindən video kadrlarından bəlli olur ki, təkrar müayinəyə gələnlərdən pul istənilir. Tibb işçiləri təkrar müayinəyə 12 manat alırlar.

Bu tibb ocağını Sumqayıt bazarına çevirmiş keçmiş baş həkim Sevda İsgəndərovanın yolunun layiqli davamçısı Təranə Rəcəbliyə “gözün üstə qaşın var” deyilməməsi hamisi ilə bağlıdır.

T.Rəcəblinin Sumqayıt şəhər icra hakimi olan Zakir Fərəcovla qohumluq əlaqələri var. Baş həkim icra başçısının qızının baldızıdır.

Yəni, Z.Fərəcovun kürəkəninin bacısı doğum evini şəxsi mağazası kimi idarə edir. Bəs, nazirlik? Qəribə sualdır…

Şirəliyev hansı rüşvətxor baş həkimin, hansı əməliyyat stolunda xəstəni öldürən səhlənkar həkimin, hansı səhv diaqnoz qoyan yaxud səhv müalicə edərək müxtəlif dərmanlarla vətəndaşı şikəst qoyan həkimin xətrinə dəyib ki?!

Nazirlik hansı xəstəxanadan, hansı tibb müəssisəsindən qanunsuzluq faktı təqdim elə, ölüm və yaxud səhlənklarlıq sübutu ortaya qoy, mətbuat xidməti əbədi narkoz verərək yuxuya getmiş kimi sükutla qarşılayır…

Ona görə də Sumqayıtın ağasına çevrilmiş və şəhəri altını üstünə çevirmiş Z.Fərəcovun qohumunun 1 saylı Doğum Evində hansı mühiti yaratdığı aydındır.

Reportyior.İnfo yazır ki, bu faktlar nə jurnalistin təxəyyül məhsuludur, nə özündən uydurma rəvayətidir.

Faktiki olaraq ötən il sözügedən doğum evində Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Nazirliyin laqeydliyi və baş həkimin icra başçısının qohumu olması da təkzibolunmaz faktları sırasındadır.

Həmçinin, doğum evinə təkrar müayinəyə gələnlərdən 12 manat istənilməsi və s. rüşvət tələblərinə dair video kadrlar da var.

Bir sözlə, T.Rəcəbli S.İsgəndərovadan sonra 1 saylı Doğum Evində neqativlərin üstünə beşini qoyaraq səhiyyə ocağını Sumqayıtda 1 nömrə edib.

Və bu Doğum Evinin soyğunçuluq, dilənçilik, rüşvətxorluq yuvasına çevrilməsi haqda mətbuat silsilə yazılar dərc edib ki, nazirliyin mətbuat xidməti tərəfindən təkzib olunmayıb.

Məsələn, anaxeber.az yazmışdı ki, doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur.

Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir.

Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır.

Əvvəllər “Real” özəl tibb mərkəzinə rəhbərlik etmiş Təranə Rəcəbli, indi də öz təcrübəsini dövlət səhiyyə müəssisəsində tətbiq edir.

Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir.

Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar.

İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur.

Bu məqsədlə qəbul şöbəsində Elza adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir.

Həkimlərə isə ciddi şəkildə tapşırılıb ki, daxil olan pasiyentə pul “oxuya” bilməyən həkimlər doğuş qəbul etməyə buraxılmayacaqlar.

Kəsəsi, Sumqayıtda 1 saylı Doğum Evi əsaslı təmirdən çıxsa da, qaydaları köhnə-küşküldür, idarəçilik çürüməkdədir, baş həkim isə qardaşının icra başçısı olan qayınatasına arxalanaraq “burda mənəm, nazirlikdə Şirəliyev, Sumqayıtda Fərəcov” deyib istəklərini gerçəkləşdirir.

Onu da bildirək ki, doğum evindən çəkilmiş kadrların təqdim olunmasında texniki problem yaranıb, yaxın günlərdə növbəti araşdırma yazımızda video görüntüləri də yayacağıq.

Biz isə nazirliyin də, icra hakimiyyətinin də, baş həkimin sə mövqeyini geniş şəkildə işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru