Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                     Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... .....                     Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır .....                     Kəmaləddin Heydərov rəis müavini təyin etdi .....                     Saleh və 40 quldur... AAYDA təmizlənir... .....                     Hansı bankın nə qədər problemli krediti var? .....                     Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi .....                     "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox" .....                     “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: .....                     Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu .....                     Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                 

Daha bir məmuru Vergilər Nazirliyinə "sürgün" gözləyir... - İDDİA
Tarix: 5-03-2018, 09:28 | Çap et
Daha bir məmuru Vergilər Nazirliyinə "sürgün" gözləyir...
Qeyd edək ki, son vaxtlar hədəfə çevrilən vəzifəli şəxslərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdır. Palata rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq obyektinə çevrilib. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatıb ki, Palatadakı səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edilib.

Ölkə KİV-ləri yazır ki, sonuncunun da bank sektorunda kifayət qədər tanınan və peşəkarlığı ilə seçilən bir şəxs olmadığı, ən azından cəmiyyətdə kifayət qədər tanınmadığı öz sözünü deyib. Son nəticədə ölkənin maliyyə-bank sektorunda vəziyyət düzəlmək əvəzinə, daha da qeyri-müəyyən hala gəlib:

“Heç kimə sirr deyil ki, bank sektorunun başının üzərini almış kabusu dağıtmaq bütövlükdə bu sektora nəzarət edən səlahiyyət sahiblərinə müyəssər olan məsələ deyil. Amma, eyni zamanda o da etiraf olunmalıdır ki, dövlət başçısı səviyyəsində taleyüklü qərarların qəbulu üçün məhz münbit zəmin hazırlamaq və Prezidenti buna inandırmaq bu sahəyə nəzarət edən və ya etməli olan mötəbər şəxlərin borcudur. Amma görünür, kimsə dövlət başçısını inandıracaq arqumentlərə sahib ola bilməyib və bununla da milyonlarla kredit borclularının intizarla gözlədiyi "amnistiya” qərarı hələ də çıxmayıb. Əvəzində iş o yerə çatıb ki, Palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi ilə keçirilib və Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib.

Sual olunur, Rüfət Aslanlı nədən inciyib-küsüb ki, iclaslara qatılmır? Yaxud onu rəhbəri olduğu qurumda niyə “ofsayt”a salıblar və o, bu aqibətlə barışıbmı? Barışmayıbsa, nəyi gözləyir? Ola bilsin ki, sabah Rüfət Aslanlı başqa bir dövlət strukturunda yüksək vəzifəyə, ən azından tutaq ki, vergilər nazirinin müavini postuna iddia etsin. Niyə də yox? Amma inandırıcı olmayan odur ki, o, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının “ulduzunun” növbəti dəfə parlayacağı inandırıcı deyil”.

Göründüyü kimi, konkret olaraq R. Aslanlı nəinki hədəf taxtasına oturdulub, hətta onun yaxın müddətdə postundan uzaqlaşdırılaraq Mikayıl Cabbarovun yanına “sürgün” ediləcəyi də iddia olunur.

Belə məlumatlar və bəzi cümlələrin altında gizli həqiqətlərin olduğunu diqqətə aldıqda isə, qeyd etmək olar ki, yayılan xəbərlər təsadüf kimi görünmür.

Məlumata görə, həqiqətən son 1 ilə yaxındır R. Aslanlının ətrafında ciddi proseslər gedir:

