Elmar Vəliyev özünü şəhərin sahibi hesab edir... - İTTİHAM
Tarix: 31-03-2018, 10:17 | Çap et
 Elmar Vəliyevin gəncəliləri təhqir etməsi qanlı qarşıdurmaya səbəb ola bilər
Bir müdət əvvəl icra başçısı Elmar Vəliyevin Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında keçirdiyi toplantı geniş müzakirələrə səbəb olub.
Gəncənin icra başçısı həmin toplantıda - şəhər ictimaiyyətinin gözləri önündə bəzi məmurları təhqir edib, bəzilərini toplantından kobud formada qovub.
Toplantıda iştirak edən YAP-çılardan birinin Reyting.az-a verdiyi məlumata görə, Elmar Vəliyev həmin iclasda əndazəni aşıb. Başçının davranışları o qədər sərt və qeyri-əxlaqi olub ki, iclasdakı qadınlar və ağsaqqllar utandıqlarından, bəziləri isə qəzəbə gəlməkdən ehtiyat edərək, başlarını qaldırmağa cürət etməyiblər.
Məlumatda bildirilir ki, Elmar Vəliyev həmin iclasda əvvəl müavinini, eyni zamanda, şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalovu ayağa qaldıraraq danlayıb, sonra da zaldan çıxmasını tələb edib.
YAP üzvünün sözlərini görə, bundan sonra qaz pulu ilə bağlı bir nəfər şəhər sakini icra başçısına müraciət edərək, qoyulan limitdən şikayətlənib: “Elmar Vəliyev bu dəfə müvafiq idarənin rəisini ayağa qaldırıb, ona olmazın sözlərini dedi. Rəisə imkan vermədi ki, limiti icra başçısına izah eləsin. Elmar Vəliyev qışqıraraq dedi: “Sən bunu niyə limitə salıbsan?” Rəis deyəndə ki, cənab başçı, mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə limit yaranıb, Elmar Vəliyev yenidən qəzəbləndi: “Səni limitə elə salaram ki, özün də bilməzsən”.
Məlumata görə, icra başçısı bundan sonra Gəncə şəhər prokurorundan qaz idarəsi rəisinin həbs edilməsini tələb edib. Lakin prokuror özünə cəsarət taparaq “belə əsassız hərəkət edə bilmərəm”,- deyib.
İcra başçısı daha sonra Gəncə Şəhər Polis İdarəsinin rəisi Faiq Şabanova deyib ki, bunu içəri salın, ağılı başına gəlsin:
“Bu zaman Vəliyevə zəng gəldi, kiminləsə əsəbi danışıb qutaran kimi Faiq Şabanova dedi ki, Gədəbəy, Daşkəsən rayonlarından olanları niyə Gəncəyə qeydiyyata salırsınız? Qoy, dağlarda qoyunlarını otarsınlar. Nə var şəhərdə? Axışırlar şəhərə, sonra da məndən torpaq istəyirlər. Yəni iclas belə xoşagəlməz atmosferdə keçdi”.
E. Vəliyevin həmin iclasda digər məmurları da aşağılayan ifadələr işlətdiyi bildirilir.
Mənbəmiz deyib ki, hansısa səbəbdən icra başçısının əndazəni aşan davranışlarına “dur” deyən yoxdur: “Axı, bu adamın elədikləri dövlətə də, iqtidara da, xalqa da zərər gətirir, eyni zamanda, digər məmurlar üçün də “örnəyə” çevrilir”.
İcra başçısının belə hərəkətləri bundan əvvəlki iclarda da olub: “Mətbuata yalnız martın 14-dəki iclasdan bəzi faktlar verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə söyüşlərlə zəngin toplantılarına öyrəşiblər. O, demək olar ki, hər iclasda kimisə söyür. Ən çox sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə? Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun”,- sözləridir.
Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta onu himayə edən şəxs dərhal Elmar Vəliyevi tənbeh etməlidir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45 |
|
|
|
• “BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
• Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25 |
|
|
|
• Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11 |
|
|
|
• Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08 |
|
|
|
• "Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59 |
|
|
|
• "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57 |
|
|
|
• Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45 |
|
|
|
• "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37 |
|
|
|
• Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29 |
|
|
|
• Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22 |
|
|
|
• Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18 |
|
|
|
• “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12 |
|
|
|
• Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10 |
|
|
|
• Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04 |
|
|
|
• Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00 |
|
|
|
• "Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55 |
|
|
|
• Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50 |
|
|
|
• Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48 |
|
|
|
• Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45 |
|
|
|
• General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38 |
|
|
|
• Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16 |
|
|
|
• DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59 |
|
|
|
• Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54 |
|
|
|
• "Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44 |
|
|
|
• BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40 |
|
|
|
• “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36 |
|
|
|
• İran Ukraynaya nota verib
Dünən, 17:31 |
|
|
|
• “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26 |
|
|
|
• “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23 |
|
|
|
• PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18 |
|
|
|
• Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16 |
|
|
|
• Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07 |
|
|
|
• Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02 |
|
|
|
• ADESA-dan insan ölümünə REAKSİYA - BU, QOÇULUQDUR!!!
Dünən, 16:57 |
|
|
|
• Çörəyimizin duzu yoxdur, YOXSA... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:51 |
|
|
|
• “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTO
Dünən, 16:46 |
|
|
|
• Ersin Tatar Azərbaycana gəlir
Dünən, 16:42 |
|
|
|
• Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə... - TƏFƏRRÜAT
Dünən, 16:40 |
|
|
|
• Gürcüstanda daha bir nazir istefa verib
Dünən, 16:35 |
|
|
|
• Azərbaycanda daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:05 |
|
|
|
• 20 yaşlı qızın faciəli ölümü - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Təyyarəmizi Qazaxıstan vurubmuş: Samir Vəliyev özünü rüsvay etdi - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:51 |
|
|
|
• Şəhid qardaşına vəzifə verildi - FOTO
Dünən, 14:42 |
|
|
|
• Aİ Rusiyaya qarşı sektoral sanksiyaların uzadılmasına razılıq verib
Dünən, 14:37 |
|
|
|
• Rusiya Ermənistanın daxili işlərinə MÜDAXİLƏ EDİR - rəsmi İrəvandan REAKSİYA
Dünən, 14:34 |
|
|
|
|