Sabunçunun icra başçısından daha bir özbaşınalıq - FOTOLAR
Tarix: 9-04-2018, 12:53 | Çap et
 Ölkə prezidenti parklarda obyekt tikilməsinə, yaşıllıqların məhv edilməsinə dair kəskin çıxışlar etməsinə baxmayaraq, paytaxtda vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ərazilər müvafiq icra orqanları tərəfindən bəzi işbazlara satılır.
Həmin yerlərdə isə kafe, çayxanalar açılır, yaşayış binaları tikilir, eyni zamanda əsas fəaliyyət istiqamətləri bəlli olmayan nəhəng obyektlər inşa edilir.
Son vaxtlar В«TəzadlarВ»ın redaksiyasına edilən çoxsaylı şikayətlər bunu deməyə əsas verir. Vətəndaşlar narazılıq edir ki, yaşadıqları ərazidə dincəlmək üçün park qalmayıb, hər yer qarış-qarış satılır.
Belə şikayətlərdən biri paytaxtın Bakıxanov qəsəbəsinin sakinlərindən gəlib. Onlar Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının qarşısında yerləşən Heydər Parkının hasara alınaraq ağacların kəsilməsindən və nəhəng bir obyektin inşasından narazılıq edirlər.
Biz də şikayətçilərin xahişini nəzərə alaraq bu günlərdə yolumuzu adı çəkilən ərazidən saldıq.
Şikayətçilərin nə qədər haqlı olduğu elə ilk baxışda diqqətimizi cəlb etdi. Parkdan əsər-əlamət yox idi. Hündür hasara alınmış ərazinin yaxınlığında bizi qarşılayan şikayətçilər sözügedən parkın uzun illər öncə salındığını söylədilər: В«Bu park xalqımızın ümummilli lideri Heydər Əliyevin 75 illiyi münasibətilə salınmışdı. Əslində park insanların istirahəti üçün nəzərdə tutulmuşdu. Ancaq son illər burada tikinti işləri aparılır. Bu səbəbdən də park hasara alınaraq ağaclar kəsilir, yaşıllıq məhv edilir. Yaşlı vaxtımızda bura gün keçirmək üçün gəlirdik. Gördüyünüz kimi, park hasarlanıb. Ərazidə insanların istirahət etməsi üçün yer qalmayıb. Hər tərəfdə kafe, çayxana, ticarət obyektləri var. Gəzib-dolaşmaq, istirahət etmək üçün yer tapmırıqВ».
Digər şikayətçi də ümummilli lider Heydər Əliyevin adına salınmış parkın məhv edilməsindən təəssüfləndiyini bildirdi: “Bakının digər rayonlarında Heydər Əliyevin adına salınan parklara xüsusi diqqət yetirilir. İnsanların istirahəti üçün hər cür şərait yaradılır. Amma çox təəssüf ki, bizim rayonda bunun şahidi olmuruq. Gördüyünüz kimi, Sabuncu rayonunun ərazisində yerləşən Heydər Parkı bərbad vəziyyətdədir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev parkın ərazisini tanımadığımız bir işbaza satıb. Həmin işbaz da burada vaxtilə əkilən yüzlərlə şam ağaclarını kəsərək, tikinti işləri aparır. İstirahət etməyimiz üçün yer qalmayıb. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Bakıda min əzab-əziyyətlə salınan yaşıllığı məhv edənlərə, ağacları kəsənlərə qarşı çıxaraq, В«Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlərВ» demişdir. Ancaq bu gün Sabunçunun icra başçısı Adil Vəliyev hər tərəfi satır, ağacların kəsilməsinə şərait yaradır. Demək olar ki, artıq qəsəbəmizdə boş torpaq ərazisi qalmayıbВ».
Şikayətçilər bunun yaşlı nəsilə qarşı bir hörmətsizlik olduğunu bildirdilər: В«Belə vəziyyət Prezident seçkiləri ərəfəsində dövlət başçısının fəaliyyətinə kölgə sala bilər ki, buna yol vermək olmaz. Başa düşə bilmirik ki, rayon rəhbərliyinə В«durВ» deyən yoxdur. Halbuki cənab prezident İlham Əliyev şəxsən özü də bu cür halları kəskin tənqid edib, ağacları kəsərək yerində ticarət obyektləri tikməyi vəhşilik, vicdansızlıq adlandırıb. Lakin, nədənsə, prezidentin bu cür kəskin çıxışlarının bizim rayonun rəhbərliyinə heç bir təsiri yoxdur. Yaxşı olar ki, dövlət başçısı bu barədə ciddi tədbir görsünВ».
Biz ərazidə olarkən Sabunçu RİH-nin inzibati binası ilə “İmam Rza” məscidinin qarşısındakı hasara alınmış Heydər Parkında qızğın tikinti işləri aparılırdı. Tikintiyə mane olmaması üçün parkın müəyyən hissəsindəki şam ağacları kəsilərək, geniş inşaat meydançası yaradılmışdır. Onu da qeyd edək ki, parkda aparılan tikinti ilə bağlı heç bir məlumat lövhəsi yox idi. Tikintidəki işçilərdən də bu barədə məlumat öyrənə bilmədik.
Bakıxanov qəsəbəsi sakinlərinin şikayəti ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə, RİH-nin də münasibətini öyrənməyə çalışdıq. Lakin RİH-dən zənglərimizə cavab verən olmadı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də sözügedən ərazidə ağacların kəsilməsinə münasibət öyrənə bilmədik.
Odur ki, ərazidə özünə biznes fəaliyyəti quran naməlum şəxslə bağlı araşdırmalarımızı davam etdirəcəyik. В«TəzadlarВ»        


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|