“Təxminən 2 il əvvəl, daha dəqiqi, birinci devalvasiyadan sonra ölkənin maliyyə sektorundakı başıpozuqluğa qarşı ciddi mübarizə başlanıldı, yeni sistem yaradıldı və Rüfət Aslanlı ciddi bir vəzifəyə gətirildi. Sözsüz ki, onun gözlənilmədən belə bir vəzifəyə təyin olunması ölkənin maliyyə-bank sektorundakı bəzi şəxsləri narahat etməyə bilməzdi. Maliyyə və bank sektorunun “qoca qurd”ları hesab edir ki, onlar dura-dura Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı əhəmiyyətli vəzifəyə gətirilir və o, bunların açıq və gizli maliyyə fəaliyyətlərini yönəldir. Hətta bəzi hallarda onların ölkədən pul çıxarmasına, o cümlədən himayəçisi olduqları və ya yönəltdikləri banklara, həmçinin böyük pullarına nəzarət etməsi qarşı tərəfdə Palata rəhbərinə şəxsi mənada böyük sıxıntılar yaratdı. Bəli, bu bir həqiqətdir ki, hazırda Palatada çox məsələlərdən onu kənarda saxlayırlar. Maraqlıdır ki, belə bir anda Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilərək, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olundu. Bununla da faktiki olaraq Aslanlı proseslərdən təcrid olunaraq oyundakənar duruma salındı. Alışovun bu vəzifənin öhdəsindən necə gələcəyini deyə bilmərəm, amma onun gələr-gəlməz bank sektoruna daha çox nüfuz etməyə çalışması və bütün fəaliyyətində Aslanlının varlığını heçə sayması Palatada ciddi proseslərin getməsindən xəbər verir. Hesab edirəm ki, bu, çox davam etməyək. Ya Rüfət Aslanlı başqa bir vəzifəyə göndəriləcək, ya da onunla bağlı vəziyyət o qədər ciddidir ki, barəsində başqa tədbirlər də görülə bilər. Belə bir məqamda onunla bağlı mətbuatda komromat tipli xəbərlərin intensivləşməsi də təsadüf deyil”.

Maliyyə kralları Aslanlıya qarşı çıxır

Məlumatlı şəxsin sözlərinə görə, Rüfət Aslanlı Palata sədri olandan onu nə maliyyə naziri Samir Şərifov, nə də Mərkəzi Bankın sədri Elman Rüstəmov xoş qarşılamayıb: “Ölkənin maliyyə və bank sektorunun iki əsas adamı sayılan Samir Şərifovla Elman Rüstəmov elə ilk gündən Rüfət Aslanlının təyinatına qarşı çıxıblar. Onlar fikirlərini belə izah ediblər ki, o, ölkənin maliyyə bazarını idarə edəcək savad və bacarığa sahib deyil. Diqqətçəkən odur ki, bu adamlar Rüfət Aslanlı haqqında mənfi fikirlərini də heç vaxt yaxın ətraflarından gizlətməyiblər. Ona görə də bəziləri indi düşünür ki, Rüfət Aslanlının hazırkı vəziyyətə düşməsində Samir Şərifovla Elman Rüstəmovun da rolu var. Məncə, bu prosesdə başqa şəxslər də rol oynayır. Hansı ki, Rüfət Aslanlıdan çox böyük gözləntilər olub və həqiqətən də o, bu etimadı istənilən səviyyədə doğrulda bilməyib”.

Ekspertimiz hesab edir ki, bu sahədəki problemi İ. Alışov da həll edə bilməyəcək. Əgər onun arxasında ciddi maliyyə bilikləri olan “xocası” yoxdursa, çətin ki, Palata üzərinə qoyulan öhdəlikləri doğru-dürüst icra edə bilsin. Hətta qorxu var ki, Palata ciddi korrupsiya mənbəyinə çevrilsin.

R. Aslanlıdan qisas almaq istəyən bankirlər və onların himayəçilərinin olması da istisna edilmir:

“Diqqət etdinizsə, onun yaxın dostu olduğu deyilən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu da yola saldılar. Azad Cavadovun vəzifədən alınmasını Rüfət Aslanlıya xəbərdarlıq kimi yozanlar da oldu. Bunun nə dərəcə doğru olduğunu deyə bilmərəm, amma o vaxtdan aydın oldu ki, Rüfət Aslanlının Palatadakı hökmranlığı da uzun çəkməyəcək”.

R. Aslanlının başqa bir vəzifəyə təyinat alması da mümkün saılır: “Bu ölkədə elə adamlara vəzifə verilib ki, məncə, Rüfət Aslanlı bir çox parametrlərinə görə onların çoxundan üstün və qabiliyyətlidir. Lakin bunun 180 dərəcə əksinin olması da istisna deyil”.
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru